Gənc Tamaşaçılar Teatrının daha bir uğuru

 

Əməkdar artist Sövqi Hüseynov Beynəlxalq  onlayn festivalının  laureatı olub

 

 

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Rusiyanın Vladimir şəhərində keçirilən "Teatr. Vahid ərazi" Beynəlxalq onlayn teatr festivalında iştirak edib.

 

AZƏRTAC xəbər verir ki, teatr festivalda irland yazıçısı Semuel Bekketin "Sözsüz" əsəri əsasında eyniadlı monotamaşa ilə təmsil olunub. Əməkdar artist Şövqi Hüseynovun çıxış etdiyi səhnə əsərinin quruluşçu rejissoru İsa Əsədovdur. Dinamika, mim mürəkkəb fiziki elementlər əsasında qurulmuş səhnə əsəri, eləcə Şövqi Hüseynovun peşəkar ifası festival iştirakçılarının böyük marağına səbəb olub. Aktyor festivalın laureatı adına layiq görülüb.

 

Əsər özünün şanslarını əldən verdikdən sonra bütün varlığı ilə ona çatmaq üçün çapalayan, min bir əziyyətə qatlaşan insanın maddi mənəvi problemlərindən bəhs edir.

 

Beynəlxalq Teatr Festivalları İttifaqı Vladimir Akademik Dram Teatrı tərəfindən təşkil edilən festivalda Rusiya, Polşa, Bolqarıstan, İsrail, Monqolustan, Ukrayna, Moldova, ABŞ, İspaniya, Qazaxıstan, Estoniya Serbiyadan 20-dən artıq tamaşa təqdim edilib.

 

Qeyd edək ki, Gənc Tamaşaçılar Teatrının "Sözsüz" tamaşası indiyədək bir sıra beynəlxalq festivallarda qalib olub.

 

525-ci qəzet.- 2021.- 1 may.- S.13.