Qabdulla Tukay Azərbaycankitabı işıq üzü görüb

 

 

 

 

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən “Qabdulla Tukay və Azərbaycan” kitabı nəşr edilib. Kitabın müəllifləri AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli filologiya üzrə fəlsəfə doktoru İsmixan Osmanlıdır.

 

525.az-a verilən məlumata görə, kitab İnstitut Elmi Şurasının 29 yanvar 2021-ci il tarixli 1 saylı iclas protokolunun qərarı ilə çap olunub. Kitabda tatar ədəbiyyatının görkəmli nümayəndəsi, mütəfəkkir şair, publisist, tərcüməçi, ictimai xadim Qabdulla Tukayın (1886-1913) Azərbaycan mətbuatı ədəbiyyatı ilə əlaqələri, ədəbi irsinin ölkəmizdə nəşri tədqiqi  məsələlərindən bəhs edilir.

 

Kitabın elmi redaktoru Tatarıstan Respublikası EA-nın akademiki, filologiya elmləri doktoru, professor Daniya Zahidullinadır.

 

“Elm təhsilnəşriyyatında işıq üzü görmüş kitabın rəyçiləri Tatarıstan Respublikası EA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Kim Minnullin filologiya elmləri doktoru, professor Məmməd Əliyevdir. Nəşrə məsul isə filologiya üzrə fəlsəfə doktoru Töhfə Talıbovadır.

 

536 səhifəlik kitab Azərbaycan rus dillərindədir. Doqquz bölüm, nəticə Azərbaycan, rus, tatar dillərində 256 sayında ədəbiyyat siyahısından ibarət kitab türk xalqları ədəbiyyatına dəyərli töhfədir

 

525-ci qəzet.- 2021.- 1 may.- S.13.