"Nizami Gəncəvi: etnogenez mifologiya" işıq üzü görüb

 

 

Folklor İnstitutunun Mifologiya şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Seyfəddin Rzasoyun "Nizami Gəncəvi: etnogenez mifologiya" kitabı nəşr olunub.

 

Folklor İnstitutundan AZƏRTAC-a bildirilib ki, kitabda müəllifin 1986-cı ildə müdafiə etdiyi diplom işinin əsas mətni orijinalda olduğu kimi təqdim olunur. Əsərdə Azərbaycan - Oğuz mifologiyası, XII əsr intibah şəraitində Nizaminin mifoloji motivlərə müraciətinin nəzəri-estetik şərtləri tarixi-etnik şəraiti, sənətkarın "Yeddi gözəl" poemasında təbiət cəmiyyətin vəhdəti konsepsiyası, Bəhram Oğuz ovçuluq kultu Bəkil, ictimai-əxlaqi ideya əski əsatirlər, poemadakı "Xeyir Şər" nağılında Azərbaycan - Oğuz əsatirlərindən istifadə, Bəhram şah əski heyvandarlıq kultu ilə bağlı müdrik çoban kimi məsələlərdən bəhs olunur.

 

"Elm təhsil" nəşriyyatında işıq üzü görən əsərin elmi redaktoru filologiya elmləri doktoru, professor Mürsəl Həkimov, rəyçisi filologiya üzrə fəlsəfə doktoru, dosent İsrail Mustafayevdir.

 

 525-ci qəzet.- 20201.- 5 may.- S.20