Xəyal Rzanın şeirlər toplusu ingilis dilində

 

 

 

Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri, şair Xəyal Rzanın şeirlər kitabı ingiliscə nəşr olunub.

 

AZƏRTAC xəbər verir ki, kitabda şairin tərcümə edilmiş 23 şeiri yer alıb.

 

"Mütərcim" nəşriyyatı tərəfindən buraxılan kitab tanınmış yazıçı tərcüməçi Kamran Nəzirlinin "Çağdaş Azərbaycan şeiri ingilis dilində" layihəsi çərçivəsində işıq üzü görüb.

 

K.Nəzirli layihə haqqında danışarkən "məqsədimiz Azərbaycan ədəbiyyatının çağdaş poeziyasının istedadlı nümayəndələrini ingilisdilli oxucularla tanış etməkdir", - deyib.

 

Kitabda müəllifin sevgi şeirlərilə yanaşı, Qarabağa, eyni zamanda, erməni canilərinin yaşayış evlərini atəşə tutması nəticəsində dünyasını dəyişmiş iki yaşlı Zəhraya aid şeirləri yer alıb. Tərcüməçi oxuculara bu barədə haşiyə hissəsində ətraflı məlumat verib.

 

 525-ci qəzet.- 2021.- 9 may.- S.11.