Azərbaycan xalçaları Xorvatiyada nümayiş etdirilib

 

 

 

Azərbaycanın Xorvatiyadakı səfirliyinin təşkilatçılığı və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Zaqreb şəhərinin mərkəzi Nikola Şubiç Zrinski meydanında "Azərbaycan xalçaları" adlı sərginin rəsmi açılışı olub.

 

AZƏRTAC xəbər verir ki, sərgidə Qarabağ, Şirvan, Quba, Gəncə, Qazax digər Azərbaycan xalçaçılıq məktəblərinə məxsus xalçaların yüksəkkeyfiyyətli şəkilləri xüsusi işıqlandırma ilə yerli sakinlərin qonaqların gəzinti üçün sevdikləri məkanda nümayiş edilib.

 

Azərbaycanın Xorvatiyadakı səfiri Fəxrəddin Qurbanov sərginin açılış mərasimindəki çıxışında qeyd edib ki, xalçaçılıq sənəti Azərbaycan mədəniyyətinin bir parçasıdır hazırkı sərgi iki həftə ərzində Zaqrebdə nümayiş olunacaq.

 

Səfir bildirib ki, Azərbaycan qədim xalçaçılıq sənətinin yarandığı dünya mərkəzlərindən biri olmuş xalçaçılıq Azərbaycan xalqının zəngin mənəvi dünyasını, dünyagörüşünü, dini inancını həyat fəlsəfəsini əks etdirib. Müxtəlif naxış elementləri təsvirlərlə bəzədilən xovlu xovsuz xalçalar, Azərbaycan xalçaçılıq məktəbləri barədə qonaqlara məlumat verilib.

 

Qeyd olunub ki, Azərbaycan xalçaları 2010-cu ilin noyabrında UNESCO-nun "Qeyri-maddi Mədəni İrs" siyahısına salınmış Azərbaycan el sənətkarlarının yaratdıqları xalça sənəti inciləri yüzilliklər boyu dünyanın bir çox muzeylərini, o cümlədən Nyu-Yorkun Metropoliten, Londonun Viktoriya Albert, Sankt-Peterburqun Ermitaj, Parisin Luvr muzeylərini bəzəyib.

 

Tədbirdə Xorvatiyanın sabiq Prezidenti S.Mesiç, Parlamentin üzvü V.Kaytazi, Xorvatiya Respublikasında akkreditə olunmuş diplomatik korpus, Xorvatiya-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri ictimaiyyətin nümayəndələri iştirak ediblər.

 

 525-ci qəzet.-  2021.- 17 may.- S.-9.