Əbdürrəhim bəy Haqverdiyevbiblioqrafiyası nəşr olundu.

 

Mayın 17-də realist-demokratik ədəbiyyatımızın inkişafı tarixində mühüm xidmətləri olan, dramaturq, nasir və mədəniyyət xadimi kimi geniş şöhrət qazanan Əbdürrəhim bəy Haqverdiyevin doğum günüdür.

 

Əbdürrəhim bəy Haqverdiyev öz məşhur sələflərinin ədəbi ənənələrinin layiqli davamçısı geniş erudisiyaya malik müasir dünyagörüşlü maarifpərvər ziyalı kimi çoxşaxəli fəaliyyət göstərmiş, Azərbaycan realist ədəbiyyatını maarifçi-demokratik fikrini yeni mərhələyə qaldıraraq milli düşüncənin inkişafında əhəmiyyətli rol oynamışdır. Ustad sənətkarın dramaturji irsi ölkəmizdə teatr mədəniyyətinin yüksəlişinə yol açmışdır. Onun canlı həyat lövhələri ilə son dərəcə zəngin hekayələri nəsr tariximizin ən qiymətli nümunələri sırasında xüsusi yer tutur. Vətənpərvər ədib sevdiyi təmənnasız xidmətində dayandığı xalqın arzu istəklərini əsərlərində dolğun əks etdirmiş, maarifçiliyin alovlu təbliğatçısı olaraq daim mədəni oyanışa tərəqqiyə səsləmişdir. Əbdürrəhim bəy Haqverdiyev Azərbaycanın ictimai həyatında fəal iştirak etmiş sosial-mədəni quruculuq işlərində yorulmadan çalışmışdır.

 

Ötən ilin may ayında Əbdürrəhim bəy Haqverdiyevin anadan olmasının 150 illiyi tamam olmuşdur.

 

525.az xəbər verir ki, bu münasibətlə, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev Əbdürrəhim bəy Haqverdiyevin  150 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalamışdır. Həmin sərəncamı Mədəniyyət Nazirliyinin Tədbirlər Planını əsas tutaraq M.F.Axundzadə adına Azərbaycan Milli KitabxanasıAzərbaycanın görkəmli şəxsiyyətləriseriyasındanƏbdürrəhim bəy Haqverdiyevbiblioqrafiyasını nəşr etdirib.

 

Azərbaycan Milli KitabxanasınınAzərbaycanın görkəmli şəxsiyyətləriseriyasından tərtib etdiyiƏbdürrəhim bəy Haqverdiyevbiblioqrafiyası görkəmli yazıçı-dramaturq, ədəbiyyatşünas, tənqidçi, tərcüməçi, ictimai xadim Əbdürrəhim bəy Haqverdiyevin anadan olmasının 150 illiyinə həsr edilmiş ilk fundamental biblioqrafiyadır. Biblioqrafiyada ədibin kitabları, dövri mətbuatda, dərsliklərdə, məcmuələrdə çap olunmuş əsərləri, həyat yaradıcılığını əks etdirən zəngin materiallar öz əksini tapıb.

 

Onu da qeyd edək ki, Əbdürrəhim bəy Haqverdiyev haqqında ilk biblioqrafiya dramaturqun anadan olmasının 94 illik yubileyi münasibətilə Azərbaycan Dövlət Kitab Palatası tərəfindən 1964-cü ildə (Əbdürrəhim bəy Haqverdiyev: biblioqrafiya / Tərt. ed.: V.Mirzəyeva; redaktor: R.Kazımov. ‒ Bakı, 1964. ‒ 72, [4] s.) çap olunmuşdur.

 Azərbaycan Milli Kitabxanasının yubiley münasibətilə tərtib etdiyi bu yeni biblioqrafiya daha da təkmilləşdirilmiş, yeni bölmələr yarımbölmələr əlavə edilib. Biblioqrafiyanın əvvəlində Azərbaycan Respublikası Prezidentinin 31 yanvar 2020-ci ildə imzaladığıƏbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyinin qeyd edilməsi haqqındaSərəncamı, “Əbdürrəhim bəy Haqverdiyevin həyat yaradıcılığının əsas tarixləri”, “Görkəmli şəxsiyyətlər Əbdürrəhim bəy Haqverdiyev haqqında”, “Əbdürrəhim bəy Haqverdiyevin müdrik fikirləribölmələri verlib. Biblioqrafiya 1892-2020-ci illərə aid Azərbaycan, rus digər dillərdə çap olunmuş materialları əhatə edir. Biblioqrafiyada Əbdürrəhim bəy Haqverdiyevin kitabları, əlyazmaları, dövri mətbuatda, məcmuələrdə çap olunmuş əsərləri, elmi publisistik məqalələri, habelə dramaturqun həyat yaradıcılığını əks etdirən materiallar öz əksini tapmışdır. İlk dəfə olaraqƏbdürrəhim bəy Haqverdiyev dünya kitabxanalarındaƏbdürrəhim bəy Haqverdiyev dünya universitet kitabxanalarındabölmələri tərtib edilərək biblioqrafiyaya daxil edilib. Biblioqrafik göstəricininƏlavələrbölməsinəArxiv materialları”; “Elektron resurslar”; “Əbdürrəhim bəy Haqverdiyevin səhnələşdirilmiş əsərlərinin afişa proqramlarıaltbölmələri daxil edilib.

 

Biblioqrafiyada ədəbiyyat xronoloji qaydada qruplaşdırılmış, daxildə isə əlifba sırası gözlənilmişdir. Vəsaitdən istifadəni asanlaşdırmaq məqsədilə biblioqrafiyanın sonunda Əbdürrəhim bəy Haqverdiyevin əsərlərinin haqqında yazan müəlliflərin əlifba göstəriciləri tərtib edilib.

 

Biblioqrafiya ədəbiyyatşünas alimlər, tədqiqatçılar, kitabxanaçı-biblioqraflar geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

 

Biblioqrafik göstərici ilə tanış olmaq istəyənlər http://anl.az/down/Ebdurrerim.Haqverdiyev.pdf linkindən istifadə edə bilərlər.

 

 525-ci qəzet.- 2021.- 18 may.- S.9.