Turandot-Turan
qızı-Türk qızı
Nizamişünas alimlər və
Qərb ədəbiyyatının
tanınmış tədqiqatçıları
hələ keçən
əsrin 40-cı illərində
sübut ediblər ki, fransız dramaturqu Alen Röne Lesajın
(1668-1747) "Cin şahzadəsi"
italyan yazıçısı,
dramaturq, nağıl pyeslərin müəllifi
Karlo Qotsinin (1720-1806)
"Turandot", alman şairi,
filosof, tarixçi və dramaturq Fridrix Şillerin (1759-1805)
"Turandot Çin şahzadəsi"
əsərlərinin sujeti
dahi Azərbaycan şairi Nizami Gəncəvinin "Yeddi gözəl" poemasındakı
dördüncü hekayəyə
- slavyan qızının
hekayəsinə tam uyğun
gəlir.
Nizami Gəncəvinin Lesaja, Qotsiyə və Şillerə təsirini Avropa tədqiqatçıları
da təsdiq edirlər.
Almaniyanın Leypsiq şəhərində nəşr
olunmuş "Fremdsprachige
Schriftsteller" ("Əcnəbi
yazıçılar") adlı
ensiklopedik lüğətdə
oxuyuruq: "Nizami İlyas ibn Yusif 1141-ci ildə Gəncədə
(bu gün Azərbaycan SSR-də
Kirovabad) anadan olub...
Qotsi özünün "Turandot" dramının mövzusunu
Nizaminin "Yeddi gözəl" poemasının
dördüncü hekayəsindən
götürüb. Şiller
"Türandot"u yenidən
işləyib (iqtibas edib)...
Azərbaycan SSR-də Nizaminin
yubileyini xalq şairı kimi qeyd edirlər".
Şıllerin "Turandot - Çin şahzadəsi" əsəri
ilk dəfə 1802-ci ildə
Veymar Teatrında səhnəyə qoyulmuşdu.
Bu pyes teatrsevərlərə
əsl hədiyyə idi. Tamaşa gözlənildiyindən də
böyük uğur qazandı.
Lesajın qəhrəmanı Duamantin,
Qotsinin və Şillerin qəhrəmanı
Turandot yalnız onun üç tapmacasını
tapan adama ərə getmək istəyirdi, tapmayanın boynu vurulurdu... (Nizami Gəncəvinin
"Yeddi gözəl"
(1197-ci il) poemasındakı
dördüncü hekayədə
(slavyan qızının
hekayəsi) olduğu kimi).
Fridrix Şillerin "Turandot Çin
şahzadəsi" (1801) əsəri
öz bədii keyfiyyətlərinə, hadisələrin
gərginliyinə, qəhrəmanların
yüksək nitq mədəniyyətinə, personajların
bitkinliyinə görə
həm Alen Röne Lesajın "Çin şahzadəsi"
(1729) , həm də Karlo Qotsinin
"Turandot" (1762) əsərindən xeyli üstündür.
Şillerin qadın qəhrəmanı
Turandot xasiyyətinə görə
Nizami Gəncəvinin
"Yeddi gözəl"
poemasındakı dördüncü
hekayənin (slavyan qızının hekayəsi)
qəhrəmanına daha
yaxındır...
Şillerin "Turandot - Çin şahzadəsi" pyesindəki
şəxs adlarının
araşdırılması maraqlı
faktlar verir. Pyesdəki antroponimlərin
(şəxs adlarının)
tərkibi mənşə
və dil mənsubiyyətinə görə
qarışıq olsa
da, əksəriyyəti türk
dillərinə məxsus
olan şəxs adlarıdır.
Turandot: Çin Xaqanının qızı.
Turandot sözü iki hıssədən ibarətdir:
Turan və Dokht (farsca qız).
Bu söz alman dilində Tochter (qız, övlad mənasında), ingilis dilinə Daughter variantında
işlənir.
Turan sözü türk mənşəlidir: Tur - çoxalan,
törəyən, var
olan deməkdir. Tur sözü Türk mənasında da işlənir.
Tur (türk ); + an, ən (cəmlik bildirən şəkilçidir). Turan
= türklər [5, s.671]. Turandot - Türklərin
gızı, Türk qızı.
"Eski Türk-Moğol kişi adları sözlüyü"ndə Turan
sözünün 1) Duran, yaşayan;
2) Turan: Türklərlə
məskun ölkələr
mənaları da qeyd olunur: Turandot - Turan qızı.
Deməli,
Turandot adı Türklərin
qızı, Türk qızı, Turan qızı deməkdir.
Bəs,
ilk baxışdan "rəhmsiz",
"amansız" görünən,
inadından dönməyən,
atasının "vicdansız
övlad", "zalım
qızım" dediyi
Turandot əslində necədir?
Şiller
türk qızını
onun öz sözləri ilə oxucuya, tamaşaçıya
belə tanıdır:
"Mənə rəhmsizdir, qəddardır deyən dillər yalan deyir. Qəddar deyiləm. Azad yaşamaqdır
məqsədim.
Nə adla başqasının malı olum? Azad yaşamaq haqqımdır.
Xan qızı kimi haqqıma sahib çıxıram.
Hüquqsuz olmaq istəmirəm.
Asiyada gördüyüm bütün
qadınlar kölə
kimi təhqir olunur. Əzilmiş həmcinslərimin heyifini
almaq istəyirəm beləcə.
Azadlığımı qorumaq üçün yeganə
silahım təbiətin
bəxş etdiyi ağlım və zəkamdır..."
...Özünü qorumaq üçün Turandot onu
istəyənlərə üç
tapmaca verir, bilənlə evlənəcək,
bilməyənin boynu vurulub, başı şəhərin qala qapısından asılacaqdır.
...Turandot
Türk qızıdır.
Türk qızı gözəllik deməkdir,
sevgi deməkdir. Mələkdir, pəridir türklərin qızı.
Lazım gələndə,
ömrünü eşqinə
qurban edər Türk qızları.
Türk
olmaq qətiyyətli olmaq deməkdir. Türk olmaq qürurlu olmaq deməkdir. O, keçmişi
ilə qürurludur, atası-babası ilə qürurludur.
Turan Kızı
Turandot qadın haqsızlığı
qarşısında dəmir
pərdədir.
Türk
qızı bilir ki, ağlın çırağı elmdir,
dərin bilikdir. "İnsana arxadır onun kamalı...(Nizami)".
Turandotun
sevdiyi oğlan əsl-nəcabətli, əqli
cəhətdən zəngin,
mənəviyyatca saf və təmiz, fiziki cəhətdən sağlam və möhkəm olmalıdır
("Yeddi gözəl"in
dördüncü hekayətində
olduğu kimi).
Eşq Turandotu kamilliyə aparır...
Heç
kimə təslim olmayan Turandot - Turan qızı - qürurlu Türk qızı sevgiyə təslim olur. Sujet qaranlıqdan
işığa, qaradan
ağa, zülmdən
ədalətə doğru
inkişaf edir.
Altun: Əfsanəvi Çin Xaqanı (Turandotun atası)
Bu ad Qotsidə, Şillerdə italyan və alman dilinin fonetikasına
uyğun olaraq üçhecalı Altoum Aito-um kimi deyilir.
Qədim türk adıdır: Alton/Altun, Altın sözündəki
Al (qızıl) + ton, yəni
al donlu; qızıl; görünüşü qızıl
olan mənalarını
verir.
Xələf: Həştərxan şahzadəsi
Alman, fransız, italyan dillərinin tələffüzünə
uyğun olaraq müxtəlif variantlarda yazılır və oxunur: Khalaf, Kalaf, Calaf və
sair.
Əslində isə bu, ərəb mənşəli
Xələf sözüdür:
1) əvəz, davamçı;
2) varis; 3) övlad; 4)
nəsil
; 5) sonra gələn
deməkdir.
Xələf pyesin əsas kişi qəhrəmanıdır.
Əsərdə ən
çox sevilən surətdır Xələf.
O, Həştərxan xanı
Teymurun oğludur, əsl-nəcabətlidir. Həyatın
hər üzünü
görüb; həm şahzadə kimi xoş günləri olub, həm də ağır günlər, çətinliklər
yaşayıb. Düşmənləri
ilə döyüşdə
qorxusuz savaşıb.
Əyilməyib, sınmayıb...
Əsl türk oğludur Xələf. Öz sevgisi ilə, alicənablığı ilə.
Lazım olanda, güzəştə getmək
bacarığı ilə.
Sevdiyi qadını başının
tacı edir Xələf.
Teymur: Sürgün olunmuş Həştərxan xanı
(Xələfin atası)
Temir-Temür-Timur türk mənşəli
sözdür- 1) Dəmir;
2) (məcazı) Dəmir
kimi möhkəm, bərk (sağlam) mənalarını verir
[4, s.447]. Bu antroponimin semantikasında
igidlik, qüvvətlilik,
dözümlülük kimi
keyfiyyətlər var.
Almaz: (Tamaşada yalnız adı çəkilir). Xələfin anası
Volqa tatarlarının dilində
Almaz, İlmaz, İlmas kimi variantları olan Almaz adına rast gəlirik. Almaz, İlmaz, İlmas "toxunmayacaq, almayacaq" mənalarında
işlənir. Bu ad şər
qüvvələrin yeni
doğulmuş körpəni
üstələməməsi, şər qüvvələrin
toxunmaması, şər
qüvvələrin almaması
üçün uşağa
qoyulur. Kazan Türklərində
uşağa pis, bəd, yaman güclər, ağrılar
toxunmasın deyə bu ad verilir.
Adelma:
Tatar şahzadəsi (Xorasan
xanının qızı),
Turandotun qulluqçusu
Adelma ərəb mənşəli
Adilə qadın adıdır. Sözün
kökü Adil ədalətli, insaflı,
düz iş görən deməkdir.
Zelima: Turandotun başqa qulluqçusu
Zelima ərəb mənşəli
Səlimə qadın
adıdır. Sözün
kökü Səlim:
1) sağlam; 2) eyibsiz,
nöqsansız, doğru,
dürüst deməkdir.
Şirin:
Səlimənin anası
Şırın fars mənşəli
sözdür . Sözün kökü şir (süd kimi dadlı).
Məna genişlənməsi
ilə Şirin - şirin, sevimli, dadlı, gözəl deməkdir. Bu ada qədim dövr türk antroponimik sistemində rast gəlinir.
Barak: Şirinin əri, Xələfin keçmiş
dayəsi. Gənc şahzadənin yaxın dostu (Çində adını dəyişib-Həsən
qoyub)
Barak türk mənşəli sözdür. Müxtəlif
mənalarda işlənib:
Barak - 1. Türk mifologiyasında
müqəddəs köpək;
2. Tüklü, qıllı
çuxa; 3. Evsiz, yurdsuz.
Barak ona olan yaxşılığı
da, pisliyi də yaddan çıxarmaz. Öz canını sahibi üçün təhlükəyə ata
bilər və nə olursa-olsun, sahibini çətin anda tərk etməz. Barak hər zaman Xələfə sadiqdir. Pekində evsiz-eşiksiz, yurdsuzdur Barak. Həsən
(gözəl, göyçək)
ərəb mənşəli
sözdür.
İsmayıl: Səmərqənd şahzadəsinin
yavəri
İbrahim
peyğəmbərin Həcərdən
doğulan oğlunun adıdır. İsmayıl
sözünün ilk dəfə
qədim yəhudi dilində (Allah eşidir) işləndiyi deyilir.
Fridrix Şiller dahi Nizaminin "Yeddi gözəl" poemasındakı
dördüncü hekayənin
məzmununu düzgün
başa düşmüş,
türk qızının
azadlıq istəyini,
onun qadın haqsızlığına qarşı
mübarizəsini ustalıqla
göstərmiş, Turandotun
ilahi gözəlliyini,
məğrurluğunu, əyilməzliyini,
ağılını və
zəkasını yüksək
qiymətləndirmişdi.
Namaz MANAFOV
Filologiya üzrə fəlsəfə
doktoru, dosent (Mingəçevir Dövlət
Universiteti)
525-ci qəzet.- 2021.- 21 may.- S.10.