Ürəklə yazılmış "Qələmsiz yazılanlar"

 

Elnura CAVAD-ZADƏ

Filologiya elmləri doktoru

 

Bu dünyada ən uzun ömür sürən karvan zamandır. İnsaf isə yamandan da yamandır. Dünyada nəyimiz var əlimizdən alandır.

 

Fürsətcil olub, hətta tamahını söz, ədəbiyyat adamlarının qələminə salandır. Amma unudur ki, bu qələmi o verməyib bizə, biz məmnuniyyətlə geri qaytaraq ona. Hətta qələmsiz belə cild-cild kitablar yazılar... Rəşad Məcidin "Qələmsiz yazılanlar"ını böyük zövqlə oxuyub bitirdikdən sonra ağlıma gələn ilk fikir bu oldu. "525"də kitabdan verilən hissələri oxuyanda bunun yeni bir üslub, dəsti-xətt, fərqli istiqamət olduğu qənaətinə gəlmişdim. Kitaba ön söz yazan akademik İsa Həbibbəyli, mərhum professor Şirməmməd Hüseynov Rəşad Məcidin qələmsiz yazdıqlarını ədəbiyyatımızda yeni janr adlandırıb. Bəli, informasiya girdabında çabaladığımız, özümüzə belə vaxt ayıra bilmədiyimiz internet əsirlərinə çevrildiyimiz əsrdə müasir ədəbiyyatımıza fikir forma baxımından töhfədir bu kitab. Uzun illərdir AYB- Gənclərlə üzrə katib olan Rəşad müəllim ədəbiyyatda ənənə novatorluğun mahiyyət qayəsinə dərindən bələddir. Ədəbiyyat adamı mənsub olduğu xalqın ruhunu, mənəviyyatını öz əsərinə bədii ustalıqla yanaşı, daxili saflıq səmimiyyətlə gətirə bilirsə, sevilir.

 

"Ütülü cümlələri bəyənmirəm. Şübhələnirəm! Hardasa riya, yalan, məkr var" deyən Rəşad müəllimin "Qələmsiz yazılanlar"ı başdan-başa səmimiyyət, insanı ağuşuna alan ovqat bəxş edir oxucuya. Bu toplu müasir söz dünyamızın elə güzgüsüdür ki, cəmiyyətdə hər kəs öz əksini burada görür. Müxtəlif şərait vəziyyətə uyğun yazılan status-esseler müəllif duyğularını elə ustalıqla üzə çıxarır ki, oxucu bu duyğuların dərinlik doğruluğuna heyrətlənməyə bilmir.

 

"Mən elə edə bilməzdim - müharibə, torpaq itkisi, faciə içərisində pulu, mənfəəti düşünə bilməzdim"; "Pul maqnit kimidir, meyilli adamları ardınca hara gəldi, çəkib aparır"; "Sən Ağdam, Şuşa kimisən... Hərdən yada düşəndə adamın həyatını alt-üst edib gedirsən".

 

"Kübar üsyan, zərif etiraz"la mənəvi aşınmaya qarşı çıxan əsl ziyalı mövqeyi ilə qarşılaşırıq səhifələrdə. Müxtəlif mövzu, mətləb məqamlara arifanə işarələr: Adam özü-özünə necə "istedadlı" deyə bilər, axı? Niyə desin, axı? Kompleksi var, qüsuru var, sapıntısı var, yəqin; Niyə adam vəzifəyə gedən kimi yerişi, diksiyası, duruşu... dəyişir?! Özünü seçilmiş hesab edir?!; Pul vəzifə mahiyyəti pərdələyir! Olmayan kimi əsli bilinir; Özünəgüvən özgələrinə bağlı olanda tez itəcək! "Özünə güvən, özünə!"

 

Kitabda neçə-neçə bu qəbildən olan aforistik fikirlər var: Çalışın dünyanı heç vaxt br nəfərdən ibarət etməyin; Çörəklə oynamayın; Keçmişi dəyişmək olmaz! Heç gələcəyi !; İndi bildinmi niyə başımı bürüyüb yatıram? Əclaflığa, nankorluğa, ədalətsizliyə üsyanımdır bu!..

 

Qələmsiz yazılanlar - Rəşad Məcidin kitabı təqdim olunub - ATV.AZ

 

Bu deyimlər havadan asılı, mücərrəd fikirlər deyil, onun yaradıcı adam kimi müşahidələri, əsl vətənpərvər kimi ürək yanğısının qığılcımlarıdır. Bu statuslar dərin məntiq, iti zəka, baş verənlərə könül gözü ilə baxışdan doğub.

 

Tez-tez atalar sözləri və məsəllərinə müraciət etməklə kökümüzü, mentalitetimizi xatırladır bizə: "Atalar sözləri və məsəllər ən dərin statuslardır! Sosial şəbəkə o zamanlar olmasa da". Rəşad müəllim özübir ata kimi depressiya girdabında çabalayan, həyatın mənasını, yaşam sevincini elə sosial şəbəkə labirintində itirən gənclərə öz təbirincə desək, "resept" də verir. "Hərdən imkan verin keyiniz açılsın. Sevinci, kədəri, ağrını və rahatlığı dadın. Onda həyatın mənası da sürətlə aydınlaşacaq". Kitabı diqqətlə oxuduqca tez-tez "kövrəldim" sözü ilə rastlaşdım. Bu, bir ovuc ürəyində dünyanı yerləşdirə, dağları qovuşdura, çayları birləşdirə biləcək əsl söz adamının daxili aləminin ifadəsidir. Hər fikrə müəlliflə birgə sevinir, təəssüflənir, düşünür və yaşayırsan. Hər səhifədə Rəşad Məcidin satirayumor qarışıq təbəssümünü duya-duya. "Camaat da qıyçıdır e.."; " Kəndli qadın deyir, bala, nolar neçə dil biləndə, bir bizim dilimizi də anlayın, dərdimizi dinləyin, ağrımızı hiss edin!"

 

Sosial şəbəkələrdə o qədər fərqli -səy, düşüksarsaq fikirlərə rast gəlirsən ki, "fərqli fikir" anlayışı da gözdən düşür, deyən Rəşad müəllim özü bu şəbəkədə fərqli bir tərz yaratdı. "Bu oyun və yarışda daha çox bəyəniləcək, düşük və sarsaqların nəfəsini təngidəcək" bir janr. Ağıllı kəsimin təklənib, tənhalaşıb, ümidsizliyə qapanmaması üçün, gənclərimizin küt düşüncələri ilə virtual aləmdə meydan sulayan nadan və cahillərin toruna düşməməsi üçün "Qələmsiz yazılanlar" davamlı olmalıdır, məncə.

 

Bu yazını yazarkən Rəşad Məcidə həsr olunmuş məqalələr, esselər və şeirlər kitabı - "Xasiyyət xoşbəxti"ni də vərəqlədim. Mənim də məqaləmin yer aldığı kitabda bir-birindən xəbərsiz müəlliflərin vahid qənaəti məni heyrətləndirdi. "İllər keçdikcə həm vəzifə, həm də mövqecə kifayət qədər irəli gedib, zərrəcə dəyişməyən Adam". On il bundan əvvəl yazdığım fikri bir daha təkrarlayıram - biz Sizdən öyrənirik!

 

Deyirlər, alovlu duyğu hərarətdən, riyasız hörmət nəzakətdən, yorulmaz dözüm dəyanətdən, fədakar əməl rəşadətdən yaranır! Qəlbinizdəki hərarət, xislətinizdəki nəzakət və dəyanətlə, yorulmadan, rəşadətlə yazın, yaradın Rəşad Məcid! Ya qələm, ya qələmsiz fərq etməz - böyük ürəyinizlə yazın!

 

525-ci qəzet 2021.- 19 may.- S.17.