Pekində "Nizami Gəncəvi - bütün bəşəriyyətin şairi" adlı tədbir

 

 

Şanxay Əməkdaşlıq Təşkilatının Pekindəki katibliyində "Nizami Gəncəvi - bütün bəşəriyyətin şairi" adlı tədbir təşkil olunub.

 

AZƏRTAC xəbər verir ki, "Nizami Gəncəvi ili" çərçivəsində Heydər Əliyev Fondunun, Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Azərbaycanın Çin Xalq Respublikasındakı səfirliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Çin hökumətinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Li Huy, bir neçə ölkənin Pekindəki səfiri, diplomatik korpusun təmsilçiləri, Çin ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

 

Əvvəlcə Heydər Əliyev Fondunun Şanxay Əməkdaşlıq Təşkilatının katibliyinin binasında daimi nümayiş olunmaq üçün hədiyyə etdiyi Nizami Gəncəvinin büstünün təqdimatı olub. Bu, ŞƏT-in katibliyində Çin mütəfəkkiri Konfutsidən sonra nümayiş olunan 2-ci büstdür.

 

Qonaqlar dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərinə çəkilmiş dünyanın tanınmış muzeylərində nümayiş olunan illüstrasiyaların, habelə dahi şarinin poemalarındakı hadisələri əks etdirən xalçaların sərgisi ilə tanış olublar.

 

Tədbirdə çıxış edən Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi Vladimir Norov dahi Azərbaycan şair mütəfəkkiri Nizami Gəncəvinin "Xəmsə"sinin təkcə Şərqin deyil, bütünlükdə dünya ədəbiyyatının inkişafına böyük töhfə verdiyini bildirib. V.Norov Nizami Gəncəvinin 880-ci ildönümünə həsr olunan tədbirin keçirilməsinə verdiyi dəstəyə Nizami Gəncəvinin büstünü hədiyyə etdiyinə görə Heydər Əliyev Fonduna Azərbaycan səfirliyinə təşəkkür edib.

 

Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı bildirib ki, Nizami Gəncəvi öz ədəbi irsi ilə bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açan nadir şəxsiyyətlərdəndir. Səfir Ə.Zeynallı Nizami Gəncəvinin Pekinin Çaoyan parkındakı büstünün müəllifi, heykəltəraş-rəssam Yüen Sikunun Prezident İlham Əliyev tərəfindən Azərbaycan ilə Çin arasında mədəni əlaqələrin inkişafındakı xidmətlərinə görə "Dostluq" ordeni ilə təltif edildiyini diqqətə çatdırıb, ordeni onun vəsiqəsini Yüen Sikuna təqdim edib.

 

Nizami Gəncəvinin bütün bəşəriyyətə xidmət etdiyini, ədibin fikirlərinin insanlara mənəvi qida olduğunu bildirən Yüen Sikun "Nizami Gəncəvi ili"ndə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən "Dostluq" ordeninə layiq görülməsindən qürur duyduğunu deyib dövlətimizin başçısına bu yüksək mükafata görə təşəkkür edib.

 

Sonra tədbirdə dahi şairin yaradıcılığına aid film nümayiş olunub, Pekin Xarici Dillər Universitetinin Azərbaycan dili ixtisası üzrə tələbələri Nizami Gəncəvinin əsərlərindən parçaları Azərbaycan Çin dillərində oxuyublar.

 

Çin Mərkəzi Musiqi Konservatoriyasının nəzdində fəaliyyət göstərən "Amber" kvartetinin ifasında Üzeyir Hacibəylinin, Qara Qarayevin, Fikrət Əmirovun Tofiq Quliyevin əsərləri səslənib.

 

Mərasim iştirakçılarına Heydər Əliyev Fondunun Azərbaycanın mədəni irsinə aid nəşrləri, o cümlədən Nizami Gəncəvinin əsərləri daxil edilən kitablar, bukletlər, CD-lər təqdim olunub.

 

525-ci qəzet.-2021.- 26 may.- S.13.