XX əsr Azərbaycan ədəbiyyatı məsələlərinin V kitabı işıq üzü görüb

 

 

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən XX əsr Azərbaycan ədəbiyyatı məsələlərinin V kitabı nəşr edilib.

 

525.az-a verilən məlumata görə, İnstitut Elmi Şurasının 11 mart 2021-ci il tarixli 2 saylı iclas protokolunun qərarı ilə çap olunan kitab Mir Cəlal müasirlərinə həsr olunub.

 

İşin rəhbəri elmi redaktoru filologiya elmləri doktoru, professor Şirindil Alışanlıdır. Rəyçiləri filologiya elmləri doktoru Rəhim Əliyev filologiya üzrə fəlsəfə doktoru, dosent Aslan Salmansoydur.

 

Elm təhsil nəşriyyatında işıq üzü görmüş kitab 372 səhifədən ibarətdir. İki hissəli kitabda Mir Cəlalın bədii-elmi yaradıcılığı müasir elmi meyarlar nəzəri-metodoloji prinsiplər mövqeyindən araşdırılır.

 

Nəşrdə Elçinin Yazıçı, alim, pedaqoq, İsa Həbibbəylinin Mir Cəlal ədəbi-elmi məktəbi: sadəlik, dərinlik professionallıq, Şirindil Alışanlının XX əsr Azərbaycan ədəbiyyatının Mir Cəlal fenomeni sair tədqiqatlar yer alıb. Məqalələrin müəllifləri Tehran Əlişanoğlu, Bədirxan Əhmədli, Vaqif Yusifli, Mahirə Quliyeva, Aygün Bağırlı, Təyyar Salamoğlu, Mərziyyə Nəcəfova, İlham Məmmədli, Yadigar Əsgərova, Səfurə Quliyeva, Aytən Rüstəmzadə, Nazif Qəhrəmanlı, Razim Məmmədov Tahir Məsimovdur.

 

525-ci qəzet.- 2021.- 26 may.- S.13.