Zəlimxan Yaqubun "Qarabağ şikəstəsi" işıq üzü görüb

 

 

"Elm və təhsil" nəşriyyatı çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Xalq şairi Zəlimxan Yaqubun "Qarabağ şikəstəsi" adlı yeni kitabını çap edib.

 

272 səhifəlik, 1000 tirajla işıq üzü görən kitabda mərhum şairin Qarabağ mövzulu şeirləri 11 poeması yer alıb.

 

Kitabı nəşrə hazırlayan redaktor Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu, üz qabığının rəssamı Azər Ziyadxandır.

 

Xatırladaq ki, Xalq şairi Zəlimxan Yaqubun anadan olmasının 70 illik yubileyi münasibətilə keçən ilin dekabr ayında "Ölüm bir zarafatdı" Xalq Bank”ın "Xalq Əmanəti" layihəsi çərçivəsində sayca iyirminci nəşri olan "Zəlimxan Yaqub. Seçilmiş əsərləri" işıq üzü görmüşdü

 

525-ci qəzet.- 2021.- 26 may.- S.13.