Təkrarsızlığı ilə seçilən Azərbaycan faunası

 

Heyvanat aləminin Azərbaycanda yayılmasına relyef şəraiti ona uyğun olan bitki örtüyünün dəyişməsi, su hövzələrinin yerləşməsi təsir edir. Burada mindən çox ali heyvan növü yaşayır. Onların 618 növünü onurğalı heyvanlar, o cümlədən, 97 növünü məməlilər təşkil edir. Ölkədə qeydə alınan heyvanların 58 növü sürünənlərdən (5 növ zəhərli ilan), 11 növü suda-quruda yaşayanlardan, 357 növü quşlardan, qalanı onurğasız heyvanlardan ibarətdir. Həşəratların 12 min növü yayılıb.

 

Ekologiya Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, Kür-Araz ovalığında 500-600 m hündürüyə qədər sahələrdə quraqlıq heyvanlarından dovşan, tülkü, çaqqal, canavar, cəld kərtənkələ, qırmızıquyruq qum siçanı, Kiçik Asiya qum siçanı, ərəb dovşanı, quru tısbağası, gürzə, koramal, çöl siçanı digərlərinə rast gəlmək olar. Qamışlıqlarda sahil zonalarında çöl donuzu, qamışlıq pişiyi, çaqqal, su siçovulu, su ilanı, bataqlıq qunduzu, quşlardan vağ, soltan toyuğu, turac, qızılqaz, kəklik, ördək, qaşqaldaq yaşayır.

 

Ölkənin arazisindən axan çaylarda çəki, çapaq, ilan balığı, sıf, xəşəm, naxa bobla kimi balıq növləri vardır.

 

Tuğay meşələrində heyvanat aləmi çöl donuzu, dovşan, tülkü, çaqqal, porsuq, kirpi, ilan, kərtənkələdən ibarətdir. Bu ərazilərdə bayquş, ağacdələn, qu-qu quşu, qaratoyuq sair quşlar məskən salır. Ölkənin digər düzənlik meşələrində dağətəyi kolluqlarda həmçinin ayı, çüyür, vaşaq, sincab, maral, vəhşi pişik, yenot, sağsağan, sarıköynək, ağacdələn yaşayır.

 

Nazirlikdən qeyd olunub ki, meşələr heyvanlar aləmi ilə ən zəngin ərazilərdir. Burada maral, qonur ayı, dağ keçisi, qarapaça, bəbir, dələ, vaşaq, meşə pişiyi, köpkər, porsuq, sincab, oxlu kirpi, çöl donuzu vardır. Meşələrdə ağacdələn, kəklik, turac, qaraleylək, qartal, bülbül, Qafqaz tetrası, Zaqafqaziya qırqovulu kimi quşlara s. heyvanlara rast gəlinir: "Yüksək dağ çəmənlikləri va qayalıqlar dovşan, tülkü, dağ keçisi, bəbir, qar siçanı, qarapaça, canavar, çaqqal, Xəzər uları, Qafqaz uları, kərkəs üçün yaşayış yeridir.

 

Bu ərazilərdə quşlardan toğlugötürən, göyərçin, kəklik, bildirçin, alacəhrə, sürünənlərdən gürzə, kələz, quru qurbağasına rast gəlinir. Xəzər dənizinin sahil rayonlarında, adalarda şirin sulu göllərdə çoxlu miqdarda köçəri daimi yaşayan quşlara rast gəlinir".

 

Nazirlikdən bildirilib ki, ölkənin  heyvan ehtiyatlarına ovlanan balıqlar, xəz dərisi əti istifadə edilən heyvanlar daxildir. Ovçuluq təsərrüfatlarında yaşayan, sənaye va tibb məqsədləri üçün (müalicə zəliləri) bəslənən heyvan növlərini heyvan ehtiyatlarına aid etmək olar. Təsərrüfat əhəmiyyətinə görə Xəzər dənizi, Kür çayı, Araz çayı, su anbarları vətəgələrdə ovlanan balıq ehtiyatları xüsusilə fərqlənir.

 

Su hövzələrində məskən salan quşlar, çöl donuzu, dağlarda yaşayan dağ keçisi, maral, çüyür, kəklik ovlanır. Abşeronda dərman almaq üçün (ilan zəhəri) gürzələr saxlanılır.

 

Ölkədə 20 ovçuluq təsərrüfatı var. Heyvanlar ovlanan ərazilər 5,2 mln ha sahə tutur. Ovçuluq təsərrüfatının 18-i ictimai təşkilat, 2-si dövlət təsərrüfatlarıdır.

 

Ekoloq Alim Məmmədov deyir ki, bu gün bəşəriyyətin gələcək nəsillər qarşısında mənəvi öhdəliyi ekosistemin, eləcə də nadir florafauna növlərinin qorunmasından ibarətdir. Ekoloji təhdidlərin sərhəd tanımadığı və heç bir dövlətin bu təhlükədən sığortalanmadığını nəzərə alaraq Azərbaycanda bu məsələyə həmişə aktual yanaşılıb. Ölkənin bu sahədəki əsas ideologiyası təbii resursların, ətraf mühitin, heyvanların qorunması istiqamətində mühüm işlər görülüb: "Azərbaycanda təbii şəraitin müxtəlifliyi ilə əlaqədar onun heyvanlar aləmi də çox rəngarəngdir. Ölkə ərazisində 100 növə qədər məməli, 357 növ quş, 67 növ amfibireptili, 1 növ dəyirmiağız, 97 növ balıq, 15 mindən çox onurğasız heyvan növü məlumdur. Bütün bu dəyərlərin qorunması üçün Azərbaycan Prezidenti tərəfindən Milli Strategiya həyata keçirilir. Strategiyanın əsas məqsədi genetik resursların səmərəli istifadəsi, bioloji müxtəlifliyin müdafiəsi və mühafizəsi, ekoloji dayanıqlılığın təkmilləşdirilməsi, xüsusi mühafizə olunan ərazilərin yaradılması, bioloji müxtəlifliyə təsir edəcək risklərin azaldılması və s. təşkil edir.

 

Bioloji müxtəliflik üzrə birinci Milli Strategiyanın həyata keçirilməsindən bəri Azərbaycanda qorunan ərazilərin sahəsi, meşə örtüyü sahəsi xeyli artıb. Ölkədə milli parklar təsis olunub. Milli parkların yaradılması həmin ərazidə təbiətin kompleks şəkildə qorunmasına, "Qırmızı Kitab"a daxil edilmiş tipik florafauna növlərinin qorunub saxlanılmasına, xüsusilə burada məskunlaşmış məməli heyvan növlərini - ceyran, cüyür, bəbir, çöl donuzu, qırqovul, turac, kəklik kimi quş növlərini qorumağa imkan verir. Heyvanların qorunmasında və onların təbii areallarında yaşamalarının təminatı üçün əsas faktorlardan biri də meşələrin qorunmasıdır. Azərbaycan nəinki meşələrin qırılması prosesini dayandıran, həm də onların sahəsini artıran azsaylı ölkələrdən biridir".

 

S.QARAYEVA

 

525-ci qəzet.- 2021.- 3 noyabr.- S.22.