Azərbaycanın təbiət qoruqları: ekoloji mühitin keşiyində

 

Hazırda Azərbaycanda ümumi sahəsi 893 min hektara yaxın olan xüsusi mühafizə olunan təbiət əraziləri, o cümlədən, 10 milli park, 10 dövlət təbiət qoruğu 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir. Ümumilikdə xüsusi mühafizə olunan təbiət əraziləri ölkə ərazisinin 10,31 faizini təşkil edir.

 

Azərbaycanda ilk qoruq olan Göygöl Dövlət Təbiət Qoruğu 1925-ci ildə yaradılıb. 1929-cu ildə Qızılağac Zaqatala qoruqları 1936-cı ildə Hirkan qoruğu təsis edilib. Beləliklə. 1958-ci ilə qədər 4 qoruq fəaliyyət göstərib. 1958-ci ildən başlayaraq, 1990-cı ilə kimi qoruqların yaradılması prosesi davam etdirilib bir neçə ildən bir yeni qoruq təşkil edilib. 1990-cı ildə Altıağac Dövlət Təbiət Qoruğu yaradılıb. 2003-cü ildə Naxçıvan Muxtar Respublikasında Şahbuz, 2004-cü ildə isə Eldar şamı, 2007-ci  ildə Bakı Abşeron yarımadasının Palçıq Vulkanları Qrupu, 2008-ci ildə işə Korçay Dövlət Təbiət Qoruğunun əsası qoyulub.  Eyni zamanda 2003-cü ildə Türyançay, Pirqulu, İlisu, Qarayazı, İsmayıllı, 2008-ci ildə isə Zaqatala Dövlət Təbiət Qoruqlarının əraziləri 2-3 dəfədən çox genişləndirilib.

 

Bəsitçay Dövlət Təbiət Qoruğu Azərbaycan hökumətinin 4 iyul 1974-cü il tarixli qərarı ilə Zəngilan rayonunda yaradılmışdır. Qoruq Azərbaycanın cənub-qərbində, Zəngilan rayonu ərazisində Bəsitçayın dərəsində yerləşir. Qoruq ərazinin landşaft kompleksini, xüsusilə nadir təbii çinar meşəliyini qorumaq məqsədilə təşkil edilib.  Bəsitçay ölkə  qoruqlarının ən kiçiyidir. Onun sahəsi 107 hektardır.

 

İlisu  Dövlət Təbiət Qoruğu 1987-ci ildə 9345 hektar ərazidə yaradılıb. Böyük Qafqazın cənub yamacında (Qax rayonu), Zaqatala İsmayıllı qoruqlarının arasında 700-2100 metr hündürlükdə yerləşir. 2003-cü ildə Nazirlər Kabinetinin Qərarı ilə qoruğun ərazisi genişləndirilib.   Hal-hazırda qoruğun sahəsi 17381,6  hektardır.  İlisu qoruğunda  dərman, endemik, nadir nəsli kəsilmək təhlükəsi altında olan bitki növləri çoxdur.  Ərazidə şərq fısdığı, Qafqaz vələsi, şərq palıdı, Litvinov tozağacı, Trautvetter ağcaqayını, quşarmudu, itburnu, böyürtkən, dovşanalması, topulqa, yabanı gilas, zoğal, moruq sair  bitkilər yayılıb. Qaraçöhrə, Radde ağcaqayını bitkilərinin adları Qırmızı kitablara daxil edilib. Qoruğun ərazisində 5 dəstəyə aid olan 35 növ məməli yaşayır. Bunlar dırnaqlılar , yırtıcılar, gəmiricilər, cücüyeyənlər  s. ibarətdir. Quşların 11 dəstəyə aid olan 90-a qədər növü yayılıb. Onların 60 növə qədəri isə sərçəkimilərə aiddir. Ərazidə sürünənlərin 12 növü yaşayır. Onların 7-si kərtənkələlərə, 3-ü təlxələrə, 1-i ilanlara, 1-i isə koramallara aiddir.

 

Qarayazı Dövlət Təbiət Qoruğu 1978-ci ildə Qazax rayonu əraziində - Ağstafa meşə təsərrüfatının Kürətrafı meşələrində 6000 hektara yaxın ərazidə yaradılıb. Lakin sonra qoruğun meşəli meşəsiz ərazisindən 1119 hektar torpaq fondu Qazax rayonunun Sadıqlı üzümçülük sovxozuna verildi   4855 hektar ərazisi qaldı. 2003-cü ilin iyun ayında Nazirlər Kabinetinin Qərarı ilə qoruğun ərazisi genişləndirilərək 9658 hektara çatdırılıb. Qarayazı Dövlət Təbiət Qoruğu Kür çayı boyunca onun yatağının sol sahillərini Qarayazı düzünün xeyli hissəsini əhatə edir. Qoruğun şərqə davamı Qarayazı-Ağstafa Dövlət Yasaqlığıdır. Qərbdə Gürcüstan, şimalda Bakı-Tbilisi dəmir yolu, cənubda Kür çayı ilə sərhədlənir.

 

Heyvanlar aləminin zənginliyi cəhətdən Qarayazı meşələri xüsusi əhəmiyyətə malikdir. Burada maral, qunduz, dələ, gəlinçik, dovşan, çöl donuzu, tülkü, çaqqal, porsuq, çöl pişiyi, süleysün sair məməlilər məskunlaşıb.

 

Ərazi daimi yaşayan köçəri quşlarla da zəngindir. Onlar sıx meşələrdə müxtəlif kolluqlarda daha çox məskən salmışlar. Quşlardan  qırqovul, göyərçin, alabaxta, qaratoyuq, ağacdələn, sığırçın daha çox olub, sayı 500-dən 2000-ə qədərdir.

 

Türyançay Dövlət Təbiət Qoruğu 1958-ci ildə 12344 hektar ərazidə yaradılıb. 2003-cü ildə Nazirlər Kabinetinin Qərarı ilə ərazisi iki dəfə genişləndirilib. Hazırda sahəsi ərazisi 22488 hektardır. Qoruq Ağdaş, Oğuz, Yevlax Qəbələ rayonlarının ərazisində yerləşir. Türyançay Dövlət Təbiət Qoruğunun yaradılmasında məqsəd Azərbaycanın arid meşə sahələrindən biri, həm ən başlıcası olan Bozdağın arid meşə lanşaft kompleksini qorumaqdır.

 

Türyançay Dövlət Təbiət Qoruğunda çöl donuzu, qonur ayı, porsuq, dələ, tülkü, dovşan, çaqqal, vaşaq sair məməli vəhşi çöl heyvanları məskən salıblar. Qoruğun ərazisi heyvanların ən əlverişli qışlaq yeridir. Burada sürünənlərdən müxtəlif ilanlara kərtənkələlərə rast gəlinir. İlanlardan gürzə daha çoxdur. Turyançayın sularında Xəzər tısbağasına tez-tez rast gəlinir. Yerli quşlardan kəklik, göyərçin, adi qur-qur, ağbaş Asiya kərkəsi, leşyeyən qartal, qara kərkəs, sərçələr, qaratoyuqlar, zığ-zığ, payız bülbülü, dağ vələmirquşu, böyük uzunquyruq arıquşu s. məskunlaşıb. Qoruqda Azərbaycanın "Qırmızı kitabı"na adları düşən ayıya, şahinə, berkuta, çöl qartalına təsadüf edilir.

 

Zaqatala Dövlət Təbiət Qoruğu ölkənin ən qədim qoruqlarından biridir. Qoruq 1929-cu ildə Zaqatala Balakən inzibati rayonlarının ərazisində, Böyük Qafqaz sıra dağlarının mərkəz  hissəsinin cənub mikroyamaclarında təşkil edilib. Ərazisi 23844 hektar idi. Nazirlər Kabinetinin 2008-ci il tarixli 370s nömrəli Qərarı ilə Zaqatala Balakən meşə mühafizəsi bərpası müəssisələrinin torpaqları hesabına ərazisi genişləndirilərək sahəsi 47349 hektara çatdırılıb. Qoruq Gürcüstanla həmsərhəddir.

 

Qoruqda 1000-dən artıq bitki növünə təsadüf edilir. Əsas meşə təşkil edən növlərdən fısdıq, palıd, vələs, cökə, göyrüş, şabalıd, qoz, qaraçöhrə, qarmaqvari şam sairi göstərmək olar. Burada 32 növ məməli, 89 növ köçəri oturaq quşlar yaşayır. Qoruqda 4500-dən çox Şərqi Qafqaz təkəsi, 1000 baş maral, 700 baş qarapaça 2000-ə yaxın çöl donuzu var.

 

Şirvan Dövlət Təbiət Qoruğu Kür-Araz ovalığının cənub-şərqi Şirvan düzənliyində yerləşir. Hələ 1961-ci ildə Kür-Araz  ovalığının həmin hissəsində alimlərin həyata keçirdiyi sayğının nəticələrinə əsasən ceyranların sayının 77 baş olduğu bir vaxtda, Azərbaycan Hökumətinin xüsusi qərarı ilə Bəndovan Dövlət Yasaqlığı yaradılmışdı. 8 ildən sonra, burada ceyranların sayının 400 başa çatdığı vaxtda  hökumətin 1969-cu il tarixli müvafiq qərarı ilə 17700 min hektar sahədə Şirvan Dövlət Təbiət Qoruğu təşkil edildi. 1982-ci ildə dövlət təbiət qoruğunun sahəsi genişləndirlərək. 25761 hektara çatdırıldı.  2003-cü ildə Şirvan Dövlət Təbiət Qoruğunun bazasında ətraf ərazilərində Şirvan Milli Parkı yaradılmışdır. Hazırda  Şirvan Dövlət Təbiət Qoruğunun sahəsi 4657 hektardır.

 

Qoruqda ceyran, qunduz, çöl donuzu, dovşan, Xəzər suitisi, canavar, çaqqal, tülkü, porsuqs. heyvanlar məskunlaşıb. Qoruq ərazisində oturaq və köçəri quşlar daha çoxdur. Quş növlərindən turac, bəzgək, dovdaq, qu quşu, boz qaz, qızıl qaz, Quba qazı, qızılbaş ördək, boz ördək, anqut, qaşqaldaq, böyük vağ, kiçik vağ, boz vağ, sarı vağ, bizquyruq ördək, enliburun ördək və sair məskən salıb. Qoruqda  Azərbaycanın "Qırmızı Kitabı"na daxil edilmiş çəhrayı qutan, qara leylək, bəzgək, dovdaq, soltan toyuğu, ərsindimdik, qızılqaz, qırmızıdöş qaz, fısıldayan qu, kiçik qu kimi köçəri quşlar mühafizə olunur.

 

Eldar Şamı Dövlət Təbiət Qoruğu Prezidentin 2004-cü il tarixli Sərəncamı ilə Samux rayonunun inzibati ərazisində yaradılan mühafizə və elmi-tədqiqat idarəsi statusuna malik ərazidir. Qoruğun yaradılmasının başlıca məqsədi genetik fondun, bioloji müxtəlifliyin, ekoloji sistemlərin, səciyyəvi və nadir təbiət komplekslərinin və obyektlərinin, dünyada yeganə vətəni olan Elləroyuğunda  Eldar şamı meşəliyinin  təbii vəziyyətini  qoruyub saxlamaq məqsədilə təbiət ərazilərinin mühafizəsini həyata keçirməkdir.

 

Samux rayonu ərazisində dünyada yeganə təbii Eldar şamı meşəliyinin qorunması məqsədi ilə Azərbaycan hökumətinin 5 may 1948-ci il tarixli qərarı ilə "Eldar şamı" yasaqlığı yaradılıb.  Yasaqlıq sonradan qoruq elan edildi. 1961-ci ildə 300 ha sahə Türyançay qoruğunun, 1967-ci ildə Göygöl qoruğunun filialına çevrildi. Hal-hazırda Eldar şamı qoruğunun sahəsi 1686 hektardır.

 

Prezidentin 2008-ci il 01 aprel tarixli 2745 nömrəli Sərəncamı ilə  Goranboy rayonunun inzibati ərazinin 4833,6 hektar sahəsində Korçay dövlət təbiət qoruğu yaradılıb.  Yaradılmasında əsas məqsəd Bozdağın təbii landşaftının, nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan heyvan növlərinin qorunub saxlanılmasıdır. Azərbaycanın "Qırmızı Kitab"ına daxil olan heyvanlardan əsasən ceyranı və turacı qeyd etmək olar. Burada məməlilərdən ceyran, dovşan, tülkü, çaqqal, canavar; quşlardan kəklik, turacs. var

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafi Departamentindən bildirilib ki, dövlət təbiət qoruqları Azərbaycanın xüsusi mühafizə olunan təbiət ərazilərinin növlərindən biridir. Dövlət təbiət qoruqları - səciyyəvi və nadir təbiət komplekslərini və obyektlərini təbii vəziyyətində qoruyub saxlamaq, təbiət proseslərinin və hadisələrinin gedişini öyrənmək məqsədilə yaradılan təbiəti mühafizə və elmi müəssisə və ya təşkilat statusuna malik olan ərazilərdir. Burada təbətin bütün elementləri kompleks şəkildə qorunur: "Dövlət təbiət qoruqlarının dövlət tərəfindən təsdiq edilən sərhədləri var və onların mühafizəsi Qoruğun mühafizə xidməti tərəfindən həyata keçirilir. Bu işdə müvafiq mühafizə postlarından və digər mühafizə vasitələrindən istifadə edilir".

 

Sevinc QARAYEVA

 

525-ci qəzet.- 2021.- 5 noyabr.- S.12.