ADMİU- da Zəfər Günü ilə bağlı təqdimat və konert olub

 

Noyabrın 5-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) 8 Noyabr - Zəfər Günü münasibətilə tədbir və konsert proqramı təşkil edilib.

 

Mərasimdə çıxış edən ADMİU-nun rektoru professor Ceyran Mahmudova Zəfər Günü ərəfəsində ali təhsil ocağında müxtəlif tədbirlər keçirildiyini bildirib. Bu baxımdan universitetin məzunu şəhid Fəqan Məmmədov və bütün şəhidlərimizin xatirəsinə həsr olunmuş “Qırx dördfilminin təqdimatının keçirildiyini və şanlı Qələbənin ildönümü münasibətilə ADMİU müəllimlərinin sərgisinin açıldığını diqqətə çatdırıb. O, 26 İyun – Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibətilə bu ali məktəbin İkinci Qarabağ müharibəsi iştirakçısı olan əməkdaş, tələbə və məzunlarının, eləcə də şəhidlərin şərəfinə hazırlanmış “Zəfər” lövhəsinin açıldığını xatırladıb, ADMİU-da onların xatirəsinin hər zaman uca tutulduğunu qeyd edib. Rektor universitetin tələbə və əməkdaşlarının Vətən müharibəsində şərəflə iştirak etdiyinidöyüşdüyünü deyib, ADMİU-nun üç məzununun şəhidlik zirvəsinə ucaldığını bildirib.

Ölkəmizdə şəhid və qazi ailələrinə dövlətimiz tərəfindən daim diqqət və qayğı göstərildiyini deyən C.Mahmudova ADMİU-nun Vətən müharibəsi iştirakçılarının Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən medallarla təltif olunduğunu diqqətə çatdırıb.

 

Rektor bildirib ki, universitetin kollektivi Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalmış qəhrəman oğullarımızın xatirəsini hər zaman uca tutur, şəhidlərin məzarını ziyarət edir, onların ailələri ilə görüşür.

 

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu tərəfindən qazanılan böyük Qələbənin hamımızda qürur və fəxarət hissi yaşatdığını deyən C.Mahmudova tədbir iştirakçılarını Zəfər Günü münasibətilə təbrik edib, Azərbaycana bu möhtəşəm günü yaşadan şəhidlərimizin xalqımızın tarixində və yaddaşında əbədi yaşayacağını bildirib.

 

Professor İlham Rəhimli, Əməkdar artist Azad Şükürov çıxış edərək 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbədən, ADMİU-nun tələbə və əməkdaşlarının İkinci Qarabağ savaşındakı iştirakından, qəhrəmanlığından söz açıb, onlarla qürur duyduqlarını söyləyiblər. Bildirilib ki, Zəfər Günü Azərbaycan xalqının mərdlik, şücaət, ləyaqət tacıdır. İllər ötəcək, nəsillər bir-birini əvəz edəcək, lakin xalqımızın həmrəyliyi, ordumuzun rəşadəti və ölkə rəhbərinin qətiyyəti sayəsində əldə etdiyimiz bu Qələbə heç vaxt unudulmayacaq, adları tarixə yazılan şəhidlərimizin fədakarlığı, qazilərimizin qəhrəmanlığı, əsgər və zabitlərimizin şücaəti heç vaxt yaddan çıxmayacaq.

 

Sonra tələbələr mərhum yazıçı-dramaturq, universitetin professoru Aqşin BabayevinGözün aydın, Ulu Öndər” şeirini səsləndiriblər.

 

Tədbirdə Xalq artisti Gülyanaq Məmmədovanın, ADMİU-nun müəllim və tələbələrinin ifasında vətənpərvərlik mövzusunda konsert proqramı təqdim edilib.

 

 

Şahanə

525-ci qəzet.- 2021.- 6 noyabr.- S.12.