Tarixi həqiqətlərfilmi təqdim olundu

 

Bu gün Nizami Kino Mərkəzində “Tarixi həqiqətlər” filminin təqdimat mərasimi keçirilib.

 

525.az xəbər verir ki, film  6 nömrəli məktəb-liseyin “2b” sinfinin təşəbbüsü ilə ərsəyə gəlib. “Tarixi həqiqətlər” filminin ideya müəllifi və rəhbəri müəllimə Xuraman Şabanidir.  Filmin ssenari müəllif və quruluşçu rejissoru  Bəhruz Vaqifoğlu, ikinci rejissoru Elmin Qiyaslı, quruluşçu operatoru Fahir Səmədoğludur.

 

Əvvəlcə, tədbir iştirakçıları şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla  yad etdilər. Ardınca tədbir sinif rəhbəri Xuraman Şabaninin açılış nitqi ilə başladı. Filmin ideyası və necə ərsəyə gəlməsindən bəhs etdi. Daha sonra Tovuz istiqamətində döyüşlərdə şəhid olan polkovnik İlqar Mirzəyevin anası Gülnarə Mirzəyeva və Ülvi Hacıyevin anası Həmidə Qurbanova çıxış etdilər. Ardınca Əməkdar artist Gülüstan Əliyeva çıxış edərək, film haqıqnda öz fikirlərini bildirdi.

 

Tədbirdə Vətən müharibəsi qazilərinə də söz verilib. Onlar döyüş yoldaşlarını anıblar və qələbəmiz haqqında düşüncələrini tədbir iştirakçıları ilə bölüşüblər.

 

Daha sonraTarixi həqiqətlərfilmi təqdim edilib:

 

525-ci qəzet.- 2021.- 11 noyabr.- S.16.