Zəfərimizi rəsmiləşdirən
bəyannamə
Azərbaycanın 27 sentyabr 2020-ci ildə Ermənistanın növbəti
hərbi təxribatına
cavab olaraq başlatdığı Vətən
müharibəsi 44 gün
sonra ölkəmizin şanlı zəfəri ilə başa çatdı. Bu, müasir
dünya tarixinə ən qısa müddətdə böyük
qələbə ilə
başa çatan müharibə kimi daxil oldu. İkinci Qarabağ müharibəsi
düşmənin tam kaputulyasiyası,
sözün əsil mənasında diz çökməsi ilə
nəticələndi.
2020-ci il 10 noyabr
tarixində ölkəmizin
İkinci Qarabağ müharibəsində şanlı
Zəfərini rəsmi
şəkildə tanıyan
üçtərəfli bəyanat
imzalandı. Həmin gün Azərbaycan
xalqına müraciətində
Prezident İlham Əliyev Ermənistan rəhbərliyinin bu sənədi imzalamaqdan başqa çıxış
yolu olmadığını
bildirdi. Çünki əks-təqdirdə heç
bir müqavimət və kənardan təzyiq cəhdləri Azərbaycan Ordusunun hücumlarını dayandıra
bilməyəcəkdi.
Ermənistan tərəfi 30 ilə yaxın işğalda saxladığı Azərbaycan
ərazilərini vəhşicəsinə
dağıdıb, tamamilə
minalayaraq, çətin
keçilən sədlər
yaratmışdı. Lakin yenilməz
Azərbaycan ordusu bu sədləri, “Ohanyan” və digər adlar verdikləri xətləri
qəhrəmancasına keçərək
düşməni geri
çəkilməyə məcbur
etdi. Müharibəyə qədər və
elə müharibə
günlərində də
ordusunun gücü, hərbi üstünlüyü,
müasir silahları ilə bağlı bəyanatlar verən Ermənistanın hərbi-siyasi
rəhbərliyi əslində
öz xalqını aldatmış oldu. Məlum oldu ki, Ermənistanın
ümumiyyətlə, peşəkar
ordusu yoxdur.
Azərbaycanın Vətən müharibəsində
zəfərini şərtləndirən
əsas amillər Ali Baş Komandanın qətiyyəti, onun rəhbərlik etdiyi güclü ordu, hərbçilərimizin vətənpərvərlik,
döyüş ruhu, ən əsası isə həmrəylik oldu. Azərbaycan xalqı müharibə
günlərində bir
yumruq kimi öz liderinin ətrafında birləşdi.
Bu da qələbəmizi
təmin edən amillərdən birinə çevrildi.
Ermənisanın silahlı qüvvələrinə
döyüş meydanlarında
heç bir şans verməyən Azərbaycan Ordusu noyabrın 9-dək 300-ə yaxın
kənd, 5 şəhər,
4 qəsəbə, çoxsaylı
strateji yüksəklikləri
azad etdi. Rəsmi İrəvan
şəxsi heyət arasında itkilərini bu gün də
ört-basdır etməyə
çalışır. 3-4 min arası itkisini
etiraf edir. Lakin hərbi ekspertlər reallıqda 7-8 min erməni
hərbçisinin məhv
edildiyini vurğulayırlar.
Silahlı Qüvvələrimizin unikal hərbi əməliyyat nəticəsində
Azərbaycanın mədəni
və mənəvi sərvəti olan Şuşa şəhərini,
onun ardınca bir gündə 70-dən artıq kəndi, 8 strateji yüksəkliyi azad etməsindən sonra Ermənistan artıq müqavimət görüntüsü yarada
bilməyəcəyini də
anladı və kapitulyasiya düşmən
üçün yeganə
xilas yolu oldu. 10 noyabr sənədi ilə üç rayon - Kəlbəcər,
Ağdam və Laçın döyüşsüz,
qan tökülmədən azad
olundu. Bu istiqamətdə
də Azərbaycanın
hücum planı hazır idi. Lakin məğlub tərəf kaputulyasiyasını qəbul
etməkdən başqa
yolu qalmamışdı.
Ermənistanın baş naziri
Nikol Paşinyan etiraf etdi ki,
əgər bəyanatı
imzalamasaydı, 15 mindən
çox itki ilə qarşılaşa
biləcəkdilər. Bu gün Azərbaycan
regionun lider dövləti olaraq həm işğaldan azad edilmiş ərazilərdə geniş
bərpa-quruculuq işlərinə
başlayıb, eyni zamanda regional əməkdaşlığın
inkişafı təşəbbüsləri
ilə çıxış
edir.
Dövlət başçısı İlham Əliyev bununla bağlı deyib: “Müharibə artıq tarixdə qaldı, Dağlıq Qarabağ münaqişəsi
də tarixdə qaldı, biz gələcəyə
baxmalıyıq. Bu gün biz gələcəyi
yaradırıq, öz
əllərimizlə yaradırıq.
Əminəm ki, bütün
planlarımız, - bu
günə qədər
bəyan edilən bütün hədəflər
necə təmin edilmişdisə, - növbəti
dövr üçün
nəzərdə tutulmuş
hədəflər də
təmin ediləcək.
Biz bu hədəflərə
çatacağıq, ölkəmizi
gücləndirəcəyik, ordumuzu yenə də gücləndirəcəyik
və Azərbaycan xalqının təhlükəsiz
həyatını təmin
edəcəyik. Əlbəttə ki, 30 il ərzində
əziyyət içində,
o cümlədən mənəvi
əzab içində
yaşamış köçkünləri
maksimum qısa müddət ərzində
öz doğma torpaqlarına qaytaracağıq”.
Əlbəttə ki, regionda yeni
əməkdaşlıq platformasının
yaradılmasından bütün
regon dövlətləri
fayda əldə edəcək. O cümlədən
də işğalçı
və terrorçu siyasətindən əl çəkdiyi təqdirdə
bu gün dərin iqtisadi-sosial böhran içində olan Ermənistan da.
Deputat Elşad Mirbəşiroğlu
hesab edir ki, ötən ilin 10 noyabrında imzalanan birgə bəyanat 44 günlük vətən müharibəsində
Azərbaycanın inamlı
zəfərinin ifadəsi
idi: “Birgə bəyanatın müddəaları
Azərbaycanın diqtəsi
ilə formalaşdı.
Bunu sübut edən başlıca məqamlar ondan ibarətdir ki, Ermənistan bu bəyanatı imzalamaqla öz üzərinə öhdəliklər
götürmüş oldu.
Ağdam, Kəlbəcər,
Laçın döyüşsüz
Ermənistan tərəfindən
təhvil verildi. Bu, qələbəmizin növbəti tarixi mərhələsi idi.
Ayrıca olaraq xüsusi
qeyd etmək lazımdır ki, birgə bəyanatın doqquzuncu maddəsində Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında
nəqliyyat əlaqəsinin
yaradılması məsələsi
öz əksini tapıb.
Prezidenti
İlham Əliyevin də vurğuladığı
kimi, bu, onun təkidi nəticəsində baş
verdi. Yəni, Azərbaycan
44 günlük Vətən
müharibəsində özünün
güc mövqeyini formalaşdırmaqla birgə
bəyanatın müddəlarının
öz maraqlarına uyğun olmasına nail oldu. Naxçıvanla Azərbaycan arasında
nəqliyyat əlaqəsinin
yaradılması, təbii
ki, gələcəkdə
böyük bir coğrafiyada effektiv nəqliyyat infrastrukturu sisteminin əsasını
qoymaq imkanını verəcək”.
O deyib ki, 44 günlük
Vətən müharibəsindən
sonra Ermənistanın
birgə bəyanata imza atması Ermənistan cəmiyyətində
birmənalı olaraq cinayətkar dövlətin
ağır məğlubiyyəti
kimi qiymətləndirildi:
“Ermənistana çıxış
yolu qoymayan, təbii ki, 44 günlük Vətən müharibəsində öz
torpaqlarını inamla
azad edərək tarixi qələbə çalan Azərbaycan oldu.Bu baxımdan hesab edirəm ki, 44 günlük Vətən müharibəsinin
nəticəsi olaraq, Ermənistanı kapitulasiya
aktına imza atmağa məcbur etməklə Azərbaycan
özünün dönməz
şəkildə güc
mövqeyini formalaşdırdı.
Bundan sonra cərəyan edən hadisələr də Azərbaycanın ədalətli maraqlarına
uyğun olacaq. Azərbaycan işğaldan azad olunmuş ərazilərində
sürətlə tikinti
quruculuq işləri aparmaqdadır. Regionun nəqliyyat
mənzərəsini daha
köklü şəkildə
dəyişmək imkanına
məhz Azərbaycan malikdir. Ermənistan hər vəchlə
yekun sülh sənədini imzalamaqdan boyun qaçırır.
Azərbaycan isə mütləq
Ermənistanı yekun
sülh sazişini imzalamağa məcbur edəcək".
PƏRVANƏ
525-ci qəzet.- 2021.- 11 noyabr.- S.5.