Piri Rəis xəritəsinin sirləri  

 

 

Elmi ədəbiyyatda Piri Rəis Xəritəsi adlandırılan məşhur xəritə dünyanın 1513-cü ildə İstanbulda cızılmış yığcam modelidir.

 

Bu xəritədə Avropa Afkrikanın qərb hissəsi, Şimali Cənubi Amerika çoxlu xırda adalar təsvir edilib. 1517-ci ildə təcrübəli donanmaçı Piri Rəis hazırladığı xəritəni o dönəmin Osmanlı hökmdarı Sultan Səlimə təqdim etdi. Onun tərtib etdiyi dünya xəritəsi hətta Sultan Səlimi belə təəccübləndirmişdi. Belə ki, bir çox önəmli strateji nöqtə, ölkələrin sərhədləri, ölkələr haqqında məlumatlar ticarət yolları artıq Sultan Səlimin əllərinin içində idi. Rəvayətə görə, Sultan Səlim bu xəritənin Avropa Asiya hissələrinin başqalarının əlinə keçməsindən narahat olduğu üçün onu parçalar halında kəsib özündə saxlamışdı. Bəzilərinə görə, xəritənin hələ tapılmamış 13, bəzilərinə görə 3 parçası mövcuddur.

 

Əlbəttə, Sultan Səlimin özü üçün saxladığı xəritədə Avropa, Asiya Mesopotomiya parçalarının necə təsvir edildiyi mənim üçün maraqlıdır. Amma maraqlı olan təkcə bu deyil. Xəritədə, əslində mövcud olmayan adalar da təsvir olunub bu onu daha çox sirli edir. Xəritənin şimal hissəsində, Şimali Amerikanın şərq hissəsində bir neçə tutuquşu təsvir edilib. Piri Rəis xəritənin bir kənarında bu ərazi haqqında məlumat da verir: "Bu ölkəyə Antiliya deyirlər. Günəşbatan tərəfdədir. Buralarda dörd cins tutuquşu var buranın yerli xalqı tutuquşu əti ilə qidalanır".

 

Xəritənin cənub hissəsində tərs dayanmış bir balıq onun üstündə ocaq qalayan iki insan təsvir edilib. Piri Rəis bu məsələni xəritənin üzərində belə açıqlayıb: "Sent Braunden adlı bir səyyahın yeddi dənizi gəzdiyi deyilir. Həmin səyyah yanındakılar bir balığın üstünə çıxıb buranı quru sanaraq ocaq yandırdı. Kürəyi yanan balıq dənizə girdi səyyahlar üzərək gəmiyə tərəf getdilər. Bu, köhnə dünya xəritələrindən götürülüb. Portuqaliyalılardan götürülməyib".

 

Xəritənin aşağı hissələrində Qərb tərəfdə qəribə formada iki canlı nəzərə çarpır. Piri Rəis həmin ərazilərdə yaşayan xalqdan aldığı məlumatlarda bunları qeyd edir: "Qərb dağlarında bu görünüşdə canavarlar var. Dəniz kənarlarında isə çoxlu adəmoğlu yaşayır. Qızıl mədənləri saysız-hesabsızdır".

 

Xəritənin başqa yerlərində canlılar var. Amma aralarında ən çox diqqət çəkəni dağlıq ərazidəki bir zirvədə təsvir edilmiş, başı gövdəsində yerləşən saçları qırmızı olan insanabənzər varlıqdır. Bu qəribə varlıq bəzilərinə görə, bir cini, ya da şeytanı təmsil edir başındakı qırmızı saçlar əslində alovdur. Piri Rəisin həmin yerdə gördüyü bir cini təsvir etdiyi deyilir. Bu təsvirin altındakı qeydlərdə yazılıb: "Deyilir ki, bu canavarın yeddi qarış boyu var. Gözlərinin arası bir qarışdır, amma zərərsizdir". Bu qeyddən aydın olur ki, Piri Rəis sadəcə bölgələrdə yaşayan xalqlardan eşitdiklərini təsvir edir. Yəni o varlıq əslində, cindir, şeytan.

 

Digər sirli məqam isə bu canlının üstündə təsvir edilmiş Dəccalın orada gizləndiyi rəvayət edilən qırmızı rəngli adadır. Sirli olduğunu dedim, çünki əslində, dünyada belə bir ada mövcud deyil. Bəs Piri Rəis bu adanı xəritədə niyə göstərib? Diqqətlə baxsaq, görərik ki, xəritədə bəzi adalar rəngsiz, bəziləri isə qırmızı rəngdə çəkilib. Əslində, bunların hamısının bir mənası var. Xəritədə insanların hələ getmədiyi kəşf etmədiyi adalar rəngsiz göstərilib. Ortada dayanan həmin qırmızı ada isə, əslində, insanların az olduğu, məskunlaşmanın az olduğu bir adadır. Həmin adadan sol tərəfdə təsvir edilmiş ada haqqında isə "bura yaşayış üçün uyğunsuz bir yerdir" fikirləri qeyd edilib. Piri Rəis həmin qırmızı ada haqqında bu qeydləri yazıb: "Gəmi fırtınanın təsiri ilə bu qırmızı adaya düşdü. Kapitanın adı Nikola Kuvan idi. Bu adada təkbuynuz öküz çoxdur". Bu adanı ön plana atan, əslində, digər adaların rənginin zamanla solmasından da qaynaqlanır. Yəni həmin adada Dəccalın olduğu ya gizlədildiyi ilə bağlı heç bir iz yoxdur. Böyük ehtimalla, zamanla dəniz sularının altında qalmış bir yerdir.

 

Piri Rəis xəritənin bir qismində bu xəritənin necə çəkilməsi ilə bağlı da qeydlər aparıb: "Bu xəritə bənzərsiz bir xəritədir hazırda heç kəsdə yoxdur. Bu xəritəni mən çəkmişəm. Dünyanın hər yerini göstərmişəm".

 

Piri Rəis xəritəni çəkərkən bir çox fərqli mənbədən istifadə etdiyini cəsur şəkildə etiraf edir. Qəribə tərəfi odur ki, çox vaxt xəritəçilər öz istifadə etdikləri mənbələri qeyd etmirlər. İş orasındadır ki, Piri Rəisin mənbə kimi göstərdiyi xəritələr belə onun xəritəsi qədər mükəmməl deyildi.

 

Dəvə dərisi üzərində səkkiz rəngdə çəkilmiş bu xəritədə digər maraqlı cəhət, Antarktida materikinin öz əksini tapmasıdır. Antarktida dağları, demək olar ki, dəqiqliklə göstərilib. Halbuki bu dağlar ancaq 1952-ci ildə səsötürücü alətlərdən istifadə yolu ilə müəyyən edilib. Buz altında olan bu dağların materikin sahil xətlərinin düzgün müəyyən edilən xəritəsinin tərtibində Piri Rəisin nəyə əsaslandığı bu gün elm üçün sirr olaraq qalır.

 

El ROMAN

 

525-ci qəzet.- 2021.- 12 noyabr.- S.16.