Böyük sözün işığında” kitabı nəşr olundu

 

 Azərbaycanın Xalq yazıçısı, tanınmış roman ustası  Əli Vəliyevin bu ilə təsadüf edən 120 illik yubileyi münasibətilə ustad ədib haqqında xatirələrin toplandığıBöyük sözün işığındakitabı işıq üzü görüb.

 

525.az xəbər verir ki, Ümummilli lider Heydər Əliyevin yazıçının yaradıcılığı, keçdiyi çətin şərəfli ömür yolu haqqında çıxışı ilə açılan kitab Süleyman Rəhimov, Rəsul Rza, Mirzə İbrahimov, Mirvarid Dilbazi, İlyas Əfəndiyev, İsmayıl Şıxlı, Hüseyn Abbaszadə, Süleyman Ələsgərov, Bəxtiyar Vahabzadə, Məmməd Araz, Elçin Əfəndiyev, Sabir Rüstəmxanlı, Aqil Abbas kimi tanınmış söz, sənət mədəniyyət xadimlərinin Əli Vəliyevin saf təbiəti, mərdliyi, şəxsiyyət bütövlüyü, zəngin ədəbi irsi, Zəngəzur, Qarabağ mahalının füsunkar təbiətini, xalqın həyat məişətini koloritli xalq dili ilə təsvir edən roman, povest hekayələri ilə bağlı söylədikləri fikir mülahizələri əks etdirir.

 

Kitabın tərtibçisi – Yaşar Əliyev, redaktoru – Bəhlul Abbasovdur.

 

525-ci qəzet.- 2021.- 16 noyabr.- S.9.