Ermənistanın təxribatı: məqsəd nə idi?

 

İkinci Qarabağ müharibəsində ağır məğlubiyyətə uğrayan Ermənistan öz təxribatlarından əl çəkmir. Məqsədi isə regionda sülh, sabitlik, əməkdaşlıq üçün yaranmış yeni imkanları əngəlləməkdir. 2021-ci il noyabrın 16-da Ermənistan silahlı qüvvələrinin bölmələri növbəti dəfə təxribata əl atdı. Belə ki, qarşı tərəf dövlət sərhədinin Kəlbəcər Laçın rayonları sahəsində ölkəmizə qarşı genişmiqyaslı təxribat törətdi. Niyyətləri dövlət sərhədinin bu istiqamətindəki Azərbaycan yüksəkliklərini ələ keçirmək, hərbi üstünlüyə nail olmaqla daha əlverişli mövqelərə yiyələnmək idi. Lakin bu təxribat əməliyyat-taktiki baxımından tam iflasa uğradı. Azərbaycan Ordusu hər zaman olduğu kimi, qarşıda duran vəzifələri tam icra etdi, düşməni təslim olmağa, diz çökməyə məcbur etdi. Ölkəmizin ərazi itkisi yoxdur, bütün strateji yüksəkliklər məntəqələr nəzarətimizdədir.  Ermənistanın təxribatları noyabrın əvvəlindən başlayıb. 8 noyabr Azərbaycanın Zəfər bayramı zamanı Şuşa ətrafında təxribat, noyabrın 9-u Ordumuzun Kəlbəcərdəki mövqelərinə, yol çəkən mühəndis texnikalarının atəşə tutulması, həmin gün Qaragöl ətrafında 60 hərbçinin post qurmaq cəhdini xatırlatmaq kifayət edir.

 

Azərbaycanın Müdafiə Nazirliyi bu il noyabrın 10-da xəbərdarlıq etmişdi ki, təxribatlar təkrarlansa, daha sərt təsirli tədbir görüləcək. Amma təxribatlar davam etdi. Noyabrın 13-də erməni terrorçu Şuşa yaxınlığında qumbara ilə terror aktı törətdi, 14- 15 noyabrda Kəlbəcərdəki mövqelərimiz Ermənistan ərazisindən atəşə tutuldu. Nəhayət, noyabrın 16-da dövlət sərhədinin Kəlbəcər Laçın rayonları sahəsində ölkəmizə qarşı genişmiqyaslı təxribat törədildi.

 

Bütün bu təxribatlar avantüra birmənalı şəkildə iflasa uğradı, Azərbaycan Ordusu revanşist qüvvələrin cavabını verdi bir daha göstərdi ki, Azərbaycan regional təhlükəsizliyini təmin edən ölkədir. Rəsmi Bakı baş verənlərlə bağlı operativ şəkildə qaydada beynəlxalq ictimaiyyəti məlumatlandırdı.

 

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel vəziyyətlə bağlı Azərbaycan Prezidentinə zəng etdi, ABŞ, Rusiya, Fransa, İtaliya digər ölkələrin rəsmi şəxslərinin bəyanatlarında narahatlıq ifadə olunmaqla yanaşı, sərhədlərin demarkasiyası delimitasiyası ilə bağlı danışıqlara başlamağın vacibliyi vurğulandı.

 

Azərbaycan da bu fikirlə tam razıdır. Məsələyə münasibət bildirən təşkilatların, dövlətlərin mövqeyi ölkəmizin mövqeyi ilə üst-üstə düşür.

 

Azərbaycan artıq uzun müddətdir ki, sərhədlərin demarkasiyası delimitasiyası, kommunikasiyaların açılması, sülh müqaviləsinin bağlanması təşəbbüsü ilə çıxış edir, Ermənistan isə bu çağırışlara reaksiya vermir, əksinə təxribatlara əl atır.

 

Ermənistanın xarici ölkə təşkilatlara müraciətlərində isə qorxaqlıq, acizlik, yaltaqlıq  şantaj əlamətləri var. Bu baxımdan, Ermənistan TŞ-nın katibi Armen Qriqoryanın Rusiyanın KTMT-nin məsələyə müdaxilə etməyəcəyi təqdirdə, digər beynəlxalq tərəfdaşlara müraciət hüququnu özündə saxlaması barədə açıqlaması Rusiyanı şantaj etmək cəhdidir.

 

Beynəlxalq Əsassız Erməni İddiaları ilə Mübarizə Assosiasiyasının İdarə heyətinin sədri Göksel Gülbey hesab edir ki, Ermənistan terror təşkilatlarını bəsləyən dövlətlərdən biridir. Bu baxımdan üçtərəfli müqavilədən sonra Ermənistanın təxribatlar törədəcəyi bəlli idi. Azərbaycan əsgərlərinə qumbara atılması təxribatların bir nümunəsidir.

 

Onun sözlərinə görə, Ermənistanın Rusiyanın da üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına kömək üçün müraciət etməsi İrəvanın Azərbaycan qarşısında tab gətirə bilməyəcəyinin təsdiqidir: "Azərbaycanın sadəcə Orduya ayırdığı pul Ermənistanın bütöv büdcəsindən çoxdur. Ermənistan nə maddi baxımdan, nə də Rusiya istehsalı olan silah-sursatları ilə Azərbaycanla ayaqlaşa bilməyəcəyi ortada idi. Amma Ermənistan müharibə vaxtı özünü div aynasında görürdü. Çünki arxasında Fransa, RusiyaAmerika var idi. Bu səbəbdən də bir macəraya atıldı. Nəticəsi də məğlubiyyətlə bitdi. Ermənistana dəmir yumruq dəydikdən sonra işlərin belə olmadığını anladı. Rəsmi İrəvanın KTMT-ya müraciəti artıq hər şeyin fərqində olduğunu deməyə əsas verir. Ermənistanın bu saatdan sonra nəinki Azərbaycanla müharibə aparmağa, heç bunu deməyə belə gücü qalmayıb. Bunu bütün dünya da bilir. Bu, onun üçün ancaq intihar olar".

 

Rusiyalı hərbi ekspert  İqor Korotçenko isə mətbuata açıqlamasında bildirib ki, Ermənistan artıq 1 ildir Azərbaycanla sərhədin delimitasiyası və demarkasiyası prosesinə məhəl qoymur. Azərbaycanın silahlı təxribatı ilə bağlı İrəvanın bütün bəyanatları əsassızdır, yalandır və mövcud reallıqlara uyğun gəlmir. Sərhədlərin müəyyən edilmədiyi halda Ermənistanın Rusiyanı, KTMT-ni və digər beynəlxalq strukturları bu münaqişəyə cəlb etmək cəhdləri uğursuzluğa məhkumdur. Nə KTMT, nə Rusiya, nə başqa dövlətlər, nə də beynəlxalq təşkilatlar Ermənistanın ona dəstək vermək xahişlərinə baxmayacaq.

 

Onun sözlərinə görə, Paşinyan və Ermənistan rəhbərliyinə arzu oluna biləcək yeganə şey istənilən təxribatlardan əl çəkərək dövlət sərhədi xəttinin yaradılması prosesinə başlamaqdır: "Biz onu da başa düşürük ki, Paşinyan, əslində, planlaşdırılan üçtərəfli sammiti pozub. Sammitin pozulmasına səbəb İrəvanın qeyri-konstruktiv mövqeyi olub. Biz indi başa düşürük ki, bu, əbəs yerə edilməyib, hesablaşma hərbi təxribatlar üzərində aparılıb: üçtərəfli bəyanatda nəzərdə tutulan öhdəlikləri yerinə yetirməkdən imtina edərək, məsuliyyəti Bakının üzərinə atmaq. Şuşada törədilən terror aktını çox yaxşı xatırlayırıq ki, erməni terrorçusu həm Rusiya, həm də Azərbaycan hərbçiləri tərəfindən açıq-aşkar atışma və atəş açaraq onları qarşı-qarşıya qoymaq ümidi ilə Azərbaycanın nəzarət-buraxılış məntəqəsinə qumbaraatan atdı. Şuşadakı həmin təxribat uğursuzluğa düçar olduğu üçün İrəvan yeni bir təxribata başladı və bunun şahidi oluruq. İrəvanın bu cür təxribatçı hərəkətləri dağıdıcı xarakter daşıyır. Yalnız sülh, sabitlik, regionda nəqliyyat kommunikasiyalarının qarşısının alınması, minalanmış xəritələrin ötürülməsi, dövlət sərhədinin delimitasiyası və demarkasiyası, Zəngəzur nəqliyyat dəhlizinin işə salınması, erməni silahlı birləşmələrinin Qarabağ ərazisindən çıxarılması - İrəvanın etməli olduğu şey budur".

 

PƏRVANƏ

 

525-ci qəzet.- 2021.- 18 noyabr.- S.5.