Gəncədə möhtəşəm kitab sərgisi keçiriləcək

 

26-28 noyabr tarixlərində GəncədəAzərbaycan Nəşriyyatlarıİctimai Birliyinin (ANİB) təşkilatçılığı ilə “I Gəncə Kitab Sərgisitəşkil olunacaq.

 

525.az ANİB-in mətbuat xidmətinə istinadən xəbər verir ki, “Nizami Gəncəvi İli”nə həsr edilən sərgidə ölkənin 30-dan artıq nəşriyyatı 10-dan çox kitab evi iştirak edəcək.

 

Sərgidə kitablara 50%-dək endirim tətbiq olunacaq, məşhur şair yazıçıların iştirakı ilə təqdimatlar, imza mərasimləri, şeir gecələri, uşaqlar üçün nağıl saatları, rəssamların, müxtəlif sənət nümayəndələrinin əsərlərindən ibarət sərginin təşkili musiqi proqramları keçiriləcək.

 

ANİB-in innovativ layihəsi olanÖz kitabını sat” guşəsi öz kitabını təqdim etmək istəyən müəlliflər üçün nəzərdə tutulub. Qarabağa kitabla gedirikstendində isə işğaldan azad edilmiş ərazilərimizdə yaradılacaq kitabxana fondlarına dəstək məqsədilə kitablar toplanacaq.

 

ANİB-in sədri Şəmil Sadiq ölkənin ən yaxşı nəşriyyatlarının iştirak edəcəyi bu tədbirdə Gəncə kitabsevərlərinin aktivlik göstərəcəyinə inandığını bildirib: “Oxucular yeni kitablarla tanış olacaq, endirimlərdən yararlanacaqlar. Ən təbii istəyimizNizami Gəncəvi İli”ndə, Nizami yurdunda möhtəşəm kitab bayramı təşkil edərək yerli kitabsevərləri sevindirməkdir”.

 

“I Gəncə Kitab Sərgisi”nin təşkilat qrupunun rəhbəri Nurman Tariq isə kitabı paytaxtdan kənara çıxarmağın əhəmiyyətini vurğulayıb: “ANİB tərəfindən 30-31 oktyabr tarixlərində Sumqayıt şəhərində təşkil olunmuş kitab sərgisi anşlaqla yadda qaldı bu sərgi sübut etdi ki, bölgələrimizdə kifayət qədər oxucu var, sadəcə kitab onlar üçün əlçatan deyil. Bunun üçün ANİB olaraq hədəfimiz nəşriyyat yazıçılarla birlikdə bölgə-bölgə gəzmək, kitabı bölgələrimizə yaymaqdır. Kitabçılıq başqa cür inkişaf etməyəcək. Budəfəki dayanacağımız isə mədəniyyət şəhərimiz Gəncədir. Günlərdir hazırlaşırıq, əminəm ki, bu sərgi də möhtəşəm olacaq”.

 

Nurman Tariq tədbirin layiqli baş tutması üçün yaxından dəstək göstərən Mədəniyyət Nazirliyi, Gəncə Regional Mədəniyyət İdarəsi, Gəncə Şəhər İcra Hakimiyyəti və Gəncə İctimai İştirakçılıq Məclisinə xüsusi təşəkkürünü bildirib.

 

525-ci qəzet.- 2021.- 18 noyabr.- S.16.