Nizami irsinə dair yeni kitablar təqdim olunub

 

Noyabrın 18-də Azərbaycan Yazıçılar Birliyində Kürdəmir Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə çap olunanNizami Gəncəvinin əsərlərinin el variantlarıNizami Gəncəvinin poetik portretiadlı kitabların təqdimat mərasimi keçirilib. Tədbirdə Mədəniyyət Nazirliyinin əməkdaşları, tanınmış ədəbiyyat adamları iştirak ediblər.

 

525.az xəbər verir ki, AYB Gənclər Şurasının sədri, şair Fərid Hüseynin hazırladığıNizami Gəncəvinin əsərlərinin el variantlarıkitabı Nizami folklor mövzusuna həsr olunub. Kitabda Azərbaycan xalqının milli adət-ənənələri, el deyimləri, xalq yaradıcılığı ilə Nizaminin əsərlərindəki paralellər oxucuların nəzərinə çatdırılıb. Kitabın təqdimat yazısının müəllifi AMEA-nın Folklor İnstitutunun Mifologiya şöbəsinin müdiri, professor Seyfəddin Rzasoy, məsləhətçisi isə ədəbiyyatşünas Ramil Əhməddir.

 

Kürdəmir Regional Mədəniyyət İdarəsinin əməkdaşı, şair Ramil Əhmədin hazırladığıNizami Gəncəvinin poetik portretiadlı kitabda isə, müxtəlif illərdə Nizamiyə həsr olunmuş şeirlər yer alıb. Qeyd edək ki, kitabda dünya ədəbiyyatından olan nümunələrlə tanış olmaq olar. “Nizami Gəncəvinin poetik portreti”kitabının təqdimat yazısının müəllifi AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, professor Cavanşir Yusiflidir.

 

AYB-nin mətbuat katibi Xəyal Rza tədbirdəki giriş sözündə deyib ki, “Nizami iliçərçivəsində ərsəyə gələn bu kitabların şairin tədqiqi təbliği baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

 

AYB-nin sədr müavini Rəşad Məcid Kürdəmir Regional Mədəniyyət İdarəsinin səmərəli fəaliyyətindən söhbət açaraq, idarənin həyata keçirdiyi layihələri yüksək qiymətləndirib. O, eyni zamanda, hər iki müəllifin təşəbbüsünü təqdirəlayiq hadisə kimi dəyərləndirib, F.Hüseynin hazırladığı kitabda qoyulan məsələnin son dərəcə maraqlı olduğunu qeyd edib. O, Nizamiyə həsr olunmuş şeirlərin bir kitabda cəmləşməsini Ramil Əhmədin səmərəli araşdırmasının nəticəsi olduğunu deyib.

 

Hər iki nəşrin layihə rəhbəri ön söz müəllifi olan Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı təqdimatın keçirilməsinə şərait yaratdığı üçün AYB- dərin minnətdarlığını bildirib. Azərbaycan Respublikasının Prezidenti İlham ƏliyevinNizami iliilə bağlı imzaladığı Sərəncamı Azərbaycan ədəbiyyatına şairin irsinə böyük diqqət nümunəsi olaraq qiymətləndirən idarə rəisi ərsəyə gələn kitabların rəğbətlə qarşılanmasından məmnunluğunu bildirib. F.XudanlıNizami ili”nə ən gözəl töhfənin məhz dahi şairin irsinin tədqiqi olduğunu bildirib, buna görə F.Hüseynə R.Əhmədə təşəkkür edib.

 

Yazıçı Seyran Səxavət, AYB-nin katibi, yazıçı-dramaturq Elçin Hüseynbəyli, Ədəbiyyat İnstitutunun icracı direktoru, dosent Mehman Həsənli, Mədəniyyət Nazirliyinin əməkdaşı Xəyal Məmmədov,  professor Cavanşir Yusifli, “Kulis.az” mədəniyyət portalının baş redaktoru, şair Ulucay Akif çıxış edərək kitablar haqqında fikirlərini bölüşüblər.

 

Sonda çıxış edən F.Hüseyn R.Əhməd təqdim olunan iki nəşrin hazırlanması prosesi barədə məlumat veriblər.

 

Nadir YALÇIN

 

525-ci qəzet.- 2021.- 19 noyabr.- S.9.