Liberal iqtisadiyyat modeli

 

KASIB TƏBƏQƏNİN DOSTU, YOXSULLUĞU AZALDAN ƏN EFFEKTLİ SİSTEM

 

 

Kapitalizm tamamilə istismar üzərində qurulmuş təbii mənbələrin tükənməsinə gətirib çıxardan bir sistemdir. Burada güclülər fürsət tapdıqca zəifləri məhv edir. Eynən Darvin fəlsəfəsində olduğu kimi, güclü olan həyatda qalır, zəif olan isə yox olur. Liberalizm isə davamlı istiqrarlı istehlakı hədəfləyir zəifi kapitalizm qədər əzmir. Digər tərəfdən, kapitalizm iqtisadi bir sistemdir. Liberaizm isə ideologiyadır. Bu ideologiya sərbəst bazar iqtisadiyyatını əsas götürən sistem kimi qəbul edir dövlət müdaxiləsinin olmadığı azad iqtisadi modeli dəstəkləyir. Ölkəmizdə liberal iqtisadi modelin dəstəklənməsi istiqamətində addımlar atılır.

 

Bəs nədir iqtisadiyyata dövlət müdaxiləsi sərbəst bazar anlayışı?

 

Dövlət müdaxiləsi monopoliyaya, monopoliya səfalətə apara bilər

 

Dövlətin müdaxiləsi hakim olan iqtisadi modeldə istədiyi sahibkarı varlandırmaq, istədiyini müflis etmək gücünə sahib olur. Bu isə zəifi daha da zəiflədir, kiçik orta sahibkarları iflasa aparır. Nəticədə əhalinin bir qismi varlanır, böyük bir hissəsi isə yoxsullaşmağa doğru gedir. Aşağı təbəqələrə endikcə bu hal əhalinin vəziyyətini daha da acınacaqlı hala salır. Bu cür mərkəzdən planlaşdırılmış, yəni inzibati əmr sistemi konsepsiyası tətbiq etmiş bir çox ölkənin bir müddət sonra müflisləşdiyinə dair bəzi nümunələri misal gətirmək olar. Çin, Hindistan, hətta Sovet İttifaqı ölkələrində bu cür iqtisadi modelin sonda çöküşə apardığı məlumdur.

 

İqtisadiyyatın iki əsas sütunu

 

Ümumiyyəylə, iqtisadiyyat iki əsas sütunla ayaqda dayanır: istehsal istehlak. İnsan istehlak edən sosial canlıdır. İnsanın yaşaya bilməsi üçün istehsal istehlak prosesinin davamlılığına ehtiyac var. Əgər istehlak varsa, deməli, tələbat olan mallar ya istehsal edilməli, ya da başqalarının istehsal etdiyi mallar idxal olunmalıdır. Yəni istehsal fəaliyyəti mütləqdir. Ölkənin dayanıqlı şəkildə zəngin qalması əhalinin onun nemətlərindən yararlana bilməsi üçün güclü istehsal sisteminə sahib olması əsas şərtdir. Bu halda iqtisadi modellərə baxıb hansının daha çox istehsalı təmin edə biləcəyini öyrənməliyik.

 

Mərkəzdən planlaşdırılmış iqtisadiyyatda istehsal, yaxud idxal bölmələri arasında resursların bölüşdürülməsi əsas rol oynamır. Beləcə "monopoliya" adlandırılan "tək əl" anlayışı meydana çıxır. Bir məhsulun ölkəyə gətirilməsi, yaxud ölkə daxilində istehsalı yalnız dövlətin icazə verdiyi şəxslərin əlində cəmləşirsə, qiymətləri onlar müəyyənləşdirir. Çeşidliliyin rəqabətin olmadığı iqtisadi mühitdə həm kiçik orta sahibkarlar inkişaf edə bilmir, həm qiymət keyfiyyət baxımından ədalətsiz sistem formalaşmış olur.

 

Liberalizmin dəstəklədiyi sərbəst bazar iqtisadiyyatında isə dövlət müdaxiləsi, ayrı-seçkilik yoxdur. Bazarda hər kəs bərabər hüquqa azadlığa sahibdir. Mübarizə, rəqabət varsa, inkişaf da var. Bu isə əhaliyə keyfiyyətli məhsulu münasib qiymətə ala bilmək imkanları yaradır. Göründüyü kimi, planlaşdırılmış iqtisadiyyat istehsal gücünü artırmaq baxımından bazar iqtisadiyyatı qədər uğurlu sayılmır.

 

Liberal iqtisadiyyatda yoxsullaşma xofu

 

Liberal siyasi fikirlər günümüzdə kapitalizmə rəqib kimi göstərilən ən çox yayılmış ideologiyadır. Hüquq dövləti, qanunların hakimiyyəti, idarəçiliyin, hökumətin legitimliyi kimi anlayışlar dəyərlər demək olar ki, hər kəs tərəfindən rəğbət görüb qəbul edilir. Amma iqtisadi liberalizmə qarşı münasibət birmənalı deyil. Bir çoxları liberal iqtisadiyyat modelini hələ qəbul etmir. İqtisadçılar bu yanaşmanın fərqli səbəblərdən ortaya çıxdığını bildirirlər. Əsas səbəb kimi liberal iqtisadi sistemin kasıbları daha da kasıblaşdırıb, varlıların isə daha çox varlanmasına yol açdığı göstərilir. Buna görə elə təsəvvür formalaşıb ki, liberal iqtisadi sistem kasıbların xeyrinə deyil dövlətlər bu sistemə daima müdaxilə etməlidirlər. İqtisadi analitiklər bu yanaşmanın yanlış olduğunu tarixdəki real örnəklərlə izah edirlər.

 

Məsələn, yaxın tarixə qədər dünyanın ən kasıb ölkələri Çin Hindistan idi. Hindistan demokratik, Çin isə sosialist-totalitar sistemlə idarə olunurdu. Amma hər iki ölkə iqtisadi baxımdan bərbad vəziyyətdəydi. Buna baxmayaraq, dünya son 20-25 il ərzində Çində çox güclü bir iqtisadi inkişafa şahid oldu. Bu gün dünya bazarına hegemonluq edən Çində bəzi statistikalara görə, son 20 ildə 800 milyon kasıb insan maddi rifaha çatıb. Eyni hadisə Hindistanda da müşahidə olunub. Müşahidələr göstərdi ki, Çin sosialist planlaşdırma konsepsiyasından uzaqlaşdıqca sərbəst bazar iqtisadiyyatına yaxınlaşdıqca əhali arasında iqtisadi zənginlik yarada biləcək gücə sahib oldu.

 

Sərbəst iqtisadiyyat modeli kasıbın düşməni yox, şansıdır

 

Bütün tarixi faktlar bunu deməyə imkan verir ki, kasıb əhalinin ən yaxşı dostu liberal iqtisadiyyat modelidir. Ekspertlər də deyir ki, kasıblar yalnız sərbəst bazar iqtisadiyyatının mövcud olduğu sistemdə öz mövqelərini qoruyamaddi vəziyyətlərini daha da yaxşılaşdıra bilərlər. Ölkələrdə iqtisadiyyatın bu modeli inkişaf etdikcə kasıbların sayında da azalma müşahidə olunur. Belə ki, kasıblar ancaq böyüyən bir iqtisadiyyatın içində rifah səviyyəsinə çata bilərlər. Mərhəmətlə, acımaqla, yardım bağlamaları ilə həssas təbəqənin problemini həll etmək mümkün deyil. Kasıblara acımaq asandır, onlar üzərindən yardım şouları göstərmək də bir çoxlarının işinə yarayır. Amma kasıblığı aradan qaldırmaq üçün lazımi siyasi-iqtisadi modelləri reallaşdırmaq işin ən çətin tərəfidir. Çünki çox vaxt bürokratiyaya yaxın olanbu gücə arxalanan şəxslər sərbəst bazarın qaydalarını pozur, bəzi məhsulların istehsalını, satışını, idxalını "tək əl" prinsipləri ilə nəzarətə götürməyə çalışırlar. Liberal iqtisadi konsepsiyanı tətbiq etməyə çalışan hökumətlərin bəlkə də, ən böyük mübarizəsi və sınağı da məhz bu məqamla bağlıdır.

 

Şübhəsiz, bir ölkədə həqiqi mənada tətbiq olunan sərbəst iqtisadiyyat əsl rifah maşınıdır. Bu maşın dayandırılarsa, əvvəlcə kasıblar daha da yoxsullaşacaq, ardınca orta sinif kasıblaşacaq, ardınca da varlıların rifah səviyyəsi düşəcək.

 

Real nümunələr də sübut edir ki, yalnız insanların yaradıcı enerjilərini hərəkətə gətirən, mənbələrdən effektiv istifadə etməkləri üçün motivasiyalarını artıran sərbəst bazar iqtisadiyyatına həqiqi mənada keçildiyi zaman cəmiyyətdə zənginlik ortaya çıxır.

 

Liberal iqtisadiyyat kasıbların dostu olan iqtisadi modeldiryoxsulluğu azaltmaq üçün ən effektiv sistemdir.

 

 

Natəvan ABDULLA

 

525-ci qəzet.- 2021.- 20 noyabr.- S.24.