Tariximizdən soraq
verən qiymətli sətirlər
GENERAL HƏSƏN XAN QACARIN I EHSAN NAXÇIVANSKİYƏ MƏKTUBUNDA NƏDƏN SÖZ AÇILIB?
(Əvvəli ötən sayımızda)
"Qafqaz Aktları"nın III cildindəki
1025-ci sənəddə yazılıb:
"Şahzadənin Naxçıvanı
təslim etmək haqqında Kalbalı xana verdiyi tələb
müvəffəqiyyət qazanmadı.
Hüseynqulu xanın hiyləsi
nəticəsində Kalbalı
xan İrəvanda tutuldu, deyilənlərə
görə şahzadənin
yanına aparılacaq".
Hüseynqulu xan 300 atlı
və 200 piyada ilə Naxçıvana gəldi, onun satqınlığından xəbəri
olmayan naxçıvanlılar
qalası satqınlıq
və xəyanətin
qurbanı oldu.
I Ehsan xan isə bu səbəbdən
anası tərəfdən
yaxın qohumu olan Hüseynqulu və Həsən xan qardaşlarına heç cür inanmırdı. Və onların siyasi
yolları ayrıldı.
Qeyd edək
ki, Həsən xan hədələyici məktub yazıb istəyirdi ki, Fətəli şahın əmrini yerinə yetirsin. Hacı Şeyxəli xanı
və qardaşı Ehsan xanı dilə tutaraq İrana aparsın və orada onları
şaha təhvil versin. Amma o buna nail
ola bilmir. Çünki Naxçıvanın
taleyi xan naxçıvanskilərə bütün
mükafatlardan vacib idi. Həsən xan Qacar da bunu bilməmiş
deyildi. Məktubda Həsən xan
Qacar Kalbalı xanın şəxsiyyətinə
yüksək dəyər
verib. Hələ də bəziləri
Kalbalı xanı kəngərli tayfasından
ayırmaq üçün
min bir əfsanə uydururlar. Amma Həsən xanın
məktubda yazdıqlarını
indi özünüz oxuyacaqsınız. Məktub genişdir.
Qəzetin imkanlarını nəzərə alaraq ixtisarla çapa hazırladıq.
Əlahiddə Qafqaz korpusunun komandiri, infakteriya (piyada qoşunlar) generalı, general-adyutant və kavaler Paskeviçə
General-leytenant knyaz Eristovdan
Raport
"Zati-aliləri, Həsən
xan Sərdar tərəfindən Hacı
Şeyxəli bəy və I Ehsan xan Naxçıvanskilərə
göndərilən məktubun
əslini və tərcüməsini sizə
göndərməyi özümə
şərəf bilirəm.
Məktub iki həftə
bundan əvvəl Qaraziyəddinə göndərilmiş
Ehsan xanın adamına çatdırılıb.
Həmin adam
düşmən tərəfin
düşərgəsinə gələn kimi tutulub və nəzarət altında saxlanılıb. Ona verilən məktubu,
azad edildikdən sonra, çubuğun içərisində gizlədib.
Bizim düşərgəyə qayıdan
kimi həmin məktubu Şeyxəli bəyə təqdim edib. O isə məktubu mənə verdi".
Knyaz Eristovun imzası:
Məktub
farscadan tərcümə
edilib
30 avqust 1827-ci il.
Qarababa kəndi yanındakı düşərgə
"Siz qətiyyən
rəhmətlik Kalbalı
xanın yolu ilə getmirsiniz. Əgər
sizi o rəhmətliyin oğlanları
kimi qəbul etsəm belə, sizin atdığınız
addımları başa
düşmək çətindir.
Rəhmətlik Kalbalı xan
Allah adamı idi.
Qeyrətli islam
tərəfdarı idi.
İrəvan qalasının mühasirəsində
qalanı müdafiə
etdi. Onda bəs sizi nə vadar etdi
ki, başqa cür hərəkət etdiniz.
Sizin atanız
heç bir səbəb olmadan özünün və öz valideynlərinin peyğəmbərə olan
inamını təsdiqlədi.
Yəqin
xatırlayırsınız ki, hələ atanızı tanımadığım
vaxt Məhəmməd
xanın işi ilə bağlı olaraq onun arvadını,
uşaqlarını və
sizi Qəzvindən Sultaniyəyə gətirdilər.
Onları fərraşlara və
katerçilərə vermək
istəyirdilər. Amma mən
mane oldum və onlara kiminsə toxunmağına imkan vermədim.
İndi Allaha şükür ki, bizim aramızda
dostluq var.
İstəkləriniz yerinə yetəcək. Siz bu cür hərəkət
edəndən sonra naib Sultan istədi ki, qadınlarınızı
və sonra uşaqlarınızı katerçilərə
versin. Sizin qadın və uşaqlarınızın və
əlinizdə olan var-dövlətin hamısını
onlara versin. Mən buna imkan vermədim.
Onları Makudan Xoya gətirdik ki, Şahdan sizə aid olan əşyaların heç
biri itməsin...
İstəmirəm ki, sizin arvad-uşaqlarınız günahsız olaraq cəllad və katerçilərin əlinə
düşsün! Allah
qoysa, bu haqda fikirləşin və mənə bildirin. Sizin nə ölçüb-biçdiyiniz mənə məlumdyr
və elə edin ki, qərarınız
düzgün olsun. Siz İrana qayıdanda mən
şahla və naib sultanla söhbət edərəm ki, sizi
bağışlasınlar. Ona görə
də mən indi Əlinağı Mirzənin
yanındayam. Ona məruzə etdim və yalvardım ki, şahla və naib sultanla vasitəçilik etsin
sizi bağışlasınlar. Və o, söz verdi.
Öz qərarınızı mənə
yazın və əmin olun ki,
arzularınız yerinə yetəcək".
Musa
QULİYEV (RƏHİMOĞLU)
AMEA
Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya
İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə
fəlsəfə doktoru
525-ci qəzet.- 2021.- 26 noyabr.- S.11.