Təhsildə qiymətləndirmə tədqiqatları: əsas meyar keyfiyyətdir

 

Təhsilin əsas prioritetləri dünya inkişaf etdikcə, iqtisadi siyasi sahələrə ciddi təsir edən hadisələr baş verdikcə dəyişikliyə məruz qalır. Təhsilin texnologiya ilə inteqrasiyası, əmək bazarının tələblərinin daha çox bacarıq yönümlü olması digər oxşar məsələlər bu dəyişikliyə nümunədir. Həmin dəyişikliklər özünü yeni dərsliklərdə, kurikulumların  yenilənməsində müəllimlərin texnologiyadan istifadəsində göstərir. Lakin yeniliklərlə bərabər təhsilin keyfiyyəti nəzarətdə olmalı təhlil edilməlidir.

Azərbaycan Respublikası Təhsil İnstitutunun Milli beynəlxalq qiymətləndirmə tədqiqatları şöbəsinin mütəxəssisi İzzət Abbaslı deyir ki, təhsilin keyfiyyəti şagirdlərin nailiyyətləri ilə birbaşa əlaqəlidir. Bu səbəbdən, ölkəmizdə müxtəlif qiymətləndirmə tədqiqatları həyata keçirilir şagirdlərin nəticələri həm ölkə, həm beynəlxalq müstəvidə təhlil edilir. Keçirilən qiymətləndirmə tədqiqatları təhsildə vəziyyətin ümumi mənzərəsini görməyə imkan verir, ölkələri təhsil siyasəti, kurikulum şagirdlərin öyrənmə sistemi üzrə istiqamətləndirir.

Mütəxəssisin sözlərinə görə, Azərbaycanda qiymətləndirmə tədqiqatlarını Azərbaycan Respublikasının Təhsil İnstitutunun struktur vahidi olan Milli beynəlxalq qiymətləndirmə tədqiqatları şöbəsi həyata keçirir. Artıq ölkəmizin milli tədqiqatlarla yanaşı beynəlxalq tədqiqatlar sahəsində kifayət qədər təcrübəsi var.

İ.Abbaslı bildirib ki, Azərbaycanda keçirilən beynəlxalq qiymətləndirmə tədqiqatlarından biri PISA (Programme for International Student Assessment) - Beynəlxalq Şagird Qiymətləndirilməsi Proqramıdır. Bu proqram İqtisadi Əməkdaşlıq İnkişaf Təşkilatı (Organisation for Economic Co-operation and Development) tərəfindən 3 ildən bir təşkil olunaraq 15 yaşlı şagirdlərin oxu, riyaziyyat elm sahələri üzrə məktəbdə qazandığı biliklərdən həyatda, məişətdə qarşılaşdıqları problemləri həll etmək üçün istifadə etmək bacarığını ölçür. Azərbaycan 2006, 2009 2018-ci illərdə keçirilən PISA tədqiqatında iştirak edib. Növbəti PISA tədqiqatı isə COVID-19 pandemiyası ilə əlaqədar olaraq bir qədər geciksə , əsas mərhələnin 2022-ci ildə keçirilməsi planlaşdırılır. PISA 2022 tədqiqatında şagirdlərin oxu, riyaziyyat elm sahələrindən başqa, yaradıcı düşünmə ilə əlaqədar bilik bacarıqları da qiymətləndiriləcək: "Qeyd edim ki, Azərbaycanda keçirilən sonuncu PISA göstəricilərinə əsasən şagirdlərin riyaziyyat üzrə orta balı 420, oxu üzrə 389 təbiət elmləri üzrə isə 398 olub".

Mütəxəssisin dediyinə görə, PIRLS (Progress in International Reading Literacy Study) - Oxu Nailiyyətlərinin Qiymətləndirilməsi üzrə Beynəlxalq Tədqiqat IV sinif şagirdləri arasında keçirilir. Şagirdlərin oxu bacarıqları haqqında daha ətraflı məlumat əldə etmək üçün tədqiqat çərçivəsində seçilmiş məktəblərin müəllim direktorları ilə sorğu aparılır. Azərbaycan 2011, 2016 2021-ci illərdə PIRLS tədqiqatında iştirak edib: "Tədqiqatın əsas mərhələsi cari ilin aprel-iyun aylarında Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsil İnstitutu tərəfindən həyata keçirilib. Bütün ölkəni əhatə edən  qiymətləndirmədə müxtəlif regionların 200 məktəbinin təxminən 7000 şagirdi təmsil olunub. Qiymətləndirmə tədqiqatı üçün seçilmiş 254 sinifdən 201-i Azərbaycan, 53-ü isə rus bölməsinin payına düşüb.  Hazırda şagirdlərin nəticələri təhlil olunur. Əvvəlki illərin PIRLS nəticələri arasında müəyyən qədər artım müşahidə olunur: şagirdlərimiz 2011-ci ildə 462 bal toplasa da, 2016-cı ildə bu göstərici 472-yə qalxıb. Qeyd etmək lazımdır ki, PIRLS üzrə ölkələrin ümumi orta balı 500 hesab edilir".

 

İ.Abbaslı qeyd edib ki, Beynəlxalq qiymətləndirmə tədqiqatlarından digəri isə 4 ildən bir IV VIII sinif şagirdləri arasında həyata keçirilən TIMSS (Trends in International Mathematics and Science Study) - Riyaziyyat Təbiət Elmləri üzrə Beynəlxalq Qiymətləndirmə Proqramıdır. Tədqiqatın əsas məqsədi şagirdlərin nəticələri əsasında riyaziyyat təbiət elmləri üzrə təlim tədrisin təkmilləşdirilməsi üçün məlumat toplamaqdır.  1995-ci ildən fəaliyyətə başlayan tədqiqat hər dörd ildən bir aparılır. PIRLS kurikulum üzrə oxu bacarıqlarını-şagirdlərin mətni üzündən oxuması, hərfləri tanıması nəzərdə tutulmur, oxu bacarığı şagirdlərin oxuduqları mətnləri qavrama bacarığıdır, qiymətləndirən beynəlxalq qiymətləndirmə proqramıdır. 2001-ci ildən fəaliyyətə başlayan proqram hər beş ildən bir aparılır. Azərbaycan TIMSS PIRLS tədqiqatları proqramlarına 2011-ci ildə qoşulub. TIMSS vasitəsilə kurikulumların tətbiqi, tədris resursları, məktəbdə öyrənmə mühiti s. barədə ətraflı məlumat əldə edilir: "Təhsil sisteminin effektivliyinin ölçülməsinə kömək edən TIMSS tədqiqatında ölkəmiz 2011 2019-cu illərdə yalnız IV sinif şagirdləri ilə iştirak edib. 2011-ci illə müqayisədə şagirdlərimizin riyaziyyat üzrə orta göstəricisində irəliləmə, təbiət elmləri üzrə isə geriləmə olub. 2019-cu ildə Azərbaycanın riyaziyyat üzrə nəticəsində TIMSS-in tədqiqat dövrləri arasındakı ən böyük fərqlərdən biri müşahidə edilib. Növbəti, yəni 2023-cü ildə keçiriləcək qiymətləndirmə tədqiqatında Azərbaycan həm IV, həm VIII sinif şagirdləri ilə iştirak edəcəkdir".

 

Mütəxəssisin sözlərinə əsasən, ICILS (International Computer and Information Literacy Study) - Kompüter İnformasiya Savadlılığı üzrə Beynəlxalq Tədqiqat VIII sinif şagirdləri arasında aparılır. PIRLS TIMSS kimi, bu tədqiqatın da təşkilatçısı Təhsil Nailiyyətlərinin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyadır. ICILS iştirakçı ölkələrə şagirdlərin XXI əsrin tələblərinə uyğun  kompüter informasiya sahəsi üzrə bilik bacarıqlarını bu bacarıqlara yiyələnmək üçün lazım olan ev məktəb mühitini qiymətləndirmək imkanı verir. ICILS dinamik məlumat mühitimizdə təhsilalanlara uğur qazanmaq üçün tələb olunan əsas bilik, bacarıqların aşılanması ilə məşğul olur. ICILS ölkələrə XXI əsrdə gənclərdə kompüter informasiya savadlılığı  bacarıqlarının inkişafı haqqında etibarlı, müqayisə edilə bilən məlumatlar təqdim edir. Bundan əlavə, ICILS hesablama düşüncə bacarıqlarının dərhal qiymətləndirilməsində unikaldır: "Azərbaycanın ICILS tədqiqatında iştirakı 2023-cü il üçün nəzərdə tutulub. Beləliklə, azərbaycanlı şagirdlərin kompüter informasiya texnologiyaları ilə əlaqədar bilik bacarıqları müəyyən edilərək bu sahə üzrə ölkədəki ümumi vəziyyət təhlil olunacaq müvafiq qərarların verilməsinə imkan yaradacaq".

 

İ.Abbaslının söylədiyinə görə, şagird nailiyyətlərinin qiymətləndirilməsi istiqamətində həyata keçirilən beynəlxalq qiymətləndirmə tədqiqatları təhsil sistemi haqqında məhdud məlumat verir. Bu səbəbdən, müəllimlər arasında da beynəlxalq tədqiqatın keçirilməsi təhsilin keyfiyyətinin ölçülməsi baxımından əhəmiyyətlidir. TALIS (Teaching and Learning International Survey) - Təlim və Tədris üzrə Beynəlxalq Araşdırma müəllimlərin və məktəb rəhbərlərinin təhsillə bağlı yanaşmalarını anlamaq məqsədilə keçirilən tədqiqat hesab olunur: "2008-ci ildən başlayaraq 5 ildən bir keçirilən TALIS tədqiqatı aşağıdakı mövzular üzrə qiymətləndirmə aparır- müəllimlərin tədris təcrübələri, müəllimlərin peşəkar təcrübələri, idarəetmə bacarığı, müəllim hazırlığı, müəllimlərin peşəkar inkişafı, məktəb mühiti, məmnuniyyəti, insan resursları ilə əlaqədar məsələlər, bacarıqlara dair əminlik.  Azərbaycanın TALIS 2024 tədqiqatında ilk dəfə iştirakı nəzərdə tutulur.

Bir daha vurğulamaq istəyirəm ki, beynəlxalq qiymətləndirmə tədqiqatları təhsil sisteminin ümumi vəziyyəti haqqında məlumat verir, dünya standartları ilə müqayisədə çatışmazlıqları aşkar etməyə imkan yaradır. Nəticədə, bu tədqiqatlardan əldə olunan elmi-statistik göstəricilər əsasında təhsil sistemləri müvafiq qərar qəbul edir".

 

Sevinc QARAYEVA

525-ci qəzet.- 2021.- 30 noyabr.- S.11.