Birgə yaşamağın düsturu  

 

Esse

 

Həyatda heç vaxtsız olmur, yapon filosofu Suzuki demiş, tələbə hazır olanda müəllim görünür. gec, tez gəlir bahar, tez gec düşür payız. Hələ yağışlar.., başladı bitməz. Dünyanın saatı çox dəqiq qurulub, əqrəblər zamanı yalnız irəliyə itələyir, geridə qaldısa, keçmişə aiddi, qayıdıb götürməyə, nəyisə dəyişməyə vaxtın var. Hesabdı e, adicə hesab, sadəcə insan oğlu dərk edə bilmir, dərk etməyə həm icazəsimi yoxdur, bilmirəm. Amma bu dəmdə yadıma bir mahnıdan müəllifini bilmədiyim üçcə misra düşür:

 

Həyatı anlayanda

Həyatdan gedir insan,

Bilmirsən nədir insan?!.

 

Həyatda yaşadığımız sürəcə başımıza gələn ya gəlməyən hadisələri çox zaman bəxtlə əlaqələndirirlər. Son anda ölümdən qurtaranları ağlımızdan keçirək, hərəsinin bəxti bir cürə gətirir, kimi bir neçə saat sonra göydə partlayacaq təyyarəyə gecikir, kimi labüd avtoqəzadan ötüşür, başqa biri yüksək mərtəbədən yıxılır burnu da qanamır. Həyatda atdığı ilk addımlarından uğurlanan insanlar var, heç özü gözləmədiyi halda yaşıdlarından, şagird ya tələbə yoldaşlarından seçilir, qarşısında necə deyərlər, "yaşıl işıq" yanır. Sanki hansısa bir qüvvə əlindən tutub çəkir arxasınca. Hökm Tanrınındı, insan hələ heyrətdə!

 

Orta məktəbi bir oxumuşduq, bütün fənləri fərq qoymadan öyrənirdi, amma fikri həkim olmaqdı, bu, onun ən böyük arzusu idi. İkimiz eyni vaxtda, amma fərqli günlərdə ali məktəbə qəbul imtahanı verdik, təəssüf. Yüksək hazırlaşdığına baxmayaraq, dörd ilini aldı əlindən həmin ali məktəb, qismətmi deyildi, ya , bilmirəm, üstündən düz 12 il keçəndən sonra tamamilə fərqli ixtisas üzrə ali təhsil aldı. Həyatımızda olanlar olacaqlar müəyyən bir məqsəd üçündür, çünki "kainatda xaos yoxdur".

 

Ali məktəbdə fəlsəfə elmi bizə dialektik fəlsəfənin kateqoriyalarını öyrətdi ki, bunlardan biri "təsadüf zərurət" idi. Zərurət təsadüf bir-birini doğan, yaradan proseslərdir, yəni dialektik sürətdə bir-biri ilə sıx bağlı olan bu nəzəriyyəyə görə, eyni bir hadisə həm zəruri, həm təsadüfi olur. Əslində, hər iki proses bir-birinə təsir edir, onların arasında məsafə o qədər kiçikdir ki, ayırmaq çətin olur təsadüf elə zərurətin təzahür forması kimi çıxır ortaya. Amma burda da mütləq bir qanunauyğunluğun mövcudluğu mütləqdir. İnsan həmişə bir sual qarşısında baş sındırmalı olub, bizım başımıza gələn-yaxşı pis şeylər təsadüfdür, ya zərurət? Əgər təsadüfdürsə, niyə ondan qaçıb qurtara bilmirik? Axı bəzən sanki bilərəkdən o hadisələrin üstünə yeriyir adam! Bəs əgər zərurətdirsə bunca mücadilə üçündü? İbn Sinaya görə, fəlsəfənin əsas məqsədi elmi öyrənməklə son nəticədə Allahı dərk etməkdir. Sən istəyəni gərək Allah da istəsin.

 

Adam fikirləşdikcə başı gicəllənir, sanki sonu olmayan labirintə girib vurnuxmadayıq, yol tapıb çıxa, əlimizi qaldırıb deyilənlərin həyatda mütləq bir qanunauyğunluğun olmasını da qəbul edə bilirik. Amma bəxt küləkləri bizi qova-qova özümüz hiss etmədən bir oyundan digərinə ötürür, səhvlərimizlə, həqiqətlərimizlə birgə həyat adlı böyük oyunun sonuna aparır.

 

Bir xətt çəkdin, ömür qoydun adını,

Mən üstündə kədər yükü daşıdım.

Bir günüm rahatlıqla keçmədi,

Qaça-qaça, qova-qova yaşadım.

 

Bəxt, qismət, tale, qədər.., insan zehnini həmişə məşğul edən fikirlərdir. Hər birimizin heç xəyal etmədiklərimizi həyata keçirməyə daxili potensialımız var, amma İnsan həmişə olacaqları, gələcəkdə baş verəcək hadisələri qabaqcadan bilməyə meyl göstərib. Kimsə bu istəyini müqəddəs kitablardan, kimisi öncəgörənlərdən, bir başqası da falçı yanına getməklə ödəməyə çalışır. Y.V.Çəmənzəminli isə gələcək taleyini kitabın sətirlərinə əsasən bilməyə çalışarmış bu, əksər hallarda da doğru olarmış.

 

İnsanın ali hisslərindən biri sevgidir. Sevən qəlb gözəl olar, sevən insan heç vaxt pis düşünə bilməz, dahi Fizuliyə görə, eşq insanı ucaldan ən ali qabiliyyət, Dosteyevskiyə görə isə birini sevmək, onu Tanrının istədiyi kimi görməkdir. Amma hər ürək sevə bilmir, sevgi özünə ən saf, pak, xıltsız qəlbi məskən seçir.

 

İnsanların birlikdə, bir ailədə yaşamağı üçün şərtlərin bəlkə birincisi hesab edilən bu ali hissin həm mühafizəyə, qorumağa ehtiyacı var. Olduqca incə, kövrək olduğundadır ki, bir acı baxışdan zədələnə bilər. Bu gün gənc ailələrin həyatın sınaq çətinliklərinə duruş gətirə bilməməsinin, boşanma ayrılıqların kökündə əsasən iki fərdin hələ bərkə-boşa düşməməsi, hisslərini saf-çürük etmədən tələsib nigaha daxil oması dayanır. İlk baxışdan bir-birinə xoş təsir bağışlayan gənclər bunu sevgi kimi qəbul edir, bu hissin yaratdığı illüziyalara aldanırlar. Halbuki ailə kimi nəhəng bir sistemin öz düsturu, öz qayda qanunları vardır həmin gənc hələ ki, bütün bunlardan xəbərsizdir.

 

...Bir üstəgəl birdi elə,

Eşqin bütün düsturları...

 

İki nəfərin izdivacından ailə yaranır "yalnız böyük məhəbbət ailə həyatındakı anlaşılmazlıqları aradan qaldırmağa qadirdir". Bu gün uğursuz ailə həyatından əziyyət çəkən, yollarını ayırmaqda belə aciz qalan, bəzən ayrılmaq qərarı verən tərəfə (əsasən qadınlara) aqressiya göstərən, tolerant yanaşmayan, hətta tərəf müqabilinin cismani həyatına son qoymaqdan belə çəkinməyən qədər insanlar var.

 

Halbuki ailə quran şəxslər bir-birinə həmfikir, həmdərd olmalı, sirdaş, arxadaş, dost olmalıdır. Əgər adam işdən çıxıb evinə tələsmirsə, demək, o ailədə bağlar hardasa qırılmışdır!.. Azərbaycan cəmiyyətində ailə dövlətin bir hissəsi olmaqla qanunla tənzimlənsə , həm yaşlı, ağsaqqal ağbirçəklərin öyüd-nəsihətlərindən qidalanıb həmişə. Yeni ailə quranların ilk addımlarında səhv etməsi qaçılmazdır, təbiidir, məhz belə vaxtlarda bu yolu keçən böyüklərin onlara düzgün yol göstərməsi təqdirəlayiqdir.

 

Sevməyin xüsusi məktəbi var, onu öyrədə bilən müəllimi. Sevginin ünvanı Allah, məskəni isə insanın qəlbidir. Heç ağlına gəlməyən yerdə dolar içinə, keçər qanına, hopar canına. Sevər, vurular sevgisiylə özünü vurar. Məhəbbət, illər sonra da  yenə hər gün bir-birini görmək həsrəti, sarılmaq, qayğısına qalmaq istəyidi, darıxmaqdı, hər gün eyni adamı sevə bilməkdi, gözünün baxdığın hər yerdə onu axtarmasıdı. Sevmək, özün qatlaşdığın əzabı sevdiyinə rəva görməməkdi. böyük məhəbbətlərin həm böyük hörmət hissinə ehtiyacı var, axı hörmət hissindən məhrum olan sevgi yaşamaq haqqını da itirir.

 

Adam gedib yoldaş olur quşlara,

Yavaş-yavaş öz dilini unudur,

Yavaş-yavaş quş dilini öyrənir.

Ocaq qurub can qovurur hər gecə,

Od dilini, daş dilini öyrənir...

 

P.S. Biz birgə yaşamağın düsturunu özümüz tapdıq, sevdik, inandıq, iki ömrü bir ömrə sığdıra bildik. Bu, əlbəttə, asan deyil, güzəştə getdik, güzəşt etdilər. Siz o düsturu tapmağa çalışın, onda yaşamaq daha gözəl, həyat isə mənalı olacaq...

 

 

Şahnaz ŞAHİN

 

525-ci qəzet.- 2021.- 1 oktyabr.- S.15.