44 gün...  

 

2012-ci ildə oxuduğum qəzetlərdən birində belə bir başlığa rast gəlmişdim: "Biz Qarabağa qayıdacağıq". 2020-ci ilin payızından isə şərəflə Azərbaycan xalqı "Qarabağ, biz qayıtdıq!", "Qarabağ, sən artıq azadsan!" deyə bilir.

 

Ataların yaxşı bir sözü var: "Özgə atına minən tez düşər. Özgənin torpağında hökmdarlıq etmək, yurd-yuva qurmaq, ondan bəhrələnmək baş tutan deyil". İşğalçı siyasətlə başqalarının torpağını mənimsəmək, başqalarının Vətənində bayram etmək istəyənlərin aqibəti hər zaman bəlli olub. Belələrini hər zaman tarix özü ifşa edib.

 

Məhz 27 sentyabrda tarixin başqalarının torpağını mənimsəmək istəyənlərə verəcəyi dərsin başlanğıc günü oldu. Abır-həyalarını, vicdanlarını yox olacaq qədər itirmiş, qan gözlərini örtmüş mənfur qonşularımız işğal etdikləri torpaqlarla yetinməyib, təxribat hücumuna keçir şanlı ordumuz tərəfindən layiqli cavabını alır.

 

Ölkə Prezidenti cənab İlham Əliyev hələ Vətən müharibəsi başlamazdan öncə öz çıxışlarının birində deyirdi: "Azərbaycan güclü ölkədir. Azərbaycanın güclü Ordusu var. Bütün silahlı qüvvələrimiz istənilən halda zamanda işğal edilmiş ərazilərimizi düşməndən azad edə bilər. Məsələnin sülh yolu ilə həll etməkdə məqsədimiz qan tökülməsinin qarşısını almaqdır. Lakin onu da unutmamalıyıq ki, Dağlıq Qarabağ məsələsi bizim milli məsələmizdir. Dağlıq Qarabağ məsələsinin həlli bizim tarixi vəzifəmizdir. Biz bu məsələni həll etməliyik ki, tarixi ədalət bərpa edilsin. Biz bu məsələni həll etməliyik ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun". Cənab Prezidentin bu humanist fikirləri Azərbaycan xalqının da sülhün tərəfdarı olduğunu göstərirdi. Lakin erməni qəsbkarlarının 27 sentyabr 2020-ci ildə təxribat xarakterli hücumu xalqımızın səbr kasasını aşırdı.

Cənab Prezidentin, Ali Baş Komandanın əmri ilə əks hücum əməliyyatları Qarabağ torpaqlarında miladın başlanmasına vəsilə oldu. 44 günlük müharibədə xalqın "Dəmir yumruğu" mənfur düşmənin başına endirildi. 27 ildən artıq bir müddətdə düşmən tapdağına məruz qalan torpaqlar azadlığa qovuşdu. Üçrəngli bayraq dalğalandı Qarabağın hər bir kiçik kənd, qəsəbə şəhərində. Qalib Ordu, Qalib Dövlət, Qalib Xalq anlayışı yarandı.

 

 

 

Həmişə bizim üçün müqəddəs olan üçrəngli bayrağımız bu gün sanki daha çox göz önündədir ölkəmizin hər guşəsini bəzəyir. Təbii ki, bunun da əsas səbəbi yaşadığımız mühüm tarixi zəfərdir. Çünki bu gün hamımız bu tarixi zəfərin iştirakçısına şahidinə çevrilmişik. Bu gün Azərbaycan xalqı öz tapdalanmış hüquqlarını bərpa edir. Keçən 27 ildən çox müddət tarixi zəfərin şərt olduğunu göstərdi. Məhz buna görə Azərbaycan dövləti öz Ali Baş Komandanının rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-də düşmənin yeni təxribatına qarşı əks-hücuma keçməklə torpaqlarımızın yağı düşməndən təmizlənməsi, öz tarixi sakinlərinin bu yerlərə geri dönməsi uğrunda Vətən müharibəsinə başladı. Bu müharibə Azərbaycan xalqının haqq işidir.

 

Vurğulamaq yerinə düşər ki, Birinci Qarabağ müharibəsində Azərbaycan torpaqlarının 20 faizini işğalı xalqımızın yaddaşında ağır izlər qoyub, məğlubiyyət psixologiyasının formalaşmasına səbəb olub. Lakin Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə ikinci dəfə gəlişi xalqımızın bu psixologiyadan qurtulmasının, həmçinin, işıqlı günlərə çıxmasının başlanğıcı oldu. Dahi rəhbər ilk öncə siyasi, iqtisadi ən əsas da hərbi sahədə islahatların aparılmasına dair siyasi fəaliyyət həyata keçirdi. Məhz düzgün aparılan siyasi fəaliyyətin nəticəsində Azərbaycan dirçəliş yoluna qədəm qoydu. Hərbi sahədə həyata keçirilən düzgün siyasətin nəticəsi isə göz qabağındadır. Artıq Azərbaycan torpaqları işğal edilmiş bir ölkə deyil. Azərbaycan qalib ordunun, qalib xalqın ölkəsidir.

 

Azərbaycan İkinci Qarabağ müharibəsi ilə dünyaya, həm xalq dövlət birliyinin nümunəsini göstərdi. Artıq dünya dövlətləri anladılar ki, apardıqları siyasətdə yanlış qərarlar verəcəkləri təqdirdə Azərbaycanla hesablaşmalı olacaqlar.

 

İndi isə Azərbaycan üçün quruculuq mərhələsi - postmünaqişə dövrü başlayıb. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi birtərəfli qaydada öz əksini tapıb. Cənab Prezidentin bildirdiyi kimi, bunu həll edən tərəf bizik, Azərbaycan dövlətidir: "Biz ərazi bütövlüyümüzü bərpa etmişik. Biz qələbə qazanmışıq. Bizim bu gün gündəlikdə duran hər hansı başqa məsələmiz yoxdur. Biz öz sərhədlərimizə çıxmışıq. Ermənistan-Azərbaycan sərhədini nəzarətə alımışıq. Biz artıq quruculuq işlərinə başlamışıq".

 

Bəli, bu gün Qarabağda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. Böyük Qayıdış proqramı çərçivəsində müasir texnologiyalara əsaslanan "ağıllı şəhər", "ağıllı kənd" layihələrinin icrası diqqətdə saxlanılır. Həm Qarabağda, həm Zəngəzurda yeni elektirik xətləri, ötürücü xətlər bir sözlə, texniki vasitələrin yüksək səviyyədə idarəsi üçün hər cür şərait yaradılır. Bütün bunlarla yanaşı, yol infrastrukturunun bərpasına xüsusi önəm verilir.

 

Qarabağda bərpa-quruculuq işlərində diqqət çəkən məqamlardan biri odur ki, hazırda düşmən minalarından təmizlənmiş ərazilərdə üç aeroport tikilir. Bunlardan biri artıq istifadəyə verilib. Bu hava limanlarının tikilməsində əsas məqsəd isə turistlərlə bərabər, qaçqın köçkünlərin rahat şəkildə evlərinə, yurd-yuvalarına dönmələrinə şərait yaratmaqdır.

 

Xüsusilə onu da qeyd etməliyik ki, bu müharibədə Azərbaycan Ordusu təkcə işğal olunmuş əraziləri geri qaytarmadı, həmçinin, blokada şəraitində inkişaf edən Muxtar Respublikamızın da gələcək inkişafı üçün yeni yollar açdı. 44 günlük müharibənin sonunda bağlanan üç tərəfli kaputilasiya aktında Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikasında nəqliyyat kommunikasiyasının yaradılmasının qeyd edilməsi vurğuladığımız məsələyə bariz nümunədir.

 

Yeri gəlmişkən qeyd edək ki, Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında" 7 iyul 2021-ci il tarixli Fərmanında ölkəmizin iqtisadi rayonlarının yeni bölgüsünü fərqləndirən bir neçə məqam öz əksini tapıb. Belə ki, bu fərmanla Şərqi Zəngəzur Qarabağ iqtisadi rayonları yaradılıb.

 

Ümumilikdə götürsək, bu yeni imzalanan Fərmanla Qarabağın iqtisadi potensialından daha geniş istifadə edilməsinə zəmin yaradacaq. Xüsusilə nəzərə almalıyıq ki, Şərqi Zəngəzur vasitəsilə açılacaq yol vasitəsilə muxtar republikamız iqtisadisosial cəhətdən inkişafın yeni mərhələsinə qədəm qoyacaq.

 

Torpaqlarımızın işğaldan azad edilməsində öz qanından, canından keçən şəhidlərimizin də xatirəsi diqqətdə saxlanılır.

 

Müharibədən sonra qazilərin sosial şəraitinin artırılması üçün xüsusi layihələr hazırlanıb, həmçinin, müharibədə qəhrəmanlıq və şücaət göstərənlər ordenmedallarla təltif edilib.

 

Unutmamalıyıq ki, Azərbaycan xalqının bu Şanlı Qələbəyə gedən yolunu bizə Ulu öndər Heydər Əliyev açdısa, bu yolda inamla irəliləməyə, zəfərə çatmağa, "Dəmir yumruq" kimi birləşməyə Ümummilli liderin layiqli davamçısı cənab Prezident İlham Əliyev imza atdı, onun səyi və bacarığı sayəsində bunu bacardıq.

 

Nuray NƏZƏROVA

 

525-ci qəzet.- 2021.- 1 oktyabr.- S.11.