Naxçıvan muzeylərinin gənclərin vətənpərvərlik tərbiyəsində rolu

 

 

Müasir cəmiyyətdə muzeylər təkcə elmi-marifləndirici müəssisə deyildir, həm şəxsiyyətin inkişafı təlim tərbiyəsində böyük rol oynayan mədəniyyət ocağıdır. Muzeydəki eksponatlar gənc nəslin intellektual düşünmə qabiliyyətini artırır. Buradakı hər bir eksponat onlara bilik verir, onları düşündürür, vətənpərvərlik hissini alovlandırır. Müasir şəraitdə, müstəqilliyimizi yaşadığımız dövrdə muzeylər şəxsiyyətin, fərdin, bütövlükdə cəmiyyətin xalqın ümumi tərəqqisində, ümumi dünya görüşünün formalaşmasında maraq dairəsinin daha da artmasında, elmi, mədəni, təhsil, mənəvi estetik tərbiyəsinin yüksəldilməsində çoxsahəli səmərəli fəaliyyət göstərir. Muzeylərə gənclərin ekskursiyasını təşkil etməklə gəncləri tərbiyə etmək, təhsilləndirmək, zənginləşdirmək, inkişaf etdirmək, yaradıcılığa meyl oyatmaq bizim ən əsas borcumuzdur.

 

Ümummilli lider Heydər Əliyev demişdir: "Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır. Milli dəyərlərimizi, milli ənənələrimizi, tariximizi bilməyən gənc vətənpərvər ola bilməz". Ümummilli liderin bu sözlərinin altına çox böyük məna yatır. Bizim üçün qiymətli olan bu sözlər hər birimizin həyat devizinə çevrilməlidir. Bu sözləri dərk edən bizlər bütün gəncliyimizin vətənpərvər böyüməsində yaxından iştirak etməliyik. Gənc nəslin muzeylərlə tanışlığı onların keçmişimiz bu günümüz barədə dərin biliklərə, geniş dünyagörüşünə malik olmasına milli dəyərlərimizə sədaqət ruhunda böyüməsinə xidmət edir. Çünki muzeylər keçmişimiz bu günümüz arasında körpü rolunu oynayır. Buna görə muxtar respublikanın təhsil müəssisələrinin muzeylərlə əlaqəli işinə xüsusi diqqət yetirilir.

 

 Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin "Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında" 2014-cü il 20 iyun tarixli Sərəncamı bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Sərəncama əsasən, muxtar respublikada məktəb-muzey şəbəkələri yaradılmış, Azərbaycanın onun ayrılmaz tərkib hisəssi olan Naxçıvanın tarixi mədəniyyəti, görkəmli şəxsiyyətlərimiz ilə bağlı distant dərslərin keçirilməsinə başlanılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin "Ali orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında" 2015-ci il 27 iyul tarixli Sərəncamına əsasən keçirilmiş açıq dərslərdə isə muxtar respublikanın ali təhsil müəssisələrində muzeyşünaslıq, arxiv işi abidələrin qorunması, tarix, turizm otelçilik ixtisasları üzrə təhsil alan tələbələr iştirak etmişdir.

 

 

 

Dövlət Bayrağı Muzeyinin ekspozisiyasında sərgilən qədim bayaqlarımız

 

 

 

Günümüzdə gənclər arasında hərbi-vətənpərvərlik hisslərinin formalaşdırılması məsələsi mühüm əhəmiyyət kəsb etməkdədir. Vətənə məhəbbət sədaqət mənəviyyatımızın ayrılmaz tərkib hissəsidir. Bu sahədə hərb tariximizi bu tarixi yaradan görkəmli sərkərdələrimizin, hərbi xadimlərimizin, milli qəhrəmanlarımızın keçdiyi döyüş yolunu təbliğ etməklə Cəmşid Naxçıvanski Muzeyi hərbi-vətənpərvərlik hisslərinin aşılanmasında təsiredici qüvvəyə malikdir. Cəmşid Naxçıvanskinin sələflərinin keçdiyi şərəfli döyüş yolu milli istiqlaliyyət tariximizdə xüsusi çəkisi olan Araz-Türk Respublikasının yaradılması fəaliyyəti gənc nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynayır. Eynilə Naxçıvan Xatirə muzeyinin ekspozsiyasında xronoloji ardıcıllıqla sərgilənən soyqırımı faktları, şəhidlərin fotoşəkilləri, ermənilərə qarşı döyüş fəaliyyətlərini əhatə edən materiallar, eyni zamanda, Milli Sovet İttifaqı qəhrəmanlarının fotoşəkilləri, şəxsi əşyaları   onlara aid olan digər materiallar buranı ziyarət edən gənclərin hərbi-vətənpərvər şəkildə formalaşmasına yüksək təsir göstərir.

 

Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100-cü ildönümü ərəfəsində Naxçıvan hərbi şəhərciyində açıq səma altında yaradılan Döyüş Şöhrəti Muzeyi xalqımızın döyüş ruhunu, döyüş əzmini nümayiş etdirməklə yanaşı, həm döyüş şöhrətini gənc nəslə aşılayır. Bu muzey hərb tariximizin şöhrəti ilə yanaşı, gənclər arasında orduya inamı daha da artıraraq onların ordu sıralarında xidmət etmək, vətənin müdafiəsində dayanmaq istəyini alovlandırır. Bu muzey həm buradakı eksponatlara baxan uşaqlarda ilkin vətənpərvərlik hisslərinin formalaşmasına şərait yaradır.

 

Muxtar respublika gənclərin vətənpərvərliyinin formalaşmasında Heydər Əliyev Muzeyinin böyük rolu var. Bu muzey Ümummilli liderin həyat fəaliyyət fəlsəfəsinin, elmi-nəzəri irsinin, azərbaycançılıq ideologiyasının öyrənilməsi, təbliği gələcək nəsillərə çatdırılması kimi şərəfli missiyanı öz üzərinə götürərək, bu gün həmin missiyanı uğurla həyata keçirir. Muzeyin zəngin ekspozisiyası onu seyr edən hər kəsin qəlbində dərin iz qoyaraq, yüksək təəssürat yaradır. Muzey Ulu öndərimizin dövlətçilik, azərbaycançılıq, vətənpərvərlik ideyalarını təbliğ etməklə yanaşı, gəncləri Ümummilli liderimiz Heydər Əliyev kimi xalqa, Vətənə dövlətə sədaqətli olmağa çağırır.

 

Dövlət atributlarımızın tarixinin öyrənilməsi, təbliği gələcək nəsillərə çatdırılması baxımından Dövlət Bayrağı Muzeyi müstəsna əhəmiyyətə malikdir. Muzeydə Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının ali qanunverici orqanında qəbul olunan "Naxçıvan Muxtar Respublikasının Dövlət rəmzləri haqqında" Qərarın surəti həmin tarixi günə aid fotoşəkillər nümayiş olunur. Tarixən Naxçıvan ərazisində mövcud olmuş dövlətlərin, eləcə Naxçıvan xanlığının bərpa olunmuş bayraqları, gerb inzibati xəritələri, Naxçıvan xanlığının süvari dəstələrinə verilən bayraqlar, döyüşçü libası, Naxçıvan Muxtar Respublikasının müxtəlif illərdə qəbul olunmuş konstitusiyaları, qədim pul nişanlarının fotoşəkilləri muzeyin ekspozisiyasında sərgilənir buranı ziyarət edən gənclərin qədim dövlətçilik tariximizi öyrənmələrinə yaxından kömək edir. Bu gün muxtar respublikanın rayonlarında fəaliyyət göstərən tarix-diyarşünaslıq muzeyləri, Naxçıvan memarlıq məktəbinin qiymətli töhfələri olan məqbərə, türbələr zaviyələr gənc  nəslin qədim tarixə malik Naxçıvanın keçmişinə qısa vizual ziyarət etmələrinə yaxından köməklik edir. Həmçinin, göz oxşayan memarlıq nümunələri olan Möminə xatun Qarabağlar türbələri öz memarlığı ilə yanaşı, ulu babalarımızın qadına verdiyi dəyərin yüksəkliyindən xəbər verir.

 

Muxtar respublikamızda yerləşən digər muzeylərə nəzər salaq. Naxçıvanqala Muzey Kompleksində nümayiş olunan qədim tariximiz, "Xan Sarayı Dövlət Tarix-Memarlıq, Möminə Xatun və Açıq Səma Altında Muzey Kompleksi"ndə nümayiş olunan Naxçıvan xanlarının şəcərəsi, xanlığın xəritəsi, kompleksin bir hissəsini təşkil edən Açıq Səma Altında Muzeyində muxtar respublikanın rayonlarından tapılaraq sərgilənən müxtəlif dövrlərə aid maddi-mədəniyyət nümunələri - daş kitabələr, sütun altlıqları, müxtəlif daş fiqurlar, qəbirüstü  sənduqələr, mübariz xalqımızın daş yaddaşı olan Əlincə qalası və muzeyi gənc nəslin daimi ziyarət yerlərindən olub, onların dünyagörüşünün formalaşmasında, vətənpərvər yetişməsində və milli dəyərlərimizin gələcək nəsillərə çatdırılmasında yaxından iştirak edirlər.

 

Bu gün muxtar respublikamızın muzeylərini digər muzeylərdən fərqləndirən ən başlıca cəhətlərdən biriburada ziyarətçilərə pulsuz muzey xidmətinin göstərilməsidir. Bu xidmətin sayəsində gənc nəslin nümayəndələri olan tələbələr, eləcə də məktəbli və şagirdlər milli saxlanc yerimiz olan muzeyləri daha sıxlıqla ziyarət edə və öz biliklərini daha asanlıqla yeniləyə bilərlər.

 

 

 

Döyüş Şöhrəti Muzeyində sərgilən hərbi texnikalar

 

 

 

Qeyd etmək istərdim ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin "Muzeylərlə əlaqələrin gücləndirilməsi haqqında" 2014-cü il 19 dekabr tarixli Sərəncamına əsasən hər ay sonunda muxtar respublika mərkəzi və yerli icra hakimiyyəti orqanları kollektivləri, həmçinin, dövlət idarələrində çalışan işçilərin muzeylərə kollektiv gedişi maddi-mənəvi sərvətlər xəzinəsi olan muzeylərimizə marağın artmasına, tariximizin, mədəniyyətimizin, dövlətçilik ənənələrimizin hərtərəfli öyrənilməsi və təbliğ olunmasına daha geniş imkanlar açmışdır.

 

Bu gün muxtar respublikada olan hər bir muzey gənc nəslin dünyagörüşün formalaşmasında yaxından iştirak edərək onların milli şüurunun inkişafına müsbət təsir göstərir və vətənpərvər böyüməsində yaxından iştirak edir. Gənclər bu muzeyləri ziyarət edərkən Naxçıvanın qədim və zəngin tarixini görür, ulu babalarımızdan bizə miras qalan maddi-mədəniyyət nümunələri ilə yaxından tanış olur və belə qədim irsə malik bir xalqın nümayəndəsi olmaqdan qürur duyurlar.

 

 

Nilufər Ağayeva

AMEA Naxçıvan Bölməsi,

Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun kiçik elmi işçisi

nuraagaoglu@gmail.com

 

525-ci qəzet.- 2021.- 8 oktyabr.- S.12.