"Füyuzat"dan axıb gələn yeni nəfəs

 

 

Bayram ovqatlı VII Bakı Beynəlxalq Kitab Satış Sərgisində gəzərkən  müxtəlif nəşriyyat evləri, universitetlər, Fondların kitablarla rəngarəng stendləri adamın diqqətini cəlb edirdi. "Çapar"dan sonra yolumu Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondundan (MİMTA) saldım. Stendə hələ yaxınlaşmadan öncə diqqətimi orada digərlərinə nisbətən fərqli kitabların jurnalların düzülüşü çəkmişdi. Yaxınlaşdıqda bir qrup gənc oxucunun dayanıb maraqla kitabları vərəqlədiyini, almaq üçün qiymətlərini soruşmalarını görüb xeyli sevindim. Hətta bir tələbə alacağı kitabın müəllifi ilə görüşün keçirilib-keçirilməyəcəyini soruşurdu. Maraqla gənc xanıma yəqin kitabı imzalatdırmaq istədiyini sual etdim. O isə kitabın müəllifinə sualı olduğunu bildirdi. Artıq oxucular təkcə kitabı almaqla kifayətlənmir, onun müəllifi ilə görüşüb suallar ünvanlamaq istəyirlər. Demək, mütaliə ilə bağlı ümidsizliyə qapılmaq olmaz, çünki xeyli yol qət etmişik!

 

 

 

Səliqə ilə düzülmüş, gözoxşayan jurnalları seyr etdikcə, əslində MİMTA-nın da necə dəyərli işlər gördüyü qənaətinə gəlmək olur. Üstəlik, alıcıların suallarını cavablandıran, kitabları satan şəxslər Fondun səlahiyyətli şəxsləri, baş redaktorları idi.

 

Kiçik haşiyə çıxaraq bu kitabsevərləri bir araya toplayan Fond haqda qısa məlumat vermək istərdim. Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondu Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatıdır. MİMTA qədim tarixə, yüksək mədəniyyətə malik Azərbaycanın tarixini, milli irsini, mənəvi dəyərlərini qoruyub-saxlamaq inkişaf etdirməyə kömək məqsədilə təsis edilib. Fondun fəaliyyətinin qayəsi ölkəmizin milli irsi, mədəni, tarixi dəyərlərini tədqiq edib həm ölkədə, həm ölkədən kənarda təbliğ etmək, xarici ölkələrdə Azərbaycanın milli irsini, mədəniyyətini, tarixini əks etdirən sərgilər, konfranslar başqa tədbirlər təşkil etməkdir. Eyni zamanda, istedadlı gənclərə kömək göstərmək, təhsil, səhiyyə, mədəniyyət sosial sahədə xeyriyyə tədbirləri, simpoziumlar, seminarlar, müsabiqələr keçirmək ayrı-ayrı şəxsləri Azərbaycan tarixi, mədəniyyəti, irsi üçün əhəmiyyətli olan uğurlara görə mükafatlandırmaqdan ibarətdir.

 

Diqqətimi stendin mərkəzi hissəsində yer alan üzərində Şuşa məscidinin şəkli olan "Füyuzat" jurnalının 77-ci buraxılışı çəkmişdi. Üz qabığındakı azad Şuşa yenidən nəşr edilən "Füyuzat" jurnalında.  Azərbaycan mədəniyyət tarixi üçün iki önəmli, iki sütun bir arada necə gözəl görünürdü.  115 il öncə görkəmli yazıçı, jurnalist, mütəfəkkir Əli bəy Hüseynzadənin baş redaktorluğu ilə cəmi 32 sayı işıq üzü görən "Füyuzat" jurnalı, şübhəsiz ki, Azərbaycanın fikir tarixində, oyanışında çox önəmli bir yer tutur. Əli bəy Hüseynzadənin bütün çətinliklərə baxmayaraq, "Həyat" qəzetindən sonra "Füyüzat" jurnalının nəşrinə başlaması ədəbiyyat mədəniyyətimiz milli jurnalistikamızın inkişafında xüsusi rol oynadı. Jurnal Azərbaycan ziyalılarının, maarifpərvərlərinin yetişib yüksəlməsinə mühüm təkan vermişdi.

 

Elə sərgidə canfəşanlıqda sağa-sola qaçan, oxucuları jurnal haqda məlumatlandıran "Füyuzat" jurnalının baş redaktoru Mübariz Yunusla da bu haqda kiçik söhbətimiz oldu.  O bildirdi ki, jurnalı yenidən nəşr etməkdə məqsədləri MİMTA olaraq Azərbaycan mətbuatına bir kömək olmaları dayanıb. 2007-ci ildə "Füyuzat"ı  yenidən çıxartmaq qərarına gəliblər:

 

"MİMTA olaraq mətbuat üçün faydalı bir ərsəyə gətirmək istəyirdik.  Müzakirələrdən sonra belə qərara gəldik ki, Azərbaycan mətbuat tarixinə sahib çıxmaq üçün keçmişimizdə olan dərgilərimizdən, qəzetlərimizdən birini bərpa edək. İdeya baxımından bizə yaxın gələn "Füyuzat"ın üzərində dayandıq. Elə həmin ildən də nəşrini bərpa etmişik. Demək olar ki, bütün nömrələrimizdə Azərbaycan millətinin, xalqının  dəyərlərini aşılamış, insanları maarifləndirməyə, bilgiləndirməyə çalışmışıq. Bunun üçün məktəblərdə, universitetlərdə tədbirlər keçirdik. Bilirsiniz ki,  "Füyuzat" 32-ci nömrəyə qədər çap edilmişdi. Biz 33-cü nömrə olaraq onun ardı kimi nəşrə başladıq. Artıq 120-ci nömrəmiz çıxıb. İki aydan bir çıxan jurnalda davamiyyəti qorumuşuq. Çalışırıq ki, Əli bəy Hüseynzadənin başladığı yolunu layiqincə davam etdirək və "Füyuzat" həmişəyaşar olsun.

 

Sərgiyə MİMTA olaraq qoşulmuşuq. Burada bir çox kitablarımızı gətirmişik. Son zamanlar nəşr etdiyimiz kitablar da artıq satışdadır. Açığı, Vətən müharibəsi ölkəmizin tarixində necə önəmli yer tutursa, builki sərgi də ziyalanma, insanların üfüqünün açılması, kitaba meyl baxımından o qədər önəmlidir. Etiraf edim ki,  çoxumuzda sərginin bir qədər kənarda keçirilməsilə bağlı çox adamın gəlməyəcəyi düşüncəsi vardı. Amma sevindirici haldır ki, biz yanılmışıq. Burada kifayət qədər oxucu var. İnsanlarımızın kitaba marağı bizi sevindirir. Əgər bir millətin kitabla ünsiyyəti varsa, cəmiyyətin gələcəyi parlaqdır demək. Şəxsən mənim üçün sərgi böyük sevincə çevrilib".

 

4 günlük kitab festivalının iki gününə qoşula bildiyim və belə xoş təəssüratlarla ayrıldığım üçün sevincli idim. Bundan sonrakı bütün illərimiz də kitablı, maariflisözlü olsun!

 

 

Afaq RZA

 

525-ci qəzet.- 2021.- 12 oktyabr.- S.9.