Milli Kitabxanadan Müstəqilliyin Bərpası gününə töhfə

Bu gün Azərbaycan xalqının Müstəqillik Günüdür. Azərbaycanın dövlət müstəqilliyi əldə etməsi böyük tarixi nailiyyət, xalqımızın əvəzsiz sərvətidir. Şübhə yoxdur ki, Azərbaycan bundan sonra öz müstəqilliyini daha da möhkəmləndirəcək, işğal altında olan torpaqları düşmən tapdağından tam azad edəcək, respublikamız dünyanın qüdrətli diyarlarından birinə çevriləcək.

 

Milli Müstəqillik Günü münasibətilə Milli Kitabxananın əməkdaşları tərəfindən 18 Oktyabr Milli Müstəqillik Günü adlı Elektron məlumat bazası hazırlanıb. Elektron məlumat bazası Rəsmi sənədlər; Dövlət müstəqilliyimiz daimidir, əbədidir, dönməzdir; Heydər Əliyev və Azərbaycan dövlətçiliyi; Dövlət müstəqilliyinə dair digər nəşrlər; Azərbaycanın dövlət rəmzləri; Milli Müstəqillik Gününə həsr olunmuş poçt markaları; FotoqalereyaVideoqalereya bölmələrindən ibarətdir.

 

Elektron məlumat bazasında Azərbaycanın dövlət müstəqilliyindən, Azərbaycan tarixindən, ulu öndər Heydər Əliyevin dövlət quruculuğundakı xidmətlərindən bəhs edən kitablar, dövri mətbuat materialları, fotovideolar nümayiş olunur. Elektron məlumat bazasında nümayiş olunan materiallar tam mətnləri ilə verilib.

 

525-ci qəzet.- 2021.- 19 oktyabr.- S.9.