Almaniya Bundestaqının sabiq  deputatı Milli   Kitabxananı ziyarər edib

 

Oktyabrın 19-da Almaniya Bundestaqının sabiq deputatı, professor, əslən Cənubi Azərbaycandan olan Rahim Şmidt Azərbaycan Milli Kitabxanasında olub.

 

525.az xəbər verir ki, qonağı qəbul edən Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov kitabxana haqqında məlumatları, kitabxananın fondu, avtomatlaşdırma sistemləri, eləcə Azərbaycan Milli Kitabxanasının Almaniya Milli Kitabxanası Berlindəki Humboldt Universiteti Kitabxanası ilə sıx əməkdaşlıq etdiyini qonağın diqqətinə çatdırıb. Direktor onu da vurğulayıb ki, bu əməkdaşlığın nəticəsi olaraq Humboldt Universiteti Kitabxanasında Azərbaycana dair daimi guşənin yaradıldığını həmin guşəyə mütəmadi olaraq yeni ədəbiyyatın göndərildiyini bildirib.

 

Kərim Tahirov Azərbaycan Milli Kitabxanasının Frankfurt şəhərində yerləşən Almaniya Milli Kitabxanası ilə kitab, informasiya sahəsində sıx əməkdaşlıq etdiyini Milli Kitabxanada alman yazıçılarının, eləcə alman əlifbasında qədim kitabların mövcudluğu barədə professor Rahim Şmidtə məlumat verib.

 

Professor Rahim Şmidt ilk öncə Milli Kitabxana rəhbərliyinə, direktor K.Tahirova bu günki görüşün təşkili üçün təşəkkür edərək kitabxanada olmasından məmnunluğunu ifadə edib. O, bildirib ki, Azərbaycan Milli Kitabxanası şəhərin ən gözəl binalarından birində yerləşir belə gözəl kitab kolleksiyalarına malikdir. Professor çıxışı zamanı Azərbaycan Milli Kitabxanasının xalqın milli-mənəvi dəyərlərinin saxlanc yeri olduğunu vurğulayıb. O, Milli Kitabxananın fəaliyyətini yüksək qiymətləndirərək əvvəlki illərdə Frankfurt Beynəlxalq Kitab Sərgisi çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə Milli Kitabxananın birgə keçirdiyi Molla Pənah Vaqifə, Almanların Azərbaycana köçürülməsinin 200 illiyinə, habelə İmadəddin Nəsiminin 650 illiyinə həsr edilən mötəbər tədbirlərin əhəmiyyətini vurğulayıb həmin tədbirlərdə özünün iştirakını direktorun diqqətinə çatdırıb. Həmçinin, o, pandemiya zamanı Azərbaycan Milli Kitabxanasının onlayn xidmətlərini yüksək qiymətləndirərək özünün həmin xidmətlərdən yararlandığını bildirib.

 

Daha sonra o, Milli Kitabxana ilə tanış olmaq istəyini direktora bildirib. Qonaq Milli KitabxananınHeydər Əliyev guşəsi”, “Beynəlxalq əməkdaşlıq zalı”, “Nadir kitablar kitabxana muzeyişöbəsi, oxu zalı, kitabxana fondu, eləcə Açıq Kitabxana ilə tanış olub. O, Azərbaycan Milli KitabxanasınınAçıq Kitabxanalayihəsini xüsusilə ön plana çəkərək belə layihələrin bütün kitabxanalarda olmasının vacibliyini qeyd edib.

Sonda qonaq R.Şmidt özünün müəllifi olduğu tibb kitablarını Azərbaycan Milli Kitabxanasının fonduna hədiyyə edib. Eyni zamanda K.Tahirov “Azərbaycan Milli Kitabxanası: fotoalbom” və “Azərbaycan xalçaları” adlı kitabları qonağa bağışlayıb. 

 

525-ci qəzet.- 2021.- 20 oktyabr.- S.12.