Qaçaq Nəbinin 170 illiyinə həsr olunmuş kitab nəşr edilib

 

170 illiyi bu il tamam olan xalq qəhrəmanı Qaçaq Nəbinin adı bir əsrdən çoxdur ki, Quzey Güney Azərbaycanda, Anadolu ellərində sevgi ilə anılır. Yazılı şifahi ədəbiyyatımızda şəninə ən çox xalq mahnısı, qoşma, dastan, roman, povest, pyes, hekayə, poema, şeir, bədii film həsr edilən qəhrəmanımız Qaçaq Nəbidir.

 

"Zəngəzur" Cəmiyyətləri İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Hacı N?rimanoğlunun yenicə çapdan çıxan "Qaçaq Nəbi tarixd?, elmi, yazılı v? şifahi ?d?biyyatda, inc?s?n?td?" monoqrafiyasında həm bunun gerçək səbəbləri aydın görünür. Azərbaycan xalqının milli azadlıq hərəkatı qəhrəmanlıq tarixində xüsusi yeri olan, 20 ildən çox rus çarizminin işğalçılıq siyasətinə, bu imperiyanın əlaltısı olan nankor, xəyanətkar erməni hampalarına, sapı özümüzdən olan zalım xan, zülmkar bəylərə qarşı silahlı partizan mübarizəsinin başında duran Qaçaq Nəbiyə, dəstəsinə ən yaxın silahdaşı, vəfalı ömür-gün, əqidə yoldaşı qaçaq, qoçaq Həcər xanıma həsr olunmuş kitabda Azərbaycan, Rusiya, Gürcüstan, İran Türkiyə mənbələrinə, sənədlərə, arxiv materiallarına, tədqiqatçı alimlərin əsərlərinə istinadla Qaçaq Nəbi mübarizəsinin həqiqi mahiyyəti, əsas qayəsi, real tarixi xronikası oxuculara çatdırılıb. Kitabda bu mübarizənin xalq yaddaşında, incəsənətimizin müxtəlif növlərində, folklorumuzda, ədəbiyyatımızda bədii inikasını əks etdirən xeyli nümunələrə yer ayrılıb. Çoxsaylı faktlarla diqqətə çatdırılıb ki, Qaçaq Nəbi, Qaçaq Həcər həyatlarını xalqın azad yaşamasına həsr ediblər, zülmə, ətalətə ədalətsizliyə boyun əyməyiblər, xalq da illərlə onlara arxa, dayaq olub, bütün təhlükə, təzyiqlərə baxmayaraq, özlərini, ailəsini, qaçaq dəstəsinə qoşulanları düşmən əlinə keçməkdən qoruyub saxlayıblar.

 

2021-ci ildə sevilən xalq qəhrəmanımız Qaçaq Nəbinin anadan olmasının 170 ili, xəyanətlə qətlə yetirilməsinin 125 ili həm 2020-ci il sentyabrın 27-də başlanıb 44 gün davam edən Vətən müharibəsində Qaçaq Nəbinin Qaçaq Həcərin dünyaya göz açdığı Şərqi Zəngəzur elləri, o cümlədən, qəhrəmanların doğulduğu Qubadlı torpağı 25 oktyabr 2020-ci ildə işğal, girovluqdan qurtuluşu ilə üst-üstə düşür. Müzəffər Azərbaycan Ordusu bu savaşda ölkəmizin 20 faiz torpaqlarını 28 illik əsirlikdən azad etməklə bərabər, qanlı döyüşlərdə qazandığı qələbə ilə xalqımızın milli mənliyinin, heysiyyətinin tapdanmasına da son qoyub, milli şərəf qürurunu da özünə qaytarıb, ucaldıb, sübut edib ki, Nəbilər, Həcərlər yetirən torpaq yağı tapdağında əbədi qala bilməz. Qaçaq Nəbinin, qoçaq Həcərin düşmənə boyun əyməyən misilsiz qəhrəmanlıqlarla dolu fədakar mübarizəsi bu müqəddəs savaşda əsgər zabitlərimizə mənəvi dayaq, örnək, nümunə olub. Onların çox sayda həmyerlisi, qan qohumları da dədə-baba torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərin önündə mərdlik, cəsarət, şücaət nümunəsi göstərib, bir çoxu şəhid qazi olub, dövlətimizin ən yüksək təltiflərinə layiq görülüb.

 

Kitab Qaçaq Nəbi, Qaçaq Həcərin timsalında xalqımızın azadlığı, müstəqilliyi, torpaqlarımızın bütövlüyü uğrunda yadellilərə qarşı savaşlarda canlarını fəda etmiş igid vətən övladlarının, şəhidlərimizin, qazilərimizin əbədiyaşar xatirəsinə həsr olunub.

 

Qeyd edək ki, kitab AMEA Folklor İnstitutu Elmi Şurasının qərarı ilə nəşr edilib.

 

"Mütərcim" nəşriyyatında çıxan 208 səhifəlik kitabın elmi redaktoru AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov, rəyçisi AMEA Tarix İnstitutunun icraçı direktoru, professor Cəbi Bəhramov, məsləhətçiləri "Akademkitab"ın direktoru, professor Əliağa Cəfərov  yazıçı-jurnalist Dostəli Abdullayevdir.

 

Nəşrin üz səhifəsində verilən aforizm düşündürücüdür: "Tarixinə, tarixi şəxsiyyətlərinə sahib çıxmayan xalq məhvə məhkumdur". Kitab həm zaman-zaman xalqın sevdiyi, dəyər-qiymət verdiyi tanınmışlarımıza çamur, böhtan, iftira atan bəzi "hərşeyşünas"larımıza da cavabdır.

 

Elə kitabın başlıq, mövzu düzümü Qaçaq Nəbi Həcər xanımın həyat, mübarizə tarixinin miqyası barədə aydın təsəvvür yaradır; "Qaçaq" kimlərə deyilir, Qaçaq Nəbinin həyatı, mübarizəsi tarixi mənbələrdə, Nəbinin fiziki görkəmi, əxlaqı, Qaçağı el saxlar, Nəbinin həbsdən iki qaçışı, Qaçaq Nəbi mübarizəsinin əsas hədəfi işğalçı rus çarizmi idi, 3 rus 1 fars generalı Nəbiyə qarşı, Peterburqdan xəfiyyə generalının gəlişi, Qaçaq Nəbi xəyanətkar ermənilərin qənimi idi, Mehdini ermənilərin öldürməsi, Nəbinin intiqamı, Novruz bayramında sui-qəsd, Nəbinin İranda xəyanətlə qətli, Həcəri özündən ay qoçaq Nəbi, Qaçaq Nəbi elmi tədqiqatlarda, Qaçaq Nəbi kinoda, musiqidə, heykəltaraşlıq rəssamlıqda, Qaçaq Nəbi qoçaq Həcər Türkiyə mənbələrində, Qaçaq Nəbinin Türkiyə variantı, Qaçaq Nəbi Güney Azərbaycanda, Bəhlul Behcət onun "Qaçaq Nəbi" əsəri, Nəbi-Həcərin kəndi, ailəsi, soy-kökü, törəmələri, Qaçaq Nəbi, Qaçaq Həcər obrazı nəsrimizdə, Qaçaq Nəbi - Həcər obrazı şeirimizdə, Qaçaq Nəbi Qoçaq Həcərə həsr edilmiş xalq nəğmələri, qoşmalardan seçmələr, Qaçaq Nəbi-Həcər yurdunun şəhid  övladları s.

 

Kitab xalq qəhrəmanlarımız haqqında yazılmış ən populyar əsərlərdən biri olan tanınmış yazıçı Cəlal Bərgüşadın "Bozatın belində" romanından epiqrafla açılır: "Dünyada mənə elə bir igid göstərin ki, iyirmi bir il el-obasından didərgin düşüb, öz ömür-gün yoldaşı ilə qaranlıq mağaralar da, qalın meşələrdə, qarlı dağlarda məskən salmış olsun. Dünyada mənə elə bir cəngavər göstərin ki, at belində yaşa dolub, at belində vuruşsun; at belində qocalıb, at belində həlak olsun. Belə bir xalq qəhrəmanına onun özündən qoçaq can yol daşına bəstələnən el nəğmələri bir vaxt anamın laylasına qarışıb mənim beşiyimə axmışdır. İndi bu nəğmələri mən öz simlə oxumaq istəyirəm".

 

Tariximizə, xalq qəhrəmanlarımızın şərəfli ömür yoluna ayna tutan Qaçaq Nəbi - Qaçaq, Qoçaq Həcər haqqında bu kitab da eyni sevgi ilə yazılıb.

Qubadlının işğaldan azad edildiyi günlərin ildönümündə çıxan Qaçaq Nəbi ünvanlı kitabın ilk nüsxələri "Zəngəzur" Cəmiyyətləri İctimai Birliyi adından Vətən müharibəsi şəhidlərinin ailələrinə hədiyyə ediləcək.

 

525-ci qəzet.- 2021.- 23 oktyabr.- S.17.