Milli Kitabxana  Nəcibə Məlikovanın  100 illiyinə həsr olunmuş virtual sərgi hazırlayıb

 

Oktyabrın 25-də milli kinomuzun teatr sənətimizin inkişafında müstəsna xidmətləri olan Xalq artisti Nəcibə Məlikovanın anadan olmasının 100 illik yubileyi tamam olur.

 

Nəcibə Məlikova klassik çağdaş Azərbaycan dramaturqlarının, dünya ədiblərinin dram əsərlərində bir qədər komediyalarda müxtəlif rollar oynamışdır. Nəcibə xanım teatrla yanaşı kinoda da uğurlu rollar yaratmış, onların arasındaÖgey ana”da Dilarə, “Aygün”də Aygün, “Arşın mal alan”da Cahan xala, “Əhməd haradadır?”da Nərgiz xala rollarının ifası aktrisanın yaradıcılıq nailiyyətləri kimi dəyərləndirilir.

 

525.az xəbər verir ki, Xalq artistinin 100 illik yubileyi münasibətilə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindənNəcibə Məlikova – 100” adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə görkəmli aktrisanın həyat yaradıcılığı haqqında kitab məqalələr, fotolar nümayiş olunur.

 

525-ci qəzet.- 2021.- 26 oktyabr.- S.8.