Milli Kitabxanada daha bir virtual sərgi  

 

 

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən kitabxanaşünas alim, BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin müəllimi, Kitabxanaşünaslıq kafedrasının müdiri Elçin Əhmədovun həyat və fəaliyyətinə həsr olunanKitabxanaşünas alimElçin Əhmədov” adlı virtual sərgi hazırlanıb.

 

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə Elçin Əhmədovun müəllifi olduğu, rəy verdiyi kitablar, eləcə də dövri mətbuat səhifələrində dərc olunan məqalələri, fotolar nümayiş olunur.

 

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Elcin_Ehmedov/index.htm linkindən istifadə edə bilərlər.

 

Qeyd edək ki, tanınmış alim 5 kitabın, 100-dən çox elmi məqalənin müəllifidir.

 

525-ci qəzet.- 2021.- 28 oktyabr.- S.9.