Ağdam həmişə paytaxt olub, amma Qarabağın”

 

 

Dostumuz Qudrət Həsənquliyev təklif edib ki, Ağdamı Azərbaycanın paytaxtı elan eləsinlər. Zaman-zaman paytaxtın köçürülməsi gündəmə gəlir hərə bir yer göstərir. Təbii ki, paytaxtın köçürülməsi Bakının həddən artıq yüklənməsi ilə gündəmə gəlir. Əvvəla, paytaxt köçürmək o qədər asan məsələ deyil, bunun üçün bəlkə Azərbaycanın illik büdcəsi qədər vəsait lazımdır.

 

İkincisi, Bakı elə bizim paytaxtımızdır dünyanın ən gözəl şəhərlərindən biridir.

Qaldı şəhərin həddən artıq yüklənməsinə, bunun səbəblərindən biri Qarabağın işğal altına düşməsi olub Qarabağ camaatının 60-70 faizi Bakıya köçmək məcburiyyətində qalıb.

 

Şükürlər olsun ki, artıq Qarabağ işğaldan azad edilib bölgədə çox böyük işlər görülür. Uzaqbaşı, 4-5 ilə hamı öz doğma elinə-obasına, torpağına qayıdacaq. Doğma torpağın qədər müqəddəs olduğunu torpaqda yaşayanlar ən başlıcası da torpağını itirənlər çox gözəl bilirlər.

Bundan əlavə, regionlarda (qeyri-Qarabağ nəzərdə tutulur) iqtisadiyyat inkişaf edir, bu təkcə sosial abadlıq işləri deyil, yeni-yeni müəssisələr, fabrik zavodlar açılır. Yəni regionlardan Bakıya işsizliyə görə gəlmiş insanlar da artıq yavaş-yavaş geri qayıdır.

 

Gələk Ağdamın paytaxt olmasına. Ağdam əslində paytaxtdır, amma Qarabağın paytaxtıdır.

Dəfələrlə yazmışam yenə yazıram, ən azı təkrar biliyin anası olmasa da dayısıdı.

 

Ağdam Qarabağın mərkəzində yerləşir: Füzuliyə - 48, Ağcabədiyə - 48, Bərdəyə - 48, Şuşaya - 37, Xankəndinə - 25, Tərtərə Ağdərəyə - 35, Laçına - 73, Kəlbəcərə - 80 Qarabağın qapısı Yevlaxa - 70 kilometrdir. Qubadlı, Zəngilan, Cəbrayıla da təxminən 70-75 kilometrdi.

Ona görə Pənah xan Ağdamı Qarabağın mərkəzi şəhərinə, müasir dillə desək, paytaxtına çevirmişdi. Pənah xan Ağdamı inkişaf etdirmək üçün, müasir dillə desək, oranı «Azad iqtisadi zona» elan etmişdi bu şəhərə investisiya yatıranlardan heç bir vergi tutulmurdu. Bu səbəbdən Qarabağın ətraf rayonlarında qədər imkanlı adam vardı hamısı Ağdama axışırdı burda həmin dövrə uyğun obyektlər, sexlər, yüngül fabriklər sair ilaxır açırdı. Nəticədə Ağdam Azərbaycanın ən böyük ticarət mərkəzlərindən birinə çevrilmişdi.

Şənbə-bazar günləri Ağdama Qarabağın bütün bölgələrindən, hətta Ermənistandan 10 mindən çox adam gəlirdi. Yerli əhali adətən şənbə-bazar bazara çıxmazdı, tünlüyə görə.

 

 

 

 

İndi Möhtərəm Prezident İlham Əliyev Ağdamı yenidən tikir, özü sıfırdan başlayaraq. yaxın gələcəkdə bu şəhərdə 100 mindən artıq adam yaşayacaq. Şəhər hazır olandan sonra burda müxtəlif ali məktəblər açılacaq, təbii ki, kənd təsərrüfatı ilə məşğul olan nazirliklər komitələr Ağdama köçürüləcək Baş planla tanış olsanız görərsiniz ki, yeni tikilən Ağdam əslində kənd təsərrüfatı rayonu kimi deyil, sənaye rayonu kimi qurulur. Ağdamda əvvəllər bir xeyli sənaye müəssisəsi, zavod fabriklər vardı. Yəni əhalinin işlə təminatı yüksək səviyyədə həll ediləcək.

 

Hazırda Bərdə-Ağdam dəmir yolu sürətlə çəkilir. Bərdə-Ağdam şosse yolu demək olar ki, hazırdır, asfaltlaşmaya başlayır, küçələri qaydaya salınır, bir sözlə, icra strukturu qurulur.

 

Ağdam İlham Əliyevin şəhəri olacaq. Ümumiyyətlə, Qarabağda yenidən tikilən şəhərlər öz adlarını saxlasalar da, tarixdə İlham Əliyevin şəhərləri kimi qalacaq. Bu ayrı bir yazının mövzusudur, inşallah, onu da yazaram.

Atam bizə nağıl danışardı. Böyüyəndən sonra gördüm ki, atamın danışdıqları nağıl deyilmiş, tariximiz imiş. Sadəcə olaraq, nağıl formasında danışırmış ki, anlaya bilək.

 

Məsələn, atamın nağılları belə başlayardı:

 

- Biri var idi, biri yox idi, bir xanlar xanı Çingiz xan vardı

Mən övladlarıma heç vaxt «Məlikməmməd» nağılı danışmadım, tarixi nağıl formasında söylədim:

 

- Biri var idi, biri yox idi, bir şahlar şahı Şah İsmayıl vardı

 

bir həmişə deyirdim:

 

- Bakı bizim paytaxtımızdı, Şuşa göz bəbəyimizdi, Ağdam da ürəyimizdi!

 

Bəli, Bakı bizim paytaxtımızdır! Şuşa göz bəbəyimizdir! Qaldı Ağdama, o da ürəyimizdir!

 

Aqil Abbas

 

525-ci qəzet.- 2021.- 30 oktyabr.- S.15.