Milli KitabxanadanBəxtiyar Sadıqov - 70” adlı virtual sərgisi

 

 

 

 

Bu ay Milli Məclisin deputatı, “Azərbaycanqəzetinin baş redaktoru, Əməkdar jurnalist Bəxtiyar Sadıqovun 70 illik yubileyi tamam olur. Bəxtiyar Sadıqov bir jurnalist baş redaktor kimi Azərbaycanın tarixinin, xüsusən  XX əsrin sonlarında baş verən hadisələrin, xalqımızın həmin dövrdə qarşılaşdığı haqsızlıqların, yaşadığı faciələrin dönə-dönə ictimaiyyətin nəzərinə çatdırılmasında xüsusi rol oynamışdır. Dövlətçilik, vətənpərvərlik, milli-mənəvi dəyərlər, beynəlxalq qlobal problemlər sosial məsələlər onun tez-tez toxunduğu mövzulardan olmuşdur. Bəxtiyar Sadıqovun publisistikası aktuallığı, müasirliyi, ümummilli mövqeyi, vətənpərvərliyi, mübarizliyi ilə seçilir. Bu yaradıcı xüsusiyyətlər əslində, Bəxtiyar Sadıqovun xarakterik keyfiyyətlərinin tərkib hissəsi kimi meydana çıxan, fəaliyyətində əksini tapan dəyərlərdir.

 

Bəxtiyar Sadıqovun 70 illik yubileyi münasibətilə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən hazırlananBəxtiyar Sadıqov - 70” adlı sərgi virtual rejimdə istifadəçilərə təqdim olunub. Virtual sərgidə Bəxtiyar Sadıqovun məqalələri, müəllifi, redaktoru olduğu kitablar, həyat yaradıcılığı haqqında məqalələr, rəsmi sənəd, fotolar nümayiş olunur.

 

525-ci qəzet.- 9 yanvar.- S.9.