20 Yanvar Qan Yaddaşımız virtual sərgisi təqdim edildi

Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq 31 il keçir. Keçmiş Sovet Ordusunun həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixdə qalacaq. Milli azadlıq ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə silahlı təcavüz nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.

Ümummilli Lider Heydər Əliyevin dediyi kimi, Bizim xalqımız 20 Yanvar gününü heç vaxt unutmayacaqdır. Çünki o, ayrı-ayrı insanlara edilən qəsd, təcavüz deyildi. Bu, bütün Azərbaycan xalqına, Azərbaycan ölkəsinə edilən təcavüzdür. Bu təcavüz nəticəsində həlak olanlar xalq qəhrəmanıdır, onlar millətimizin qəhrəmanlarıdır.

Anım günü münasibətlə Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən 20 Yanvar Qan Yaddaşımız adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə Azərbaycanın görkəmli şəxsiyyətlərinin Qanlı Yanvar haqqında fikirləri, 20 Yanvar faciəsi haqqında kitablar, dövri-mətbuat səhifələrində dərc olunan materiallar fotolar əks olunub.

 

525-ci qəzet.- 2021.- 20 yanvar. S. 13.