Şəhidim  

 

Zabit Fərid Məmmədovun əziz xatirəsinə

 

Sən ki ölməmisən, sağsan, şəhidim,

Uca, əzəmətli dağsan, şəhidim.

Vətən , anan da qoy fəxr eyləsin,

Hər zaman sən üzü ağsan, şəhidim.

 

Cəbhəyə getməyə çox tələsirdin,

Qisas almaq üçün fürsət gəzirdin.

Quynundan çıxarıb üçrəng bayrağı,

Sancsaydın, bitərdi Şuşa həsrətin.

 

olar, bir az da dözüb duraydın,

Düşmənin qəlbinə yara vuraydın.

Dostlarınla birgə çatıb arzuna,

Şuşada bayrağı sən qaldıraydın.

 

İndi Azərbaycana fəxrsən sən ,

Sonsuz fəxr hissi duyum mən .

Hər şəhid balamdır, oğlumdur mənim,

Ruhları şad olsun azad Vətəndə.

 

İgid qazilər qoy sağalsın,

Adları tarixdə əbədi qalsın.

Xatirən yaşayar daim, Şəhidim,

Sən candan keçdin ki, el zəfər çalsın.

 

Elmira YUSİFQIZI

 

525-ci qəzet.-2021.-  26 yanvar.- S.14.