Müttəfiqlərin sınağı  

 

 

Rusiyanın Ukraynaya müdaxiləsi beynəxalq təşkilatların səmərəli fəaliyyətini şübhə altına aldığı kimi, hərbi-siyasi ittifaqların etibarlığını da müzakirə mövzusuna çevirdi. Rusiyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı müttəfiqləri - Ermənistan, Qazaxıstan, Qırğızıstan Tacikistan Moskvanın tərəfini tutmaq istəmədilər. BMT Baş Assambleyasında Ukraynada apardığı müharibənin dərhal dayandırması tələb olunanda Belarusdan başqa müttəfiqlərinin heç biri Rusiyanı müdafiə etmədi. Daha sonra isə məlum oldu ki, Avrasiya İqtisadi Birliyindəki müttəfiqləri Rusiyanı Qərbin sanksiyalarından müdafiə etmək istəmirlər. Rusiyanın müttəfiqləri onu müdafiə etməkdən çəkindikləri kimi, Qərb cəbhəsində tam yekdiklik yoxdur.

 

The New York Times qəzetinin diplomatik mənbələrə istinadən yazdığına görə, NATO-da fikir ayrılığı mövcuddur. Polşa Baltikyanı ölkələr Moskva ilə münasibətlərin tamamilə kəsilməsinə çalışdığı halda, Almaniya, Fransa Türkiyə baş verənlərdən asılı olmayaraq Rusiya hakimiyyəti ilə əlaqə saxlamağa çalışır. Türkiyədən fərqli olaraq Almaniya Fransa Rusiyaya qarşı sanksiyalara qoşulub. Ankara sanksiyalara qoşulmamaqla yanaşı, Moskva ilə münasibətlərini dərinləşdirməkdə davam edir. Rusiya prezidentinin köməkçisi Dmitri Peskov Türkiyənin Rusiyaya qarşı sanksiyalara qoşulmamasının Moskvada yüksək qiymətləndirildiyini bildirib. Ankaranın bu mövqeyi Vaşinqton Brüsseldə narazılıq doğurur. ABŞ prezidenti Co Baydenin türk həmkarı Rəcəb Tayyip Ərdoğanla NATO-nun ötən ay Brüsseldə keçirilən sammitində təkbətək görüşməkdən imtina etməsi Vaşinqtonun Ankaranın siyasətindən narazı olması ilə bağlıdır. Ankaranın siyasətindən narazı olması prezident Co Baydenin F-16 təyyarələrinin Türkiyəyə satılmasına razılıq verilməsi barədə Konqressə müraciətində öz əksini tapıb. Həmin müraciətində Co Bayden ABŞ-ın Türkiyə ilə münasibətlərini "gərgin" adlandırıb.

 

Türkiyənin özündə NATO-ya yönəlik münasibət olduqca mənfidir. Rəy sorğularına görə, əhalinin cəmi 20 faizi NATO-nun fəaliyyətini dəstəkləyir. Qərbdə qeyd edirlər ki, NATO-ya belə münasibət adətən Rusiya Serbiya kimi ölkələr üçün xarakterikdir.

 

Türkiyədə anti-NATO əhval-ruhiyyəsinin əsas səbəbi kimi Şimali Atlantik Alyansına qarşı aparılan təbliğat göstərilir. Bu zaman Türkiyədə müstəqil mətbuat vasitələrinin çox az qaldığı, bütün əsas media orqanlarının hakim partiyaya bağlı adamları tərəfindən satın alındığı da xüsusilə qeyd olunur.

 

ABŞ Konqressinin Türkiyəyə Ankaranın istədiyi 40 ədəd F-16 qırıcısını satmaqdan 70 ədəd F-16 təyyarəsini yeniləməkdən imtina edəcəyi halda türklərin Rusiyadan Su-35 Su-57 qırıcılarının almağa çalışacağı ilə bağlı məlumatlar var. Əslində, Türkiyə rəsmiləri bir neçə ildir ki rusiyalı həmkarları ilə bu istiqamətdə danışıqlar aparırlar. Ötən ilin payızından isə danışıqlar prosesinin  sürətləndiyi haqqında məlumatlar var.

 

Avropa Birliyinin viza verməkdən imtina etdiyi Rusiya vətəndaşlarına Türkiyənin bütün "qapıları" açması da Qərbdə çox böyük narazılıq yaradır. Rusiyalı turistləri cəlb etmək üçün Türkiyənin xüsusi aviaşirkət yaratmaq niyyəti Qərbdə tənqidlə qarşılanır. Yeni aviaşirkətin Rusiya şəhərləri ilə Türkiyənin kurort bölgələri arasında uçuş həyata keçirməsi nəzərdə tutulur. Türkiyədə belə hesab edirlər ki, bu aviaşirkət əlavə bir milyon rusiyalı turistin cəlb edilməsinə imkan verəcək. Bütün bunlar Qərbdə, xüsusilə Vaşinqtonda narazılıq doğurur Türkiyə etibarlı müttəfiq hesab edilmir.

 

 

 

Türkiyədən fərqli olaraq Almaniya Vaşinqtondakı narazılığı aradan qaldırmağa çalışır Rusiyaya yönəlik siyasətini sərtləşdirir. Xarici işlər naziri Annalena Berbokun Ukraynanın ağır silahlarla təchiz edilməsinin zərurəti haqqında bəyanatı da Berlinin Rusiyaya yönəlik siyasətini sərtləşdirməsi kimi dəyərləndirilir. Almaniyanın Rheinmetall silah korporasiyası istehsal etdiyi ağır silahları, o cümlədən, tankları Ukraynaya göndərməyə hazır olduğunu açıqlayıb. Məlumata görə, söhbət Leopard 1 tanklarından gedir. Konsernin rəhbəri Armin Pappergerin sözlərinə görə, tanklar altı həftəyə Ukraynaya çatdırıla bilər. Bir neçə həftə əvvəl Böyük Britaniyanın Ukraynaya silah göndərilməsinə mane olan Almaniya indi mövqeyini 180 dərəcə dəyişib.

 

NATO-daxilində etibarlı müttəfiqliyi şübhə altına alınan ölkələrdən biri də Macarıstandır. Viktor Orbanın başçılıq etdiyi hökumət Macarıstan ərazisindən Ukraynaya silah nəqlinə qadağa qoyubRusiyadan enerji daşıyıcıları almaqda davam edir. Budapeştin bu siyasəti onun NATO müttəfiqlərində ciddi narazılıq doğurur. Viktor Orban hökuməti çox ciddi tənqidlərə məruz qalır. Artıq Macarıstanla əlaqələr qopmağa başlayır. Polşa rəsmiləri bildirirlər ki, Macarıstan Ukrayna ilə bağlı siyasətini dəyişməsə, əvvəlki əməkdaşlıq olmayacaq. Polşanın hakim Hüquq və Ədalət Partiyasının lideri, baş nazirin müavini Yaroslav Kaçinski Macarıstan hökumətinin başçısını sərt tənqid edib: "Orban Buçada baş verənləri görə bilmədiyini deyəndə, ona bir oftalmoloqa müraciət etməsi tövsiyə edilməlidir".

 

Aprelin ilk bazar gününə kimi Vaşinqton və Brüsseldə ümid edirdilər ki, parlament seçkilərində Viktor Orbanın rəhbərlik etdiyi "FİDES - Macarıstan Vətəndaş Birliyi" partiyası seçkiləri uduzacaqyeni hökumət fərqli siyasət aparacaq. Lakin "FİDES - Macarıstan Vətəndaş Birliyi" partiyası ötən bazar günü keçirilən parlament seçkilərində öz mövqelərini qoruya bildi. İndi artıq Vaşinqton və Brüsseldə Macarıstanla gələcək müttəfiqlik mümkünsüz sayılır. Xüsusilə də Finlandiyaİsveçin NATO-ya üzv olmaları ehtimalı artdıqca Macarıstan müttəfiq kimi cəlbediciliyini itirir.

 

Rusiyaya qarşı sanksiyalara qoşulmadığı üçün Türkiyə və Macarıstanın NATO-dan,  Macarıstanın eyni zamanda Avropa Birliyindən qovulmasını təklif edənlər də var. Almaniya kansleri Olaf ŞoltsHollandiya baş naziri Mark Rütte Türkiyəyə səfərləri zamanı Ankaranı AvropaRusiya arasında seçim etməyə çağırıblar.

 

Avropa Komissiyası Macarıstanı Avropa İttifaqının ümumi büdcəsindən ayrılan maliyyənin azaldılması ilə hədələyib. Bu məhdudiyyət Budapeştə on milyardlarla avroya başa gələ bilər.

 

Vaşinqton isə hələlik səbrli davranmağa çalışır və Rusiya ilə qarşıdurmanın indiki anında NATO-da fikir ayrılığı və parçalanma istəmir, buna görə də Macarıstan və Türkiyə ilə bağlı məsələni qabartmır. Ancaq Ukraynanın işğal təhlükəsi aradan qalxdıqdan və Rusiyanın məğlubiyyəti aşkar görünməyə başladığı zaman Vaşinqton Macarıstan və Türkiyə ilə münasibətlərini çox güman ki, yenidən dəyərləndirəcək.

 

Xaqani CƏFƏRLİ

 

525-ci qəzet.- 2022.- 13 aprel.- S.8.