Şuşa - Azərbaycanın mədəniyyət paytaxtı” kataloqu təqdim edildi

 

 

Aprelin 20-də Azərbaycan Milli İncəsənət Muzeyində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin, Beynəlxalq Multikulturalizm Mərkəzinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə hazırlanan “Şuşa - Azərbaycanın mədəniyyət paytaxtı” kataloqunun təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, tədbirdə Dövlət Xidmətinin rəisi Azad Cəfərli nəşrin əhəmiyyətindən danışıb. Tədbir iştirakçılarına kataloqun ümumi məzmunu barədə geniş şərh verərək deyib: “2022-ci ilin Prezident İlham Əliyev tərəfindən ölkəmizdə “Şuşa İlielan edilməsi Dövlət Xidmətinin qarşısında yeni məqsədlər, yeni vəzifələr qoyub. Bu gün təqdimatını keçirdiyimiz Şuşa şəhərində yerləşən və dövlət qeydiyyatına alınmış tarix-memarlıq abidələrindən təfsilatlı bəhs olunanŞuşa – Azərbaycan mədəniyyətinin paytaxtı” adlı nəşrin çap olunması “Şuşa İli”nə verilən töhfədir. İki dildə - Azərbaycan ingilis dillərində nəşr olunan kataloqda Şuşa şəhərində yerləşən tarix-mədəniyyət abidələrinin işğaldan əvvəl və sonrakı görüntüləri, arxiv sənədləri, onların cizgiləri, abidələr haqqında müfəssəl məlumatlar öz əksini tapıb. Eyni zamanda, tarix-mədəniyyət abidələrinin hazırkı vəziyyətini əks etdirən dron görüntüləri və xəritə üzərində yerləşdiyi məkanlar qeyd olunub. Kataloqda Şuşa şəhərində işğalın nəticələrinin tam əks etdirilməsinə çalışmışıq”.

Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov qeyd edib ki, ərazilərimiz işğaldan azad edildikdən dərhal sonra bərpa-quruculuq işlərinə başlanılıb: “Ölkəmizin mədəniyyət paytaxtı olan Şuşa şəhəri bərpa-quruculuq işlərinin mərkəzində dayanır. Ötən dövr ərzində infrastruktur layihələri ilə bərabər tarix-mədəniyyət abidələrinin bərpası işlərinə də xüsusi diqqət yetirilib. Bu sahədə həyata keçirilən işlər uğurla davam etdirilirbu kataloq da məhz bu tədbirlər çərçivəsində hazırlanıb”.

Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov media mənsublarının diqqətini kataloqda əks olunan faktların gələcək nəsillər üçün, Azərbaycan gerçəklərini dünya ictimaiyyətinə daha tutarlı təqdim edə bilməyimiz üçün arqumentləşdirilmiş fakt toplusu adlandırıbdeyib: Bu faktlar tarix-mədəniyyət abidələrimizə Ermənistan Respublikasının işğalı nəticəsində dəymiş ziyanın hesablanması, nəticələrinin təhlil edilməsi, gələcək bərpa prosesinin düzgün istiqamətdə aparılması, eləcə də mədəni irsimizin məruz qaldığı dağıntı, vandalizm və mənimsəmə faktlarının dünya ictimaiyyətinin diqqətinə çatdırılmasına tutarlı sənəd qismində çıxış edəcək”.

Tədbirin sonunda media mənsublarının sualları cavablandırılıb.

 

525-ci qəzet.- 2022.- 22 aprel.- S.8.