Xalq artisti Rauf Hacıyevin 100 illiyi münasibətilə tədbir keçirilib

 

Nərimanov rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında Xalq artisti Rauf Hacıyevin anadan olmasının 100 illiyi münasibətilə tədbir keçirilib.

Kitabxanadan AZƏRTAC-a verilən məlumata görə, tədbirdə kitabxananın fəal oxucuları əməkdaşları iştirak ediblər.

Tədbirdə çıxış edən kitabxananın əməkdaşı Təranə Məmmədova görkəmli bəstəkarın həyat yaradıcılığı haqqında ətraflı məlumat verib. O bildirib ki, Rauf Hacıyev rəngarəng yaradıcılıq palitrasına malik sənətkar kimi Azərbaycanın musiqi mədəniyyəti tarixində özünəməxsus yer tutur. Müxtəlif janrlarda çox sayda qiymətli əsərlər, o cümlədən, simfoniya, oratoriya kantatalar meydana gətirən bəstəkara uğurlu səhnə təcəssümü tapmış operettaları xüsusilə geniş şöhrət qazandırıb.

Rauf Hacıyevin milli motivlərlə müasir üslubun vəhdətində yaratdığı vətənpərvər ruhlu lirik mahnılar məşhur ifaçıların repertuarına daxil olub Azərbaycan mahnı janrının inkişafında əhəmiyyətli rol oynayıb. Onun sənətinin yüksək bədii keyfiyyətləri, həmçinin, kinofilmlər teatr tamaşaları üçün bəstələdiyi musiqi lövhələrində aydın təzahürünü tapıb. O, respublikanın mədəni həyatında yaxından iştirak edib səmərəli ictimai fəaliyyəti ilə tanınıb.

Sonda Rauf Hacıyevin musiqilərini bəstələdiyi filmlərdən ibarət videoçarx nümayiş etdirilib.

 

525-ci qəzet.- 2022.- 4 avqust.- S.8.