"Artım" layihə məkanında gənc rəssamların duet sərgisi davam edir

 

"Artım" layihə məkanında açılan iki gənc rəssamın "Daxili gurultu" adlı duet sərgisi ziyarətçilərini gözləyir.

AZƏRTAC xəbər verir ki, sərgidə rəssamlar Leyla Qabulova Murad Vəliyevin əsərləri nümayiş olunur.

Rəssamlar öz əsərlərində eqo, ictimai qınaq, ikiüzlülük, stiqma, kollektiv fərdi travmalar, zorla boynumuza qoyulan, bizə sırıdılan yarlıqlar hekayələr kimi vacib problemləri qabardıblar. Onlar öz əsərləri ilə əsas sosial standartların həqiqiliyinə meydan oxuyur destruktiv davranış modellərindən uzaqlaşmaq üçün öz hekayələrini təklif edirlər.

Qeyd edək ki, sərgi sentyabrın 25-dək davam edəcək.

 

525-ci qəzet.- 2022.- 4 avqust.- S.8.