İşəgötürənlərin tələbi ilə peşə məktəblərində yeni ixtisaslar yaradılıb

 

Avqustun 1-dən etibarən 2022-2023-cü tədris ili üzrə peşə təhsil müəssisələrinə tələbə qəbulu başlayıb. Peşə təhsili almaq istəyən şəxslər avqustun 1-dən "portal.edu.az" platformasında qeydiyyatdan keçməklə "Peşə təhsili müəssisələrinə elektron tələbə qəbulu" xidməti vasitəsilə müraciət göndərməlidirlər. Qəbul prosesi ümumi ya tam orta təhsil bazasını bitirən şəxslər üçün açıqdır. 2022-2023-cü tədris ili üzrə tələbə qəbulu 66 peşə təhsil müəssisəsində 127 ixtisas olmaqla 23340 yer üzrə aparılacaq. Sənəd qəbulu avqustun 12-də saat 18:00-da başa çatacaq.

Qeydiyyatdan keçmiş müraciətçilərin elektron ərizələrindəki məlumatların doğruluğu yoxlanıldıqdan sonra iştirakçının ixtisaslar üzrə seçimi sistem tərəfindən təsdiqlənəcək. Qəbul ərizəçinin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərinin orta balı əsasında həyata keçirilir. Tələbə qəbulu prosesində iştirak edən hər bir şəxsə maksimum 5 ixtisas üzrə seçim etmək imkanı yaradılır.

Müraciət edən şəxslərin nəticələri barədə məlumatın "şəxsi kabinetim" bölümündə yerləşdirilməsi həmçinin, SMS vasitəsilə təqdim edilməsi nəzərdə tutulur. Müsabiqədən uğurla keçən namizədlər növbəti mərhələdə qəbul olduqları müəssisəyə sənədlərinin əslini təqdim edilməsi üçün dəvət olunacaqlar.

Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini, direktor vəzifələrini müvəqqəti icra edən Ceyhun Kərəmov deyib ki, peşə təhsilinin əhatə dairəsinin genişləndirilməsi məzmununun artırılması üzrə bir çox işlər həyata keçirilib. 2026-cı ilin sonuna kimi peşə təhsilinə gələnlərin sayının 11 minə qədər artacağı gözlənilir. C.Kərəmov bildirib ki, bu da hazırkı qəbulla müqayisədə 50 faiz artım deməkdir: "Peşə təhsilinə gələnlərin 45 faizi Bakıda yerləşən peşə məktəblərinin, qalan faizləri isə rayonlardakı məktəblərinin payına düşür. Builki qəbul planı 10 faiz artıb".

Onun dediyinə görə, bu il ilk dəfə peşə təhsili üzrə axşam qruplarına qəbul həyata keçiriləcək. Həmin qruplara 920 plan yeri ayırılıb: "Peşə təhsili üzrə yeni ixtisaslar da var, bu il üçün 5 yeni ixtisasa qəbul aparılacaq. Yeni ixtisaslar bazarın tələblərinə uyğun olaraq informasiya, kommunikasiya istiqamətlərində olacaq".

Ceyhun Kərəmov peşə təhsili üzrə ən çox plan yeri ayrılan ixtisasları açıqlayıb.  Bu ixtisaslar aşpaz, əməliyyatçı, mühasib, elektrik avadanlıqları üzrə texnik tikinti sahələri üzrədir: "Bir neçə ixtisas işəgötürənlərin tələbi əsasında yaradılıb".

O qeyd edib, gələn il Lənkəranda peşə məktəbi açılacaq. 2026-cı ilə qədər 8 yeni peşə təhsil mərkəzinin yaradılması nəzərdə tutulub: "Növbəti illərdə Sumqayıtda sənaye İT yönümlü peşə təhsil mərkəzinin yaradılması planlaşdırılır".

Ceyhun Kərəmovun sözlərinə əsasən, 20 il sonra əmək bazarında hansı peşələrin qalacağını, hansı ixtisaslara ehtiyac yaranacağını təxmin etmək elə asan deyil. Ona görə elə dinamik sistem qurulmalıdır ki, tələblərə uyğun daim dəyişə bilsin; yəni dəyişməyə daim hazır olan bir peşə təhsil sistemi olsun.

Ümumən, ölkəmizdə peşə təhsili müəssisələrinin sayı qədər olmalıdır onların hamısında ən müasir emalatxanalara ehtiyac varmı? Məlum məsələdir ki, sənaye çox sürətlə inkişaf edir peşə təhsil müəssisələri prosesə uyğun dəyişməlidir. Onda başqa bir sual ortaya çıxır: bu dəyişikliyə onların hamısının imkanı olacaqmı? Ümumiyyətlə, bazarda mütəmadi olaraq yenilənən texnologiyanı peşə təhsil müəssisəsinin öz emalatxanasında təmin etməyinə ehtiyac varmı? Düşünəndə görürük ki, heç həmişə bunu əsaslandırmaq olmur. Çünki işəgötürən onsuz da yeni texnologiyalar tətbiq edir. Peşə təhsil müəssisələri lazımi səviyyədə sosial tərəfdaşlıq əlaqələri qurarsa, bütün məktəblərdə eyni emalatxanalar qurulmasına ehtiyac olmaya bilər; çünki istehsalat təcrübəsi ya usta yanında şagird modellərindən istifadə etməklə təhsilin praktiki komponentini yerlərində əldə etmək olar.

Rasionallaşdırma optimallaşdırma prosesinin nəticəsidir ki, peşə təhsili müəssisələri publik hüquqi şəxs statusu əldə edir. Artıq 7 belə müəssisə var. Onların sayının daha artıq olacağı gözlənilir. Peşə təhsili müəssisələri bu statusla bərabər, üzərinə böyük məsuliyyət götürür. Yeni fəaliyyətlər müəyyənləşdirib, həmin fəaliyyətlər üzrə xidmət göstərib, yeni vəsait gətirməli, həmin vəsaiti isə peşə təhsilinin əsas inkişaf istiqamətlərinə yönləndirməlidirlər. Ona görə publik hüquqi şəxsə çevrilərkən peşə təhsil müəssisəsinin işəgötürənlərlə qurduğu əməkdaşlıq, tələbə qəbulu, maliyyələşməsi, tanıtımı, fəaliyyət göstərdiyi ərazidə oynadığı rolu xüsusilə əhəmiyyət kəsb edən məqamlardandır. Publik hüquqi şəxs olmaq, ilk növbədə imkan verəcək ki, müəssisə öz ətrafında olan şirkətlərlə əməkdaşlığını genişləndirsin: "Müəssisələrimiz ixtisas vermək, ixtisas artırmaq, əlavə bacarıqlar əldə etmək kimi başqa bir çox xidmətləri boynuna götürə bilər. Bu məqsədlə kurslar təşkil edər, qısamüddətli təlimlər keçirər, yeri gələndə sifariş qəbul edib hər hansı sahə üzrə müxtəlif səviyyəli layihələri gerçəkləşdirə bilər. Bütün bunlar zamanın tələbindən irəli gələn vəzifələrdir. Məsələn, texnologiyanın sürətli inkişaf etdiyi bir zamanda hər hansı şəxs ixtisasını bir neçə dəfə dəyişə, yeni bacarıqlara ehtiyac hiss edə bilər. Bu ehtiyacı məhz peşə təhsil müəssisələri ödəyəcək. Həm məzmun, həm tədris baxımından peşə məktəblərində bu imkan olmalıdır. Publik hüquqi şəxs statusu verilən müəssisələr bu tələbatı ödəmək üçün çox güclü alət sayılır. Həmin təhsil müəssisələrimizin maliyyə azadlığı təmin etmələri üçün uzunmüddətli strateji yanaşmaları olmalıdır. Fəaliyyəti elə qurmalıdır ki, işəgötürənlər onlarla işləməkdə maraqlı olsun".

C.Kərəmov bildirib ki, işəgötürənlərlə əməkdaşlıq əsas fəaliyyət istiqamətlərindən biridir. İşəgötürənlərin peşə təhsilinin təşkili tədrisində, həm müəssisələrin idarəetməsində iştirakı mümkündür: "Hesab edirik ki, onların tələblərinə qədər düzgün cavab versək, məhsulumuzun, yəni verdiyimiz təhsil tədrisin keyfiyyəti bir o qədər artacaq. Bir çox müəssisələrimizdə idarəetmə ya himayədarlar şuralarının yaradılması istiqamətində çalışırıq. Təhsil Nazirliyi başqa əlaqədar qurumların da təmsil olunacağı həmin şuraların təhsil müəssisələrimizdə istər hesabatlılıq baxımından olsun, istərsə uzunmüddətli strateji hədəflərin müəyyənləşməsində, həmçinin, idarəetmənin təkmilləşməsində mühüm rol oynayacağına inanırıq. Publik hüquqi şəxs statusu əldə edən təhsil müəssisələrimizdən başlayaraq mümkün olan müəssisələrimizin hamısında belə bir fəaliyyətin olmağını arzulayırıq. Ancaq təbii ki, bu, həm işəgötürənlərin təhsil müəssisələrinin işində iştirakda maraqlı olmağından da asılıdır. Model olmadığından hələlik bu fikrin üzərində işləyirik. Burada istədiyimizdən çox, reallıqlar əhəmiyyətlidir. Çünki bilmirik ki, əmək bazarı bütün peşə təhsil müəssisələrinin idarəetməsində iştirak etmək istəyirmi? Yəni fikrin reallaşması üçün bir araya gəlməli olan tərəflər uzun bir proses var. Ancaq bu yol qısalmalıdır. Çünki əmək bazarı ilə sıx əlaqə olmadan peşə təhsilinin uzun müddətdə uğuru qeyri-mümkündür".

Qeyd edək ki, "Peşə təhsili haqqında" qanuna edilən dəyişikliyə əsasən, peşə təhsili səviyyəsini müvəffəqiyyətlə başa vuran məzunların - subbakalavrların topladıqları kreditlər bakalavriat səviyyəsinin uyğun ixtisaslarında ali təhsil müəssisələri tərəfindən nəzərə alınacaq. Bu da gənclərə təhsillərini növbəti pillədə davam etdirmək, ali təhsil almaq imkanı yaradacaq. Peşə təhsili müəssisəsindən ali məktəbə keçid üçün bir tramplin rolunu oynayacaq. "Peşə təhsili haqqında" qanuna edilən dəyişiklik gənclərin peşə təhsilinə, peşə məktəblərinə marağının artırılması istiqamətində atılam çox mühüm bir addımdır. Eyni zamanda bu təhsilalanların təcrübələrinin artması və peşəkar şəxs kimi formalaşmalarına təkan verəcək.

Təhsil eksperti Nadir İsrafilovun dediyinə görə, "Peşə təhsili haqqında" qanuna təklif edilən dəyişikliklər bir sıra amillərlə şərtlənir və bu təkliflərin reallaşması ilk növbədə peşə təhsilinin zamanın tələbinə çevrilməsi ilə əlaqədar olub, daha çox stimullaşdırıcı xarakter daşıyır. Digər tərəfdən peşə təhsilini bitirənlərin oxuduğu ixtisaslar üzrə ali məktəblərə qəbul olunması imtiyazları verilir ki, bu da onların digər subbakalavrlarla bərabər hüquqa malik olmasının təminatı deməkdir: "Ən başlıcası isə bunu ali təhsilin hamı üçün əlçatan olması kursunun reallaşdırılmasında yeni mərhələ kimi qiymətləndirmək olar. Ümid edək ki, dəyişikliyə əsasən, peşə təhsil mərkəzinə qəbul olunan şəxslərə yüksək texniki peşə təhsili ilə yanaşı, tam orta təhsil almaq hüququnun da verilməsi eyni zamanda kadr hazırlığının keyfiyyətinin daha da yaxşılaşdırılmasına nəzərəçarpacaq təsirini göstərəcək".

 

Sevinc QARAYEVA

 

525-ci qəzet.- 2022.- 4 avqust.- S.7.