Sertifikatlaşdırma: təhsilverənlərin peşəkarlıq səviyyəsinin yoxlanılması istiqamətində atılan addım

 

Xəbər verdiyimiz kimi, avqust ayının 1-dən təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi başlayıb. Təhsilverənlərin sertifikatlaşdırılması qaydalarının tələblərinə uyğun olaraq test imtahanı ilə bağlı məlumat 1 ay öncədən iştirakçıların şəxsi kabinetinə göndərilib. Müəllimlər portal.edu.az platformasından qeydiyyatdan keçərək, "Sertifikatlaşdırma" bölməsinə daxil olmaqla test imtahanlarının vaxtı yeri barədə məlumatla tanış ola bilərlər.

Sertifikatlaşdırılma prosesinin keçirilməsində əsas məqsəd ümumtəhsil müəssisələrində pedaqoji idarəetmə fəaliyyəti ilə məşğul olan, ali orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyələrinin yoxlanılmasıdır. Eyni zamanda, sertifikatlaşdırma zamanı müəllimlərin peşə yararlılıqlarını yoxlamaq, onların peşəkar inkişafına nail olmaq təlim ehtiyaclarını öyrənməkdir. Sertifikatlaşdırma prosesinə birinci mərhələdə ibtidai təhsil səviyyəsi üzrə Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Abşeron-Xızı, Quba-Xaçmaz Gəncə-Daşkəsən Regional Təhsil idarələrinə tabe olan, həmçinin, Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan ibtidai sinif müəllimləri cəlb olunub.

Sertifikasiya zamanı müəllim müstəqil qiymətləndirilmədən keçirilir, onun biliyi, səriştəsi müəyyən olunmuş qaydalar əsasında dəyərləndirilir konkret parametrlər əsasında aparılan qiymətləndirmə nəticəsində onun pedaqoji yararlılığı müəyyənləşdirilir. Sertifikasiya diaqnostik qiymətləndirməni tamamlamalıdır. Bu baxımdan sertifikasiya müəllimin bütün fəaliyyətini qiymətləndirən mühüm prosedurdur. Yəni bu prosesə müəllimlərin təkmilləşmədən keçmələri, dərslərinin qiymətləndirilməsi, dərslərinin monitorinqi s. daxil ola bilər.

Təhsil naziri Emin Əmrullayev deyib ki,  yaşından asılı olmayaraq məktəbdə dərs demək istəyən müəllim sertifikasiyadan keçərək öz biliyinin peşəsinin müasir tələblərinə uyğunluğunu göstərməlidir: "Hesab edirəm ki, bu imtahan əksər müəllimlər, eləcə əməkdar müəllimlər üçün heç bir problem yaratmayacaq. Çünki son dövrlərdə fəxri adların verilməsi zamanı ədalət prinsipini qorumuşuq.  Sertifikasiya imtahanından bir dəfə kəsilən şəxslərə bir il ərzində növbəti şans veriləcək. Bu, kifayət qədər ağlabatan məntiqli yoldur. Bütün dünyada belə təcrübələr var".

Azərbaycan Respublikası Təhsil İnstitutunun (ARTİ) direktoru Rüfət Əzizovun sözlərinə görə, sertifikatlaşdırma iki mərhələdən - test müsahibə mərhələsindən ibarətdir. Test imtahanı mərhələsində namizədlərə 120 dəqiqə müddətində bloklar üzrə 60 sual təqdim olunacaq. Bunlar təlim strategiyası təlim metodikası olmaq üzrə iki yerə ayrılır. Təlim strategiyası üzrə: müasir təlim metodları üsulları, fəal-interaktiv təlim texnologiyaları, interaktiv dərsin mərhələləri ona verilən tələblər, kurikulumun mahiyyəti məzmunu, innovativ pedaqoji fəaliyyətin xüsusiyyətləri mövzularını əhatə edir. Təlim metodikası üzrə isə: fənnin tədris metodikası sahəsində yeniliklər, pedaqoji prosesin təşkili prinsipləri, təlim fəaliyyətinin planlaşdırılması, təlimin təşkilinə verilən tələblər, bilik bacarıqların qiymətləndirilməsi metodları, qiymətləndirmənin növləri məqsədləri mövzuları daxildir. Hər bir düz cavab bir bal kimi müəyyən ediləcək. Müəllimlər tərəfindən cavablandırılmayan suallar sıfır bal kimi qeyd olunacaq. İmtahanda 30 daha artıq bal toplayanlar müsahibə mərhələsinə buraxılacaq. Həmin mərhələdə 20 bal toplayan namizədlər sertifikatlaşdırılacaq: "İlk dəfə işə qəbul olunanlar (5 il müddətində), hamilə qadınlar, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan həmin məzuniyyət bitdikdən sonra 1 ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər) bu prosesdə iştirak etməyəcəklər".

Rüfət Əzizov bildirib ki, burada əsas məsələ müəllimlərin öz ixtisası üzrə minimal tələblərin ödənilməsi üçün imtahandan keçməsidir: "Qeyd edim ki, sertifikatlaşdırılma zamanı əldə edilən nəticələr müəllimlərin gələcək fəaliyyətinə müəyyən mənada təsir edə bilər. Belə ki, sertifikatlaşdırılma zamanı uğur qazanan müəllimlər gələcəkdə metodist kimi vəzifələrə yüksələ bilərlər: "Sertifikatlaşdırmanın nəticələri müəllimlərin karyera inkişafında əməyinin stimullaşdırılmasında nəzərə alınacaq. Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən ya sertifikasiya üçün tələb olunan minimum balı toplamayan şəxslərə 1 il müddətində yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək imkanı yaradılacaq".

İnstitut direktorunun dediyinə görə, müəllimlərin işə qəbulu (MİQ) sertifikasiya fərqli anlayışdır: "Qeyd edim ki, MİQ müəllim olmaq istəyən namizədlər arasında rəqabətin izlənilməsi deməkdir nəticədə işə qəbul prosesi aparılır. Yaxşıların içərisindən ən yaxşıları seçilir. Lakin təhsilverənlərin sertifikatlaşdırılması fərqlidir. Burada bizim istəyimiz müəllimlərin savadlı buna uyğun olaraq professional yetişməsidir".

Təhsil eksperti Elçin Əfəndinin sözlərinə əsasən, sertifikasiya zamanı müəllim konkret olaraq sertifikat qazanır. Bu da bəlli müddət ərzində müəllimin tədris fəaliyyəti ilə məşğul olmasına şərait yaradır. Həm sertifikatlaşdırma müəllimin üzərinə daha çox məsuliyyət qoyma baxımından ciddi prosedur sayılır: "Ümumilikdə, sertifikasiyanın keçirilməsinin müsbət məqamları çoxdur. İndiyə qədər qədər saxta diplomla müəllim işləyənlər var. Eyni zamanda başqa sahələri bitirib müəllimliyə aidiyyəti olmayan adamlar da var ki, pedaqoji fəaliyyətlə məşğuldurlar. Bununla da onların ələnməsi prosesinə start verilir. Qaldı ki, proses niyə ibtidai sinif müəllimlərindən başlanılıb? Bu prosesə mərhələli şəkildə ibtidai sinif müəllimlərindən başlanılıb, sonra fənn müəllimləri sertifikasiyadan keçəcəklər".

Təhsil eksperti Nadir İsrafilov deyir ki, müəllim əməyinin qiymətləndirilməsi, onların maddi mənəvi stimullaşdırılmasına yönəlik mexanizmlərin tətbiqi, heç yeni məsələ olmayıb, Sovet dönəmindən bəri tətbiq olunan bir prosedurdur: "Müəllimlərin son attestasiyası 1994-cü ildə keçirilib. Əmək Məcəlləsinin 66-cı maddəsinə dövlət ümumtəhsil müəssisələrində işləyən təhsilverənlərin attestasiya olunmayacağı sertifikasiyadan keçiriləcəyinə dair əlavə edilən ölkəmizdə dövlət ümumtəhsil müəssisələrində işləyən təhsilverənlər 5 (beş) ildən bir sertifikasiyadan keçiriləcək verilən sertifikatın hüquqi qüvvəsi növbəti sertifikasiyaya qədər (5 illik) olacaq barədə yeni dəyişiklik birmənalı qarşılanmamışdı. Milli Məclisin Elm Təhsil Komitəsinin o zamankı sədri İsa Həbibbəylinin açıqlamasında bildirilirdi ki, dövlət ümumtəhsil müəssisələrində müəllimlərin attestasiyasının ləğvinin sertifikasiyadan keçiriləcəyi hələ müzakirə mərhələsindədir. Bunlar incə məsələlərdir. Ona görə hələ müzakirə olunur. Parlament bununla bağlı qərar verəcək. Müəllimlərin attestasiyası bir neçə dəfə planlaşdırılsa da, müəyyən səbəblərdən onu reallaşdırmaq mümkün olmayıb. Məhz buna görə "Təhsil haqqında Qanun"a müvafiq dəyişikliklər əlavələr təklif olundu. Attestasiya Diaqnostik Qiymətləndirmə ilə əvəz olundu. Məsələ ondadır ki, Diaqnostik qiymətləndirmə hamı tərəfindən birmənalı qarşılanmadı, bu prosedurun mükəmməl olmamasından şikayətlənənlər az olmadı. İstənilən halda, Sertifikasiya Azərbaycanda Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasına əsasən həyata keçiriləcək tədbirlərdən biridir. Bununla belə, ədalət naminə razılaşmalıyıq ki, sertifikasiyanın optimal variantını işləyib hazırlamaq, işlək mexanizmlərini müəyyənləşdirmək, 150 min müəllimin sertifikasiyasının birdən-birə keçirmək düşündüyümüz qədər asan məsələ deyil".

 

Ekspertin dediyinə görə, sertifikasiyanın məqsədi kimisə işdən çıxarmaq deyil: "Attestasiya", "sınaq imtahanı", "könüllü attestasiya", "lisenziya", "diaqnostika" nəhayət "sertifikasiya" - bunların hansı biri kimlər tərəfindənsə bir mənalı qarşılanıb ki.!? Hətta nazir tərəfindən "Sertifikasiyanın məqsədi kimisə işdən çıxarmaq deyil, müəllimləri daim inkişafda saxlamaqdır" kimi humanist təsəlliverici açıqlama belə məsələyə ikili yanaşmanı aradan qaldırmayıb. Kimlərsə sertifikasiyanı səriştəsiz, müəllimlərin tədris prosesindən kənarlaşdırılması baxımından müsbət hal kimi dəyərləndirirsə, digərləri bunu müəllimlərin xüsusilə yaşlı nəslin sayının azaldılmasına hesablanan bir addım kimi qiymətləndirir. Bu da təbiidir, çünki hər kəsin məsələyə fərdi baxış bucağı, fərqli yanaşma tərzi var".

 

Sevinc QARAYEVA

 

525-ci qəzet.- 2022.- 5 avqust.- S.6.