“XIX əsr Qarabağ şairlərinin şeir antologiyası”ndan

 

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 5 yanvar 2022-ci il tarixli Sərəncamı ilə 2022-ci il "Şuşa İli" elan edilib. Bununla əlaqədar, Şuşanın - zəngin tarixi keçmişə, ədəbi-mədəni irsə malik bu diyarın XIX əsrdə yaşayıb-yaratmış şairlərinin əsərləri ilə geniş oxucu kütləsini ətraflı tanış etmək niyyətindəyik. Bu məqsədlə həmin dövrün bir sıra ədibləri barədə yığcam bilgiləri əsərlərindən nümunələri, "XIX əsr Qarabağ şairlərinin şeir antologiyasından" rubrikası altında, dəyərli "525-ci qəzet" vasitəsilə diqqətinizə çatdırırıq.

Həsən bəy Rzaqulu bəy oğlu Hadi 1826-cı ildə Şuşa şəhərində anadan olmuş, ilk təhsilini orada almışdı. Əsasən ticarətlə məşğul olan Həsən bəy "Hadi" "Həsən Qara" təxəllüsləri ilə şeir yazıb. İfrat dərəcədə dindar olan şair "Əkinçi" qəzetinin təsisçisi Həsən bəy Zərdabini tənqid etmiş onun satirik üslubda yazdığı şeirə Seyid Əzim Şirvani həcmlə cavab vermişdi. Daha sonra münasibətlər düzəlmiş, hətta Həsən bəy Zərdabi Hadinin şeirlərini "Əkinçi" qəzetində dərc etmişdi.

Həsən Qara Hadinin yaradıcılığında

 klassik satirik üslublarda yazdığı şeirlər əsas yer tutur. "Təzkireyi-Nəvvab"a avtoqraf xətti ilə şeir verən şairlərdən biri Hadidir. 1900-cü ildə Şuşa şəhərində vəfat edib.

Burada verilən şeir nümunələri "Təzkireyi-Nəvvab" əsərindən və AMEA ƏYİ-nin arxivində saxlanılan əlyazmalardan götürülüb.

 

Raqub KƏRİMOV

 Filologiya üzrə elmlər doktoru,

 professor

 

525-ci qəzet.- 2022.- 6 avqust.- S.15.