QƏZƏLLƏR

 

 

 

Şəbi-zülmati-zülfündə fəğanü ahü zarım var,

Vüsali-sübhi-ruyin feyzinə çox intizarım var.

 

Kəsilmiş taqətü tabü təvanım, tarı şahiddir,

yol bullam vüsalə, hicrə nə səbrü qərarım var.

 

Nigara, məhcəbina, qəddi-sərvin iştiyaqında,

Edən hər ləhzə cari çeşmə çeşmi-əşkbarım var.

 

Sənə birəhmlik bunca nədəndir, bilməzəm, zalım,

Gətirməzsən xəyala kim, mənim bir dilfikarım var.

 

Hüzurunda, əzizim, zərrəcən hərçənd qədrim yox,

Vəli qəmlər yanında şaxəsəm, çox etibarım var.

 

Ləbin zikri füsuntək dəmbədəm virdi-zəbanımdır,

Nə qəm, zülfün kimi hərçənd yüz min şahmarım var.

 

Sənin əqdi-sürəyyatək cəbinində ərəq mənzum,

Mənim də xab görməz dideyi-əncümşümarım var.

 

Görüb əhqər məni, çəkmə ayaq möhnətsarayımdan,

Əlimdə nəqdi-can tək xaki-payinçün nisarım var.

 

Açar müjgan oxu, Hadi, xəyalımdan neçə rövzən.

Xəyali görməyə vəh-vəh, nə bəxti-huşiyarım var!

 

lll

 

Bəli, təsvirim ol gün kim, fələk nəqqaşı çəkmişlər,

Bəlavü möhnətü dərdü qəmin yoldaşı çəkmişlər.

 

 

Nə divanxanədir hüsnün kim, ol

 dari-hükumətdə,

Gözü hökm eyləyən hakim, müjə fərraşə çəkmişlər.

 

Çəkəndə qəmzənin nəqşin qəza surətgəri, billah,

Təmamən məkrü təzvirü fünunun başı çəkmişlər.

 

Yazanda qətli-üşşaqa rəqəm divani-fitrətdən,

Mənim fərmani-qətlimdə qilıc tək qaşı çəkmişlər.

 

Yüzün çünki hərami məskənidir dilrübalıqda,

Budur vəchi, ona həmdəm neçə övbaşı çəkmişlər.

 

Gözü qaş, müjə, qəmzə, o xalü xət məazallah!

Olub həmsirr bir yerdə, onun sirdaşı çəkmişlər.

 

Rəqibi çəkdilər ustadi-bəzmi-vəsl üçün məhrəm,

Məni hər bir qəmə ustad, vəslə naşı çəkmişlər.

 

Olanda qisməti-Fərhad kuyi-Kəbeyi-Şirin,

O gün Məcnunü Leylaya vətən dağü daşı çəkmişlər.

 

Çəkiblər əhsəni-təqvimidə əfradi-insanı,

Nədən bədməst, kəmtale məni-külbaşı çəkmişlər?!

 

 

Zənəxdanü ləbə həsrət qalan Hadi, sənə ancaq,

Ciyər qanı qəza olmuş, səmər göz yaşı çəkmişlər.

 

lll

 

Sən kimi xosrovi-şirinləbi-xuban olmaz,

Dahənin şəkkəri tək çeşmeyi-heyvan olmaz.

 

Hüsni-Misrində Züleyxa sənə tuş olsa, deyər:

"Bu məlahətdə, əzizim, məhi-Kənan olmaz".

 

Rəvişi qəddini əzbəs ki, görüb sərvi-çəmən,

Oldu pabəstə, budur vəchi, xuraman olmaz.

 

Görsə gülşəndə, təbəssüm eləyər qönçə ləbin,

Həşrədək lal qalır, xürrəmü xəndan olmaz.

 

Arizində əcəb güllər açılmış bu zaman?

Gəzəsən yer üzünü, böylə gülüstan olmaz.

 

Çeşmi-cəlladına kafər desələr, qeyz eləmə,

Rəhmsiz kimsənə, adətdi, müsəlman olmaz.

 

Daneyi-xalına meyl eyləyən ol qafillər,

Belə, fikr eylədilər, çahi-zənəxdan olmaz.

 

Düşdü başıma mənim zülfün uzun sevdası,

O, başımdan çıxa, haşa, ona dərman olmaz.

 

Gördü bazarda, könül oldu bu sevdayə düçar,

Belə sevdada necə sud olu, nöqsan olmaz?

 

Hicri-ləlində gözümdən tökülən qan-yaşa,

Rəhm qılmaq, gözəlim, küfr deyil, qan olmaz.

 

Hər təbibə yetişib, dərdimi qıldım izhar,

Dedi: "Biçarə, sənin dərdinə dərman olmaz".

 

 

 

Hadiya, muri-mühəqqər kimi ərz et halın,

Yer üzündə belə şövkətli Süleyman olmaz.

 

lll

 

Könül zülfünə bel bağlayaydı, xürrəm olaydı,

cövri-şanə çəkəydi, zarü dərhəm olaydı.

 

hərgiz elmi-müəmma olaydı aləmdə,

nöqteyi-dəhənin böylə sirri-mübhəm olaydı.

 

gözlərinə olaydı qəza ciyər qanı,

kirpiyin ona xəncərmisal həmdəm olaydı.

 

tiri-qəmzəyə talib olaydı suzan dil,

ah şölə çəkəydi, didə pürnəm olaydı.

 

arizini ərəq bus edəydi mərhəm tək,

gül üzündə, görüm, həşr olunca şəbnəm olaydı.

 

ömrü nəhydən eraz edəydi bir aşiq,

rövzə içrə o bietibar Adəm olaydı.

 

xubrulər adı bivəfalıqda məşhur,

əhli-eşq məcazi hərimə məhrəm olaydı.

 

Olaydı xəlqi-cahan cümlə qüssədən azad,

Tamam dərdi-zəmanə mənə müsəlləm olaydı.

 

, Hadi, vəsl sənə üz verəydi aləmdə,

ol rəqibi-siyəhdil hərifi-aləm olaydı.

 

lll

 

Hər bir könüldə üns ola zülfi-siyah ilə,

Dövran ona həmişə gərək keçməsin ah ilə.

 

Zənciri-zülfə bənd olan üşşaqi-zar üçün,

Aşüftəlik müdam keçər salü mah ilə.

 

Saldım xəyala zülfü könüldə, bu türfə kim,

Şahmarı bağrıma basaram intihab ilə.

 

Sübhü məsada zülfü rüxün zikri əzbərim,

Yox qeyr işim cahanda səvabü günah ilə.

 

Sultani-eşqi gör kim, ona qeydi-zülfdə,

Kəmtər gəda bərabər olur padşah ilə.

 

Qəmzən səbəbdi qətlimə, ya şahmar zülf?

Qaldım bu əmri-müşkülara iştibah ilə.

 

Bədnam qədimə zülfün adın, gözdən et həzər,

Çox evləri xarab eləyib kəc nigah ilə.

 

Tapdın kəməndi-zülfdə, Hadi, səadəti,

Ol həbsdə keçir gününü izzü cah ilə.

 

Xurşidbanu bəyimə

Səriri-səltənətxaneyi-hökmran, ölmə,

Şükuhi-əhli-hərəm, izzi-xanədan, ölmə.

 

Neçə sənubərü sərvin başın kəsib getmə,

Olan behişti-cahan içrə bağban, ölmə.

 

Məhəbbət aləmini seyr edər mürği-dili,

Vəfa nihalın edən yengi aşiyan, ölmə.

 

Əzizə, möhtərəmə, kamilə, həmidəsifat,

Rümuzi-nəzmdə bimislü nüktədan, ölmə.

 

Həqiqət əhlinə sənsən ziyayi-bədri-cahan,

Dürri-yeganəvü xurşidi-banuvan, ölmə.

 

Behişt əhlinə yetməz zavali-dəhri-dəni,

Güli-riyazi-irəm, huriyi-cinan, ölmə.

 

Sədayi-şövkətü şənin tutubdur afaqı,

Xəzinə gövhərisən, rəşki-xosrovan, ölmə.

 

Xəlil zürriyyəsi cümlə xasü amə pənah,

Məlazü mülcai-əyanü əşrəfan, ölmə.

 

Ölüm məqamı deyil, rəhm qıl cavanlığına,

Cavandılar, gözü yaşlı qoyub, cavan, ölmə.

 

Şikəstəxatirü bitablar təvanası,

Şikəstəxatir olub indi Natəvan, ölmə.

 

Hüzuri-feyzini dərk etməyən həzin Hadi,

Bu qeybət içrə deyir heyfsən, aman, ölmə!

 

Həsən bəy Rzaqulu bəy oğlu Hadi

 

525-ci qəzet.- 2022.- 6 avqust.- S.15.