Ağdamda qədim tarixə malik mədəni irs
nümunələri aşkar edilib
AZƏRTAC xəbər verir ki, bu
barədə Mədəniyyət
Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı
və Bərpası üzrə Dövlət Xidmətindən məlumat
verilib.
Bildirilib
ki, işğaldan azad olunan ərazilərdə
Dövlət Xidməti
tərəfindən müvafiq
qaydada monitorinqlər və mühafizə tədbirləri həyata keçirilir: "Nazirlər
Kabinetinin 132 nömrəli
qərarına uyğun
şəkildə Ağdam
rayonu üzrə dövlət qeydiyyatına
götürülən tarix
və mədəniyyət
abidələrindən olan
rayonun Mireşelli kəndində yerləşən
Şomullutəpə və
Paşabəyli kəndində
yerləşən Rəsultəpə
yaşayış yerindən
yağış sularının
yuyulması nəticəsində
qədim və orta əsrlərə aid küp qalıqları və saxsı qabların parçalanmış
hissələri aşkar
edilib. Aşkarlanmış bütün küp
qalıqları Ağdam Rayon
Tarix və Diyarşünaslıq muzeyinə
təhvil verilib".
525-ci qəzet.- 2022.- 6 avqust.- S.9.