"İstiqlal şairi Əhməd Cavad" adlı elektron məlumat bazası hazırlanıb

 

Əhməd Cavadın 130 illiyi münasibətilə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında "İstiqlal şairi Əhməd Cavad" adlı elektron məlumat bazası hazırlanıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, məlumat bazası "Rəsmi sənədlər", "Həyat fəaliyyətinin əsas tarixləri", "Görkəmli şəxsiyyətlər Əhməd Cavad haqqında", "Əsərləri", "Haqqında", "Xatirəsinin əbədiləşdirilməsi", "Fotoqalereya", "Videoqalereya" bölmələrindən ibarətdir.

Əhməd Cavad poeziyasının güclü ideyası azadlıq istiqlalla bağlı olub. Onun 1918-ci illər şeirləri, əsasən, azadlığa, ilk Azərbaycan Respublikasının uğurlarına həsr edilib. Azərbaycan ana mövzusu ilk dəfə Ə.Cavadın şəxsində işlənib.

Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər Milli Kitabxananın saytına daxil ola bilərlər.

 

525-ci qəzet.- 2022.- 10 avqust.- S.8.