"Azərbaycanfilm"
kinostudiyasından "Mehmandarovlar"
filmi barədə məlumat verilib
"Bildiyiniz kimi, 2023-cü ildə Cəfər Cabbarlı adına
"Azərbaycanfilm" kinostudiyasının
100 illiyi tamam olur. Bu münasibətlə
davamlı tədbirlər
planı hazırlanır.
"Azərbaycanfilm"in indiyə qədər istehsal etdiyi filmlərin bərpası,
təbliği və yeni filmlərin istehsalı nəzərdə
tutulur. Bugünlərdə kinostudiyanın yeni
loqosu və saytı geniş ictimaiyyətə təqdim
edildi. Həmçinin, Qarabağ mövzusunda
olan tammetrajlı filmlərin ssenari müsabiqəsinin nəticələri
də elan olundu. Bundan əlavə müsabiqədə
ilk üçlüyə düşən
maraqlı ssenarilər
üzərində işlər,
eyni zamanda həmin ssenarilərin müəllifləri ilə
danışıqlar aparılacaq.
Həmin
ssenarilərin müştərək
istehsalı ilə bağlı fəaliyyətlər
nəzərdə tutulub.
Hazırda "Azərbaycanfilm" kinostudiyasında paralel olaraq bir neçə
filmin istehsalı aparılır".
Bu sözləri AZƏRTAC-a açıqlamasında "Azərbaycanfilm"
kinostudiyasının mətbuat
xidmətinin rəhbəri
Ramil Ələkbərov
bildirib.
Hazırlıq prosesində olan
"Mehmandarovlar" bədii-sənədli
filminin Mehmandarovun nəslindən bəhs etdiyini bildirən R.Ələkbərov deyib:
"Ekran əsərinin
rejissoru, Əməkdar
incəsənət xadimi
Yavər Rzayev, ssenari müəllifi isə tanınmış tədqiqatçı-alim Vasif
Quliyevdir. Həmin filmdə Mehmandarovlar nəslinin Azərbaycan tarixindəki
yeri barədə məlumat verilir. Hazırda həmin nəslin davamçıları
ilə görüşlər keçirilib.
Rejissor Y.Rzayev bu filmi də digər sənədli
filmləri kimi maraqlı üslubda
hazırlamaq niyyətindədir. Belə ki,
Mehmandarovlar nəslinin bir
nümayəndəsi qəhrəman olaraq
seçiləcək və həmin qəhrəman vasitəsilə
paralel olaraq şəcərənin
yaşadığı dövrdə Azərbaycan tarixinin bəzi məqamlarından söhbət
açılacaq. Filmin Şuşadakı Mehmandarovlar malikanəsində aparılan
çəkilişləri artıq yekunlaşıb.
Bakıdakı pavilyon çəkilişləri
də artıq yekunlaşmaq üzrədir.
Yaxın iki ay ərzində
filmin geniş ictimaiyyətə
təqdim olunması nəzərdə tutulur".
525-ci qəzet.- 2022.- 11 avqust.- S.5.