O da Bakı həsrətiylə yaşardı

 

Bu günlərdə tanınmış İraq-Türkman yazıçısı folklorşünası Mövlud Taha Qayaçının ad günü Kərkükdə qeyd edildi. O, uzun müddət Kərkük Televiziyasında yüksək vəzifələr tutmuş, sonralar Yazarlar Birliyinin başqanı seçilmişdir. İki dəfə tərəfimizdən ölkəmizə dəvət olunmuşdur. Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvüdür.

Ədəbi əlaqələrimiz yolunda çalışan Mövlud Taha Qayaçı Azərbaycana son gəlişində əlində böyük bir qovluqda uzun illərdən bəri topladığı, heç yerdə çap olunmayan çox sayda nağıllar gətirmişdi. Mən "İraq-Türkman nağılları"nı (Bax: Bakı, "Təhsil", 2014, 432 s.) çap edərkən Mövludun topladığı nağılları "Ailə-məişət nağılları", "Məişət nağıl-hekayələri" "Uşaq nağılları" adı altında kitaba daxil etdim. Həmin nağılların sonunda yazdım: "Toplayanı Mövlud Taha Qayaçıdır".

Ruhu şad olsun!

Mənim Kərkükdə "Türkmaneli dərgisi"ndə çap olunan "O da Bakı həsrətiylə yaşardı" məqaləmi Mövludun "Dayı Mehdi" hekayəsini "525-ci qəzet"ə təqdim edirəm. Şübhəm yoxdur ki, gənc yazarlarımızın bu kiçik həcmli, cəmi iki səhifəni əhatə edən hekayədən götürə biləcəyi çox şey vardır.

İraq Türkman yazarlarından ikisi Azərbaycan nisgili ilə yaşardılar, vətənimizə sevgi məhəbbətlərini gizləməzdilər.

 

 

Yaşar könlüm

Çırpınar yaşar könlüm

Bağdadda bir ah çəkər,

Bakıda yaşar könlüm

 

 

- deyən rəhmətlik Əbdüllətif Bəndəroğlunu ölkəmizdə tanımayan adam az tapılardı, onun səmimiyyətinə inanmayan da yox sayılırdı. Azərbaycanı öz vətəni kimi sayan buna mənəvi haqqı olan Mövlud Taha Qayaçı isə hisslərini, isti duyğularını, yazıları məktubları yoluyla izhar edərdi. Onun Xalq şairi Rəsul Rzaya, prof. Abbas Zamanov bu sətirlərin yazarına keçmişdə göndərmiş olduğu məktublarını həyəcana qapılmadan oxumaq olmur. Təəssüflə deməli oluram ki, ədəbiyyatımızın dostu, ədəbiyyatçı folklorşünas Mövlud Taha Qayaçı ömrünün 70 yaşında (01.07.1941-07.03.2011) əbədiyyətə qovuşdu. Təsəllini onda tapıram ki, 1966-cı ilin nisan ayından dostluq etdiyim, Bakıya həsrətlə yaşayan qardaşımın həsrətini gidərə bilmək üçün çabaladıq iki dəfə onu Azərbaycana dəvət etdik. Ədəbiyyatçılar Birliyində, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda, Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyində, "Ədəbiyyat qəzeti"ndə yüksək səviyyəli görüşmələr keçirdik.

Oxucularımız, onun yaradıcılığı ilə o tarixdən çox öncə "Ədəbiyyat incəsənət" qəzetində 18.04.1980 tarixində yayımlanan "Dayı Mehdi" hekayəsi vasitəsiylə tanışmışdılar.

Azərbaycanda yaradıcılığına yüksək qiymət verilən dostum Ədəbiyyatçılar Birliyinin fəxri üzvü seçilmişdi. Ədəbiyyatçılar Birliyinin başqanı Anar müəllim üzvlük vəsiqəsini ona təqdim etdiyində dostumun qapıldığı həyəcan, sevinc qürur hissləri hələ gözlərimin önündən getməməkdədir. Mövlud Taha Qayaçı İraqda mənim yaradıcılığımla maraqlanan ilk araşdırmaçıdır (Bax: "Qardaşlıq" dərgisi, №10-11. Bağdad, 1972, s. 30-31). Haqqımızda son yazısı isə "Sevməmək olmur onu" başlıqlı yazısı oldu (Bax: "Türkmaneli" Ədəbiyyat Sənət dərgisi, iyul, sayı 30. Kərkük, 2010). Mövludla ən azı ildə bir dəfə görüşürdük. Türkiyədə Kayseri şəhərinin Ərciyəs Universitetində, İstanbul Ankarada konfranslarda görüşmələrimiz şirin xatirələr kimi yadımdan silinməyəcək. Fövqəladə zarafatıyla həyatsevər dostumla son görüşməmiz keçən ilin mayıs ayında baş tutdu. Görkəmli folklorşünas alim Əta Tərzibaşı başqa dostları görmək məqsədilə uçaqla İraqın şimal bölgəsinə - Ərbil şəhərinə gedərək oradan Kərkükə yollandım. Kərkükün 40 km-liyində Altun Körpüdə Mövlud Taha Qayaçı, Bəndəroğlunun kürəkəni Cəlal Polad, Necat Kövsəroğlu, Məhəmməd Bayat başqaları məni qarşıladılar, cəmi bir neçə ay öncə partlama olayı yaşandığı Kərkükə yaxın lokantada çay sərinlədici içkilər içərək birbaşa Əta Tərzibaşının evinə yola düşdük. Orada bir xeyli türkman aydınları toplanmışdı. Qəzet, dərgi, radio televiziyadan gələnlər az deyildi. "Ya qismət, bir daha zaman görüşərik" deyərək şəkil, foto çəkdirdik. Bu, Mövludla çəkdirdiyimiz son fotolar oldu.

Mövlud folkloru etnoqrafiyanı dərindən bilir bu xalq xəzinəsindən yaradıcılığında bol-bol istifadə edirdi. Yazıçının "Dayı Mehdi" hekayəsi deyilənə əyani sübutdur.

Adət-ənənənin bariz nümunəsini özündə əks etdirən, yetərincə ilgi çəkən "Dayı Mehdi" hekayəsini dəyərli oxucularımıza ərmağan edirəm.

Ədəbi əlaqələrimiz yolunda yorulmadan çalışan, vuruşan dostumun gələcəkdə oxuyucularda az-çox təsəvvür yaradılsın deyə, Sovet dönəminin ağır vaxtlarında mənim ünvanıma göndərmiş olduğuoxucular tərəfindən rəğbətlə qarşılanacağına əmin olduğum, adət-ənənənin bariz nümunəsini özündə əks etdirən, yetərincə ilgi çəkən "Dayı Mehdi" hekayəsini ərmağan etmək istəyirəm.

 

Hörmətlə, Qəzənfər Paşayev

 

525-ci qəzet.- 2022.- 20 avqust.- S.15.