Milli Kitabxanada "Mirvarid Dilbazi" adlı sərgi istifadəçilərə təqdim olunub

 

Bu il  XX əsr Azərbaycan lirikasının ən görkəmli simalarından olan Mirvarid Dilbazinin anadan olmasının 110 illik yubileyi tamam olur.

Mirvarid Paşa qızı Dilbazi yaradıcılığa hələ  təhsil illərində başlamış, qadın azadlığı mövzusunda yazdığı "Qadınların Hürriyəti" adlı ilk şeiri 1927-ci ildə "Oktyabr alovları" adlı jurnalda dərc edilmişdir. Daha çox lirik şairə, tərcüməçi kimi tanınan Mirvarid Dilbazi sədətini saf məhəbbətdə axtaran, sədaqət timsalı bir qadındır. Şairənin lirikasında analıq dünyasının rəngarəng məqamları öz əksini tapmışdır. Mirvarid Dilbazinin  yaradıcılığında Vətəni müdafiə mövzusu əsas yer tutur. Vətən müharibəsi illərində şairənin yeddi kitabı nəşr olunmuşdur ki, bunlardan altısı Vətən müharibəsinə həsr olunub.

Mirvarid Dilbazinin 110 illik yubileyi münasibətilə M.F.Axundov adına Azərbaycan Mili Kitabxanasının əməkdaşları tərəfindən "Mirvarid Dilbazi" adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə Mirvarid Dilbazi haqqında rəsmi sənədlər, fotolar, kitablar məqalələr nümayiş olunur.

 

525-ci qəzet.- 2022.- 20 avqust.- S.13.